16 illik təcrübənin yeni ünvanı - GESCO - FOTO

Davamlı olaraq dəyişən müasir dünyamızda ayrı-ayrı qurum və şirkətlərin fəaliyyətinin mühafizə xidməti olmadan təsəvvür etmək qeyri-mümkündür. Etibarlı və keyfiyyətli mühafizə sizin uğura gedən yoldakı ən güvənilən tərəfdaşınızdır. Daimi olaraq uğurlara fokuslanmaq və strateji hədəflərinizə doğru inamla addımlamaq mühafizə və təhlükəsizlik ehtiyacı doğurur, vaxtınızı və imkanlarınızı vahid məqsəd üçün səfərbər etməyinizə əngəl törədir. Bu baxımdan şirkətinizdə mühafizə sahəsində mümkün risklərin müəyyən edilməsi, bu risklərə qarşı müvafiq cavab tədbirlərinin görülməsi və ən əsası işinizin davamlılığının təmin edilməsi üçün səmərəli xidmət olduqca önəmlidir.

2005-ci ildən etibarən fəaliyyət göstərən GESCO mühafizə şirkəti məhz bu zərurətdən yaranıb. Artıq 16-cı ildir ki, şirkət tərəfdaş olduğu qurumlar üçün etibarlı və güvənilən xidmət təmin etməklə öz peşəkar fəaliyyətini icra edir. Gördüyü işlə həm öz keyfiyyətini göstərən GESCO, həm də uğura gedən yolda bir çox şirkətin və qurumun etibarlı tərəfdaşı olmağı bacarıb.

Bu müddət ərzində GESCO təkcə beynəlxalq standarlara uyğun fəaliyyət təmin etməyib, həm də öz uğurlu fəaliyyəti ilə mühafizə sahəsində yeni standartları müəyyən edib.

Mühafizə xidmətinin təşkili sahəsində zəngin fəaliyyət təcrübəsi, 2100-dən artıq peşəkar şəxsi heyət, müasir standartlara uyğun xidmət, texnologiya ilə insanın vəhdini təmin etməsi ilə uğurlu örnək yaratmağa nail olub. 

Bir şirkəti böyük edən onun tərəfdaşlarının böyüklüyü və uğurlarıdır. Bu baxımdan müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən 140-dan çox tərəfdaş qurum və şirkətlərlə əməkdaşlıq GESCO-nun fəaliyyəti dövründə imza atdığı ən böyük uğuru hesab oluna bilər.



Hər şeydən öncə keçən 16 illik müddət ərzində GESCO keyfiyyətli xidmət və etibarlı təhlükəsizliyin ünvanı olmağı bacarıb. GESCO-nu digər rəqibləri ilə müqayisədə üstün edən digər cəhət isə davamlı olaraq yenilən xidmət istiqamətlərinə malik olmasıdır.

Beynəlxalq təcrübəni izləyən və öz fəaliyyətinə tətbiq edən şirkət, fəaliyyətində müasir texnoloji imkanlarla qarşılıqlı inteqrasiyanı da uğurla təmin etməyi bacarır.

Mühafizə və təhlükəsizlik sahəsində artıq ənənəvi istiqamətlər hesab olunan fiziki mühafizə, müxtəlif obyekt və infrastrukturların təhlükəsizliyinin təmin olunması ilə yanaşı şirkət innovativ sahələrdə də özünü təsdiq etməyi bacarır. Xüsusilə informasiya təhlükəsizliyi, video müşahidə və ətraf mühitin mühafizəsi kimi sahələrdə keyfiyyətli xidmət təqdim etməklə, mühafizə işini yüksək dəqiqlik və peşəkarlıq prinsipləri çərçivəsində həyata keçirir.

GESCO ilə tərfədaş şirkətləri birləşdirən amil təkcə biznes ortaqlığı deyil. Sizinlə qarşılıqlı güvən mühiti inşa etmək və keyfiyyətli xidmətin təşkili şirkətin təməl hədəfləridir. Bir çox hallarda şirkətlər mühafizənin təşkilində relyef və iqlim şəraiti, yetərli kadr əskikliyi kimi problemlərlə qarşılaşır. Daha peşəkar və üstün xidmət isə ciddi maliyyə xərcləri tələb edir. GESCO isə təklif etdiyi yeni və effektiv həll yolları, öz işinin peşəkarı olan və operativ şəxsi heyətlə tərəfdaş qurumlar üçün keyfiyyətli və səmərəli xidmət təmin edir.

GESCO 16 illik peşəkar təcrübəni yeni dövrün reallıqları ilə sintezini təklif edir. Müasir texnologiyanın təqdim etdiyi imkanlar və peşəkar xidmətlə şirkət tərəfdaşları üçün mühafizə işinin operativ təşkil edilməsinə və maliyyə xərclərinin tənzimlənməsinə imkan verir. 

Hər bir işin ayrılmaz tərkib hissəsi heç şübhəsiz ki, iş yerlərində bədbəxt hadisələrin qarşısının alınması və ətraf mühitin mühafizəsi ilə bağlıdır. 



Göstərilən xidmətin keyfiyyəti qarşıya qoyulan tapşırıqların mükəmməl şəkildə icra olunması ilə yanaşı çevrə dostu fəaliyyətin də aparılmasına əsaslanır. GESCO bu baxımdan hər bir tərəfdaş qurumun birgə fəaliyyət göstərmək arzusunda olduğu şirkətdir. Öz xidməti heyəti üçün davamlı şəkildə insan sağlamlığının qorunması, əməyin və ətraf mühitin təhlükəsizliyi istiqamətində kurslar təşkil edən GESCO, tərəfdaş qurumların və müştərilərin ehtiyaclarına uyğun şəkildə təhlükəsizlik texnikasına və ətraf mühitin qorunması qaydalarına əməl olunmasına da zəmanət verir.

Bizim.Media













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moped idarə edənlərdən sürücülük vəsiqəsi tələb olunacaq - Prezident TƏSDİQLƏDİ

Moped idarə edənlərdən sürücülük vəsiqəsi tələb olunacaq - Prezident TƏSDİQLƏDİ

Kayahanın malikanəsi 130 milyona satışa çıxarıldı – FOTO

Kayahanın malikanəsi 130 milyona satışa çıxarıldı – FOTO

Rusiya AZAL təyyarəsi ilə bağlı cinayət işinə xitam verib – Rəsmi Bakıdan CAVAB

Rusiya AZAL təyyarəsi ilə bağlı cinayət işinə xitam verib – Rəsmi Bakıdan CAVAB

Hava KƏSKİN DƏYİŞİR – Külək güclənəcək, qar yağacaq

Hava KƏSKİN DƏYİŞİR – Külək güclənəcək, qar yağacaq

Hər şeyin ən yaxşısını seçən BÜRCLƏR

Hər şeyin ən yaxşısını seçən BÜRCLƏR

Dağıdılan mədəni irsimiz, talanan sərvətlərimiz – Ermənistan işğalının ACI NƏTİCƏLƏRİ

Dağıdılan mədəni irsimiz, talanan sərvətlərimiz – Ermənistan işğalının ACI NƏTİCƏLƏRİ

Bu legionerlər “Sabah”dan GEDƏCƏK

Bu legionerlər “Sabah”dan GEDƏCƏK

Ramiz Mehdiyevin şəriki binasından yığılan pulları Əli Kərimliyə ötürüb?

Ramiz Mehdiyevin şəriki binasından yığılan pulları Əli Kərimliyə ötürüb?

Orduxan Teymurxan, Qurban Məmmədov, Rəfael Piriyev və digərlərinə HÖKM OXUNDU

Orduxan Teymurxan, Qurban Məmmədov, Rəfael Piriyev və digərlərinə HÖKM OXUNDU

Bahar “Ağ şəhər”dən bahalı EV ALDI – VİDEO

Bahar “Ağ şəhər”dən bahalı EV ALDI – VİDEO

Bayram günlərində metroda iş saatı UZADILACAQ

Bayram günlərində metroda iş saatı UZADILACAQ

"Banu" şirniyyat sexində ciddi nöqsanlar aşkarlandı – FOTO

"Banu" şirniyyat sexində ciddi nöqsanlar aşkarlandı – FOTO

Bu il Azərbaycanda 63 kişi arvadı tərəfindən DÖYÜLÜB

Bu il Azərbaycanda 63 kişi arvadı tərəfindən DÖYÜLÜB

Baş nazir bu qaydanı təsdiq etdi

Baş nazir bu qaydanı təsdiq etdi

Bakı metrosunda retro vaqonlar nümayiş etdiriləcək - FOTO

Bakı metrosunda retro vaqonlar nümayiş etdiriləcək - FOTO

Buzlu yol Gədəbəydə QƏZAYA səbəb oldu – Xəsarət alanlar var

Buzlu yol Gədəbəydə QƏZAYA səbəb oldu – Xəsarət alanlar var

Rəsmi Bakı: “"Rus Evi"nin ləğvi məsələsi başa çatıb”

Rəsmi Bakı: “"Rus Evi"nin ləğvi məsələsi başa çatıb”

Növbəti köç karvanı Hadrut qəsəbəsinə çatdı – VİDEO

Növbəti köç karvanı Hadrut qəsəbəsinə çatdı – VİDEO

Bu hakimin fəaliyyətinə xitam verildi

Bu hakimin fəaliyyətinə xitam verildi

Ceyhun Bayramov: “Bu il Ermənistanla sülh prosesində böyük irəliləyiş əldə olunub”

Ceyhun Bayramov: “Bu il Ermənistanla sülh prosesində böyük irəliləyiş əldə olunub”

“Qarabağ” Yankoviçin transferindən nə qədər QAZANMAQ İSTƏYİR?

“Qarabağ” Yankoviçin transferindən nə qədər QAZANMAQ İSTƏYİR?

Bakcell lotereyasında 12-ci avtomobil uduldu!

Bakcell lotereyasında 12-ci avtomobil uduldu!

İranla İsrail arasında müharibə ANONSU – “Yeni zərbələr QAÇILMAZDIR” – EKSKLÜZİV

İranla İsrail arasında müharibə ANONSU – “Yeni zərbələr QAÇILMAZDIR” – EKSKLÜZİV

AFFA-dan bir turda olanlara görə 37 min manatlıq CƏRİMƏ

AFFA-dan bir turda olanlara görə 37 min manatlıq CƏRİMƏ

End of content

No more pages to load

RADİO