Şəki-Qax avtomobil yolunun Baş Göynük kəndi ərazisindən keçən hissəsində yük dolu KAMAZ markalı avtomobil aşıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, KAMAZ markalı avtomobilin əyləcində yaranmış problemlə əlaqədar hərəkətdə olarkən idarəetmədən çıxaraq digər nəqliyyat vasitələri və insanların olduğu yerdə döngədə aşıb.
İlkin məlumatlara əsasən, qəza zamanı iki nəfər ölüb, yaralılar var.
Hadisə yerinə DYP-nın regional və rayon polis şöbəsinin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başladılıb.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu