Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü il ərzində 102310 doğulan körpə qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, 2023-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 10,0-a düşüb. Doğulan körpələrin 53,0 faizi oğlan uşaqları, 47,0 faizi isə qız uşaqları olub.
Körpələrdən 3386-ı əkiz, 117-i üçəm, 4-ü isə dördəm doğulub.
Bizim.Media