Bu dindən olan insanlar ölənə qədər ORUC tuturlar – ARAŞDIRMA

“Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (Bəqərə 183)

Göründüyü kimi, oruc yalnız İslam dinində deyil, bir çox dinlər və mifologiyalarda mənəvi təmizlənmə, təvazökarlıq və Yaradıcıya  yaxınlaşma məqsədilə tutulan bir ibadət forması olaraq qəbul edilir.  Bu, fərqli mədəniyyətlərdə fərqli şəkillərdə həyata keçirilsə də, ümumilikdə eyni məqsədə xidmət edir: insanın nəfsini təmizləməsi və ilahi gücə yaxınlaşması.

İslamda oruc

İslamda oruc, Ramazan ayında tutulur və bu, İslamın beş əsas şərtindən biridir. Müslümanlar, sabah namazından axşam namazına qədər yemək, içmək və digər pis vərdişlərdən uzaq dururlar. Oruc, səbr, təvazökarlıq və Allah'a yaxınlaşma məqsədini güdür. Ramazan ayında oruc tutmaq, həmçinin kimsəsizlərə yardım etmək və bərabərliyi təşviq etmək məqsədi daşıyır. İslamda oruc, həm də mənəvi və fiziki təmizlənmə kimi qəbul edilir.

“Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz. (Bəqərə 185)

Xristianlıqda oruc

Xristiyanlıqda oruc kilsənin üçüncü əmridir. Böyük Pəhriz (Lent) dövrü ilə əlaqəlidir və bu dövr İsa Məsihin çöldəki 40 günlük orucunu anmaq məqsədilə keçirilir. Orucun məqsədi günahların cəzasını bu dünyadan başlayaraq çəkməkdir. İncil oruca böyük önəm verir. Xristiyanlıqda oruc tutmaq 21 yaşından başlayır. Onlar 60 yaşa qədər oruc tuturlar. Roma qəraralarına əsasən, 1966-cı ildə oruc yazılı olaraq təsbit edilib.

Bir xristiyan pəhriz üçün oruc tutursa ən azı 14 yaşında olmalıdır. Xristiyanlıqda iki növ oruc vardır. Bunlar (Okaristik) şükr orucu və (Ekleziyastik) kilsə orucundan ibarətdir. Bu iki növ orucu katoliklər tuturlar, protestantlar isə  tutmurlar.

“Oruc tutduğunuz zaman ikiüzlülər kimi qaşqabaqlı gəzməyin. Onlar oruc tutduqlarını insanlara göstərmək üçün üzlərini tutqun hala salırlar. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. Amma sən oruc tutanda başına yağ çək və üzünü yu. Belə ki insanlara deyil, gizlində olan Atana oruclu görünəsən. Gizlində olanı görən Atan səni mükafatlandıracaq.” (Matta 6/16-18).

Yəhudilikdə oruc (Yom Kippur)

Yəhudilərin müqəddəs kitabı Tövratda bəzi günlərdə oruc tutulması əmr edilir. Bu inanc sistemində oruc tutmaq, bəzən nəfsi tərbiyə etmək və acı çəkmək, bəzən də Allaha yaxınlaşmaq üçün bir vasitə olaraq qəbul edilir. Tövrata görə  Musa Tur dağında 40 gün 40 gecə qalıb və bu vaxt ərzində oruc tutub. Məlumata görə, Ərəbistanın müxtəlif bölgələrində yaşayan yəhudilər oruc tutarkən yatsı vaxtından sonra bir şey yeməzlərdi. 

Müəyyən qaynaqlarda ilk dövrdə bəzi müsəlmanların da orucla bağlı ayələr tamamlanmadan əvvəl yəhudilər kimi hərəkət etdikləri haqqında məlumatlar var.

Babil dönəmində oruc, matəm və hüzn simvolu olaraq tutulurdu.YəhudilərAllahın onlara fəlakətlər verdiyinə inandıqları vaxtlarda həmişə oruc tutublar. Yəhudilikdə uşaqlar oruca 13 yaşları tamam olandan bir ay sonra başlayırlar.. Ən vacib oruc günü Yom Kippur (Kəfaret Günü) olaraq qəbul edilir. Yom Kippurda yəhudilər 25 saat boyunca oruc tutaraq, Tanrıdan günahlarının bağışlanmasını diləyirlər.

Hinduizm və oruc

Hinduizm, orucun ruhsal təmizlənmə və Tanrıya yaxınlaşma məqsədini güddüyü bir din olaraq tanınır. Hinduizmində, Ekadashi adlı oruclar hər ayın 11-ci günündə tutulur. Bu inanc sistemində qadınlara da məxsus oruc var. 

Qadınlar “Tanrının “qadınlıq” sifətinin təcəllası” olan tanrıça/ilahəyə dua edər və oruc tutarlar. Bu günlərə xüsusilə əhəmiyyət verildiyi üçün “And” günləri deyilir və nəfsi təmizləməyə ayrılır.

Buddizm və oruc

“Nirvananın yolu orucdan keçir”. İnsanlıq tarixində hardasa dinlərin hamısında oruc tutmaq yer alır. Səmavi dinlərin xaricində olan dinlərdə də orucun önəmli yeri var. Buddizmində oruc, arzu və istəklərdən uzaqlaşma, həmçinin ruhsal inkişaf məqsədini daşıyır. Buddist rahibləri, adətən səhər yeməyini yeyib, gün ərzində başqa qidaları yeməzlər. Oruc, təvazökar bir həyat sürmək və zehni təmizləmək üçün bir yoldur. Budda hər şeyin müvəqqəti olduğunu və fiziki istəklərin insanı mənəvi azadlığa gətirmədiyini vurğulayıb.

“Qurtuluş, məhz, nəfsani arzuları tərk etməklə mümkündür və bunun yolu da oruc tutmaqdır” (Budda)

Antik Yunan və Roma Mifologiyasında oruc

Antik Yunan və Roma mədəniyyətlərində də oruc, dini və məğlubedilməz güclərə yaxınlaşmaq məqsədilə həyata keçirilirdi. Yunan tanrıları, məsələn, Apollo və Demeter üçün oruclar tutulardı. Roma mədəniyyətində də, xüsusilə dini mərasimlərdə oruc tutma ənənəsi var idi. Bu oruclar, tanrıların və ilahi güclərin qəzəblərindən qorunma və onlara yaxınlaşma məqsədini güdürdü.

Misir Mifologiyasında oruc

Misir mifologiyasında oruc, tanrılara yaxınlaşma və dini ritualların bir hissəsi olaraq qəbul edilirdi. Osiris və Horus kimi tanrıların şərəfinə oruclar tutulurdu.

Zərdüştlükdə (Zoroastrizm) oruc

Zərdüştlükdə oruc, Ahura Mazda adlı yeganə tanrıya yaxınlaşma və pis niyyətlərdən, danışıqdan və davranışlardan uzaqlaşma məqsədini güdür. Zərdüştlükdə oruc insanın əxlaqını düzəltmək üçün vasitə kimi görülür.

Çin və Yapon Mifologiyalarında oruc

Çin və Yapon mədəniyyətlərində də bəzi oruç təcrübələri mövcuddur. Taoizmdə oruc, bədənin təmizlənməsi və enerjilərin balanslaşdırılması məqsədini güdür. Şintoizmdə isə təbii ruhlar və tanrılara ibadət etmək üçün oruc tutulur. Həmçinin, bu oruclar, insanın daxili harmoniyasını bərpa etməyə xidmət edir.

Brahmanizmdə Oruc

Cənubi Asiya Hind dinlərində Brahmanizmdə hər ayın 12 və 13-cü günlərində oruc tutmaq gərəkdir. Brahmanizmdə yaşlılar, xəstələr və uşaqlar oruc tutmaqdan istisna deyillər. Bəziləri insani istəkləri boğmaq üçün 15 gün oruc tuturlar. Bu günlərdə bir qurtum sudan başqa hər şey orucu batil edir.

Jainizmdə oruc:

Hind dinlərindən Jainizmdə orucun qaydaları daha sərtdir. Jainistlər kəskin olaraq 40 gün oruc tuturlar. Bu dinin qurucusu Mahaviranın (M.Ö 599-527) özünə işkəncə edərək dində yüksək dərəcəyə yetişməyə çalışdığı, ət və yumurta yemədiyi, hətta ölənə qədər oruc tutduğu söylənilir.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Milli Məclisdən ABŞ Konqresinin qərəzli qanun layihəsinə SƏRT REAKSİYA

Milli Məclisdən ABŞ Konqresinin qərəzli qanun layihəsinə SƏRT REAKSİYA

Yayda orqanizmi qorumaq üçün İDEAL PƏHRİZ

Yayda orqanizmi qorumaq üçün İDEAL PƏHRİZ

2 prokurorluq əməkdaşı pozuntulara görə işdən çıxarılıb

2 prokurorluq əməkdaşı pozuntulara görə işdən çıxarılıb

Demokratlar və Respublikaçılar Rusiyaya qarşı BİRLƏŞDİ – Misli görülməmiş sanksiyalar QƏBUL EDİLƏCƏK

Demokratlar və Respublikaçılar Rusiyaya qarşı BİRLƏŞDİ – Misli görülməmiş sanksiyalar QƏBUL EDİLƏCƏK

Bu il mina terrorunun qurbanı olan vətəndaşlarımızın SAYI AÇIQLANDI

Bu il mina terrorunun qurbanı olan vətəndaşlarımızın SAYI AÇIQLANDI

Ağdamda yanğının arealı GENİŞLƏNİR – Beş kəndə YAYILDI – FOTO

Ağdamda yanğının arealı GENİŞLƏNİR – Beş kəndə YAYILDI – FOTO

Bu ölkədə 600 milyon dovşan var

Bu ölkədə 600 milyon dovşan var

Çində İNANILMAZ HADİSƏ – Komsosa uçan raketi ildırım vurdu – ANBAAN VİDEO

Çində İNANILMAZ HADİSƏ – Komsosa uçan raketi ildırım vurdu – ANBAAN VİDEO

Tükənmişlik sindromu yaşayanlar üçün faydalı məsləhətlər

Tükənmişlik sindromu yaşayanlar üçün faydalı məsləhətlər

6 nəfərin ölümü ilə bağlı cinayətlərin üstü illər sonra açıldı – RƏSMİ

6 nəfərin ölümü ilə bağlı cinayətlərin üstü illər sonra açıldı – RƏSMİ

İranın gəlirləri ARTIR

İranın gəlirləri ARTIR

Banqladeş prezidenti istefa verdi

Banqladeş prezidenti istefa verdi

Qatarlara daş atan şəxslərə hansı CƏZA verilib? - DİN-dən AÇIQLAMA

Qatarlara daş atan şəxslərə hansı CƏZA verilib? - DİN-dən AÇIQLAMA

Quşlar yaşadıqları mühitə uyğun mahnı oxuyurmuş – Alimlər AÇIQLADI

Quşlar yaşadıqları mühitə uyğun mahnı oxuyurmuş – Alimlər AÇIQLADI

Özcan Dənizin ailəsində mülk DAVASI: Məhkəməlik oldular

Özcan Dənizin ailəsində mülk DAVASI: Məhkəməlik oldular

Klopp Almaniya millisinin baş məşqçisi TƏYİN EDİLDİ

Klopp Almaniya millisinin baş məşqçisi TƏYİN EDİLDİ

İcra başçısı rəisi işdən çıxardı, yenisini təyin etdi – FOTO

İcra başçısı rəisi işdən çıxardı, yenisini təyin etdi – FOTO

Zelenski: “Rusiyanın Kiyevə hücumu nəticəsində 11 nəfər ölüb, onlarla yaralı var” – FOTO

Zelenski: “Rusiyanın Kiyevə hücumu nəticəsində 11 nəfər ölüb, onlarla yaralı var” – FOTO

Müavinət, təqaüd və sosial yardım alanların NƏZƏRİNƏ!

Müavinət, təqaüd və sosial yardım alanların NƏZƏRİNƏ!

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Serenay Sarıkayanın yeni dövrü: 75 milyonluq müqavilə imzalayıb

Serenay Sarıkayanın yeni dövrü: 75 milyonluq müqavilə imzalayıb

Milyonluq "Lamborgini" yolda yanıb kül oldu – Foto

Milyonluq "Lamborgini" yolda yanıb kül oldu – Foto

Xaricdə dövlət hesabına təqaüdlə təhsil imkanı qazananların SİYAHISI AÇIQLANDI

Xaricdə dövlət hesabına təqaüdlə təhsil imkanı qazananların SİYAHISI AÇIQLANDI

Türk ölkəsinin adının dəyişdirilməsi təklif edildi

Türk ölkəsinin adının dəyişdirilməsi təklif edildi

End of content

No more pages to load

RADİO