Samir Nuriyev “İçərişəhər” qoruğunun yeni sədrini kollektivə təqdim etdi – FOTO

Fevralın 14-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə yeni təyin edilmiş Rüfət Mahmudu kollektivə təqdim edib.

Bizim.Media xəbər verir ki, Samir Nuriyev təqdimat mərasimində çıxış edərək Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində 1977-ci ildə xalqımızın qədim memarlıq irsini, paytaxtımızın tarixini və mədəniyyətini əks etdirən İçərişəhər kompleksinə tarix-memarlıq qoruğu statusunun verildiyini bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Rüfət Mahmud “İçərişəhər” Dövlət Qoruğuna sədr təyin edildi – SƏRƏNCAM


Qeyd edilib ki, İçərişəhər ilə bağlı məsələlər daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir.

Dövlətimizin başçısının 2005-ci il 10 fevral tarixli Sərəncamı ilə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması həmin ərazidəki abidələrin, bütövlükdə kompleksin lazımi səviyyədə qorunub saxlanması və gələcək nəsillərə çatdırılması üçün mühüm qərar olub.
 

İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildiyini xatırladan Samir Nuriyev deyib ki, 2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə yerli və beynəlxalq ekspertlər qrupu tərəfindən İçərişəhərin konservasiya üzrə Baş Planı hazırlanıb və 2009-cu ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənib.


Prezident Administrasiyasının rəhbəri ötən dövr ərzində tarix-memarlıq abidələrinin qorunub saxlanması, onların öyrənilməsi, eləcə də turizm infrastrukturunun qurulması istiqamətində mühüm işlərin görüldüyünü, həyata keçirilən tədbirlərin ölkə rəhbərliyinin İçərişəhərə, ümumilikdə tariximizə, mədəniyyətimizə diqqət və qayğısının bariz nümunəsi olduğunu bildirib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bu istiqamətdə daha böyük əzmlə çalışacağına əmin olduğunu deyən Samir Nuriyev dövlətimizin başçısının tapşırıqlarını kollektivin diqqətinə çatdırıb, yeni təyin olunmuş sədrə və idarənin əməkdaşlarına işlərində uğurlar arzulayıb.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu BÜRCLƏR üçün sevgi və pul qapısı açıldı

Bu BÜRCLƏR üçün sevgi və pul qapısı açıldı

Yayda antibiotik istifadə edənlərə XƏBƏRDARLIQ

Yayda antibiotik istifadə edənlərə XƏBƏRDARLIQ

TikTok-da qeyri-etik ifadələr işlədən qadın cəzalandırıldı

TikTok-da qeyri-etik ifadələr işlədən qadın cəzalandırıldı

Avropada elektromobil satışları bu səbəbdən artdı

Avropada elektromobil satışları bu səbəbdən artdı

Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlanıb

Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlanıb

Gürcüstanda zəlzələ olub

Gürcüstanda zəlzələ olub

Beyni kiçildən vərdiş: 20 illik araşdırmanın nəticəsi açıqlandı

Beyni kiçildən vərdiş: 20 illik araşdırmanın nəticəsi açıqlandı

Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr

Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr

Bu 4 qida qaraciyərə faydalıdır

Bu 4 qida qaraciyərə faydalıdır

Kadir İnanırın mirası kimə qalacaq?

Kadir İnanırın mirası kimə qalacaq?

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

Məhərrəmlik bu tarixdə bitir

Məhərrəmlik bu tarixdə bitir

Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

Azərbaycan kartofdan milyonlar qazandı – Rəsmi rəqəmlər

Azərbaycan kartofdan milyonlar qazandı – Rəsmi rəqəmlər

Azərbaycanda hepatitə yoluxanların sayı açıqlandı

Azərbaycanda hepatitə yoluxanların sayı açıqlandı

Gürcüstan DTX elektrik kəsintisi ilə bağlı araşdırma aparır

Gürcüstan DTX elektrik kəsintisi ilə bağlı araşdırma aparır

Azərbaycanda investisiyaların sığortalanması mexanizmi hazırlanır

Azərbaycanda investisiyaların sığortalanması mexanizmi hazırlanır

Gürcüstanda elektrik problemi yaşandı: Bakı-Tbilisi qatarı yolda qaldı

Gürcüstanda elektrik problemi yaşandı: Bakı-Tbilisi qatarı yolda qaldı

Fransada meşə yanğınları antirekord qırır

Fransada meşə yanğınları antirekord qırır

Ləğv olunan 19 banka ödənilən kompensasiyanın məbləği açıqlanıb

Ləğv olunan 19 banka ödənilən kompensasiyanın məbləği açıqlanıb

İtkin düşən 7 nəfər tapıldı

İtkin düşən 7 nəfər tapıldı

Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb

Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb

Suriyada iki avtobus toqquşub, 35 nəfər ölüb

Suriyada iki avtobus toqquşub, 35 nəfər ölüb

“ChatGPT”nin işində pozuntu yarandı

“ChatGPT”nin işində pozuntu yarandı

End of content

No more pages to load

RADİO