Üzərinə həbs qoyulan əmlakların SONRAKI AQİBƏTİ

Yaxın günlərdə Azərbaycanda üzərinə həbs qoyulan əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və yaxud idarəetməyə verilməsi qaydalarını Nazirlər Kabineti təsdiqləyəcək.

Bu, Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, dəyişikliklər mülki iddianın və xüsusi müsadirənin təmin edilməsi üçün görülən tədbirlərin səmərəliliyini artırmaqla yanaşı, eyni zamanda üzərinə həbs qoyulmuş əmlakın dəyərinin itirilməsinin qarşısını almağa, son nəticədə əmlak mülkiyyətçisinin mülkiyyət hüquqlarının qorunmasına xidmət edir.

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi ilə əlaqədar tədbirlər mülkiyyət hüququnun məzmunu ilə bağlı olduğundan Mülki Məcəlləsinə müvafiq dəyişiklik təklif olunur.

Qanun layihəsinin Nazirlər Kabineti tərəfindən müvafiq qaydaların müəyyən edildiyi gündən qüvvəyə minməsi nəzərdə tutulur.

Bəs, üzərinə həbs qoyulan əmlak necə idarə olunur?

Suala hüquqşünas Aytac Qurbanova aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, mülki və kommersiya mübahisələrində məhkəmələr iddianın təmin edilməsi məqsədilə əmlak üzərinə həbs qoya bilərlər:


“Bu tədbir, mübahisəli əmlakın (daşınar və ya daşınmaz) satılmasının və ya zədələnməsinin qarşısını almaq üçün tətbiq edilir. Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Bu tədbirlər, məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi daşıyır.

Cinayət işlərində isə istintaq orqanları əmlak üzərinə həbs qoya bilərlər. Bu, gələcəkdə mümkün müsadirəni təmin etmək məqsədilə edilir. Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən, cinayət yolu ilə əldə edilmiş və ya cinayətin törədilməsində istifadə olunan əmlak məhkəmənin yekun qərarı ilə məcburi və əvəzsiz olaraq dövlət nəfinə alınır”.

Üzərinə həbs qoyulan əmlak özgəninkiləşdirilə bilməz

Müsahibimiz deyir ki, mülki və kommersiya mübahisələrində əmlak üzərinə həbs qoyulduqda, bu, əsasən əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi deməkdir:

“Lakin mülkiyyətçi, əmlakın istifadəsinə məhdudiyyət qoyulmadığı halda, ondan istifadə etməyə davam edə bilər. Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsinə görə, iddianı təmin etmək üçün tədbirlər müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Yəni, əgər məhkəmə qərarında istifadəyə qadağa nəzərdə tutulmayıbsa, mülkiyyətçi əmlakdan istifadə edə və ya onu icarəyə verə bilər.

Əmlak üzərinə həbs qoyulduqda, mülkiyyətçinin mülkiyyət hüququ ləğv edilmir. Mülkiyyətçi hətta həmin əmlakı vəsiyyət edə bilər, lakin vəsiyyətin icrası üçün yekun məhkəmə qətnaməsini gözləmək lazım gələcək. Mülki Prosessual Məcəllənin 162.4-cü maddəsinə əsasən, iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır”.

Hansı hallarda əmlakdan istifadəyə qadağa qoyula bilər?

Aytac Qurbanov onu da əlavə edib ki, məhkəmə təcrübəsində belə hallar da mövcuddur ki, işin mahiyyəti üzrə baxıldıqdan sonra iddia təmin edilmir və bu səbəbdən əmlak üzərinə qoyulmuş həbs ləğv edilir:

“Bu halda, əmlak üzərinə qoyulmuş məhdudiyyətlər aradan qaldırılır və mülkiyyətçi əmlak üzərində tam sərəncam vermək hüququnu bərpa edir.

Qeyd etmək lazımdır ki, bəzi hallarda məhkəmə əmlakın istifadəsinə də qadağa qoya bilər. Bu, xüsusilə əmlakın kommersiya fəaliyyəti ilə əlaqədar olduğu hallarda əhəmiyyətlidir. Belə hallarda, məhkəmə qərarında əmlakın istifadəsinə dair xüsusi məhdudiyyətlər göstərilə bilər.

Nəticə etibarilə, əmlak üzərinə həbs qoyulması mülkiyyətçinin əmlakdan istifadə və sərəncamvermə hüquqlarını müəyyən dərəcədə məhdudlaşdıra bilər. Bu məhdudiyyətlərin dəqiq hüdudları məhkəmənin qərarından və tətbiq edilən qanunvericilik normalarından asılıdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Alena Əliyevanın tələbələrlə səmimi görüşündən FOTOLAR

Alena Əliyevanın tələbələrlə səmimi görüşündən FOTOLAR

Ceyhun Bayramov Kaya Kallasla görüşdü – FOTO

Ceyhun Bayramov Kaya Kallasla görüşdü – FOTO

Kemeron Dias 53 yaşında üçüncü dəfə ana oldu – FOTO

Kemeron Dias 53 yaşında üçüncü dəfə ana oldu – FOTO

MEDİA onlayn media subyektlərinə dəstək müsabiqəsi ELAN ETDİ – FOTO

MEDİA onlayn media subyektlərinə dəstək müsabiqəsi ELAN ETDİ – FOTO

14 qətnamə və bir həqiqət: İkili standartlar qarşısında Azərbaycanın sülh strategiyası

14 qətnamə və bir həqiqət: İkili standartlar qarşısında Azərbaycanın sülh strategiyası

Türkiyədə “Azərbaycan Kinosu Günləri”nə start verilir

Türkiyədə “Azərbaycan Kinosu Günləri”nə start verilir

Dar məhəllə yollarını ikitərəfli zəbt edənlər cərimələnəcək – VİDEO

Dar məhəllə yollarını ikitərəfli zəbt edənlər cərimələnəcək – VİDEO

Tramp: “Zelenskini bəyənirəm” – VİDEO

Tramp: “Zelenskini bəyənirəm” – VİDEO

Aİ-yə üzvlüklə bağlı suala Paşinyandan gözlənilməz CAVAB

Aİ-yə üzvlüklə bağlı suala Paşinyandan gözlənilməz CAVAB

Parlamentlərarası İttifaqın Baş katibi İlham Əliyevin QƏBULUNDA - FOTO

Parlamentlərarası İttifaqın Baş katibi İlham Əliyevin QƏBULUNDA - FOTO

Kaya Kallas Azərbaycanda SƏFƏRDƏDİR

Kaya Kallas Azərbaycanda SƏFƏRDƏDİR

Hacıqabul və Ağsu sakinlərinin NƏZƏRİNƏ: Sabah saat 10:00-dan...

Hacıqabul və Ağsu sakinlərinin NƏZƏRİNƏ: Sabah saat 10:00-dan...

Tramp: “İrana qarşı hərbi əməliyyat keçirdiyim üçün qürur duyuram” - VİDEO

Tramp: “İrana qarşı hərbi əməliyyat keçirdiyim üçün qürur duyuram” - VİDEO

Eren Aydınla bağlı qərar VERİLDİ

Eren Aydınla bağlı qərar VERİLDİ

Trampdan Avropaya üç ardıcıl ZƏRBƏ – “Köhnə qitə” “nokaut” olacaq?

Trampdan Avropaya üç ardıcıl ZƏRBƏ – “Köhnə qitə” “nokaut” olacaq?

Bəzi məktəblərə yeni direktor təyin olundu

Bəzi məktəblərə yeni direktor təyin olundu

Neftçalada qızıl mağazasından oğurluq: Saxlanılan var – FOTO

Neftçalada qızıl mağazasından oğurluq: Saxlanılan var – FOTO

Paşinyan: “Regionda nəqliyyat əlaqələrinin açılacağına şübhəm yoxdur”

Paşinyan: “Regionda nəqliyyat əlaqələrinin açılacağına şübhəm yoxdur”

Sərxoş olub maşında yatdı, telefonu oğurlandı - ANBAAN VİDEO

Sərxoş olub maşında yatdı, telefonu oğurlandı - ANBAAN VİDEO

Sabah yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ

Sabah yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri İRƏVANDA

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri İRƏVANDA

Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi - Foto

Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi - Foto

Hansı müqavilələr mütləq notariusda təsdiqlənməlidir? – HÜQUQİ İZAH

Hansı müqavilələr mütləq notariusda təsdiqlənməlidir? – HÜQUQİ İZAH

Qazaxıstan mediasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlıq geniş işıqlandırılıb - FOTO

Qazaxıstan mediasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlıq geniş işıqlandırılıb - FOTO

End of content

No more pages to load

RADİO