Qəzetlər arasında müsabiqə elan edildi - ŞƏRTLƏR

Medianın İnkişafı Agentliyi çap mediasına dəstək layihəsi elan edib.

Agentlikdən Bizim.Media-ya verilən məlumata görə, müsabiqə ictimai-siyasi qəzetlər arasında keçirilir.

Müsabiqədə iştirak üçün ictimai-siyasi qəzetlər:

– mətbu nəşrlərin reyestrinə daxil edilmiş olmalıdır;

– müsabiqə elan olunan günədək son 1 (bir) il ərzində müntəzəm nəşr olunmalı, dövriliyi həftədə bir dəfədən, birdəfəlik tirajı 1500 nüsxədən və yayımı (abunə və satışı) 1000 nüsxədən az olmamalıdır;

– yenidən təşkil, müflis olma, ləğv edilmə prosesində olmamalıdır;

– təsisçisi xarici dövlətlərin hüquqi və fiziki şəxsləri olmamalıdır;

– təsisçisi dövlət orqanları, bələdiyyələr, dini qurumlar və dini icmalar olmamalıdır.

– redaksiyasının yaradıcı heyəti ən azı beş nəfərdən ibarət olmalıdır.

Müsabiqədə iştirak etmək üçün müraciət edən qəzet redaksiyaları müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində hər ay üzrə 2 (iki) nömrə olmaqla, ümumilikdə 6 (altı) nömrələrini Qaydalara uyğun olaraq Agentliyə təqdim edirlər.

Tələb olunan digər sənədlər:

– qəzetin baş redaktorunun ərizəsi;

– qəzetin mətbu nəşrlərin reyestrinə daxil edilməsini təsdiq edən müvafiq sənədin surəti;

– vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

– qəzet redaksiyasının nizamnaməsinin surəti;

– müsabiqə elan olunan günədək son 1 (bir) il ərzində qəzetin müntəzəm nəşr olunmasını təsdiq edən arayış;

– mətbəə tərəfindən verilən və qəzetin dövriliyini təsdiq edən arayış;

– qəzetin birdəfəlik tirajını təsdiq edən elektron qaimələr (mətbəə qaimələri);

– qəzetin tiraj bölgüsünə dair məlumatı əks etdirən təsdiqlənmiş sənəd;

– qəzetin abunə və satışına dair yayımçı tərəfindən təsdiq edilən arayışlar və elektron qaimələr;

– qəzetin bank rekvizitlərini əks etdirən sənəd;

– qəzetin və onun eyniadlı veb-saytının minimum işçi sayı tələbinə cavab verdiyini təsdiq edən əmək müqaviləsi bildirişləri (veb-saytın işçilərinə dair əmək müqaviləsi bildirişləri təqdim edilə bilmədikdə həmin işçilərin veb-saytda müvafiq vəzifələri icra etdiyinə dair təşkilati-sərəncamverici sənədlərin surəti);

– qəzetin müvafiq qəzet nömrələri (təqdim olunan hər bir nömrə 4 nüsxədə).

Müsabiqənin elanından əvvəlki yarımildə maliyyə yardımı göstərilmiş qəzet redaksiyalarından tələb olunan sənədlər:

– qəzetin baş redaktorunun ərizəsi;

– qəzetin və onun eyniadlı veb-saytının minimum işçi sayı tələbinə cavab verdiyini təsdiq edən əmək müqaviləsi bildirişləri (veb-saytın işçilərinə dair əmək müqaviləsi bildirişləri təqdim edilə bilmədikdə həmin işçilərin veb-saytda müvafiq vəzifələri icra etdiyinə dair təşkilati-sərəncamverici sənədlərin surəti);

– qəzetin müvafiq qəzet nömrələri (təqdim olunan hər bir nömrə 4 nüsxədə).

Müsabiqəyə müraciət nəzərdə tutulmuş sənədlərin kağız daşıyıcıda Agentliyə təqdim olunması və ya “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı”na daxil edilməsi yolu ilə edilir.

Qəzet nömrələrinin qiymətləndirilməsi Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 müstəqil ekspert tərəfindən həyata keçirilir.

Maliyyə yardımının göstərilməsi:

– Həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5000 (beş min) manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə isə aylıq 15000 (on beş) min manat məbləğində maliyyə yardımı göstərilir;

– Müsabiqədə qalib elan olunan hər bir qəzet redaksiyasının eyniadlı veb-saytına 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstərilir;

– Qalib elan olunan qəzetin baş redaktoru müsabiqəyə müraciət ərizəsində qəzetinin eyniadlı veb-saytını əsaslı yeniləmək niyyətini ifadə etmişdirsə, maliyyə yardımı göstərilən 6 (altı) aylıq dövrün birinci ayında ona həmin veb-saytın əsaslı yenilənməsi məqsədilə 5000 (beş min) manat məbləğində vəsait ayrılır;– Müsabiqədə qalib elan olunan qəzet redaksiyaları Agentlik tərəfindən maliyyələşdirilən hər nömrədə (həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlər həftədə bir dəfə, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlər isə həftədə beş dəfə olmaqla) Qaydalarda göstərilən sahələrdən hər hansı biri üzrə ən azı 500 (beş yüz) sözdən ibarət məqalənin dərc olunmasını təmin edirlər.

Maliyyə yardımı göstərilən dövr ərzində qəzetin eyniadlı veb-saytının işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə vebsaytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir.

Maliyyə yardımı göstərilən ay üzrə qəzetin yalnız fiziki şəxslərdən ibarət hər əlavə 500 (beş yüz) abunəsi üçün aylıq 200 (iki yüz) manat, hər əlavə 1000 (bir min) abunəsi üçün isə aylıq 400 (dörd yüz) manat məbləğində bonusun verilməsi nəzərdə tutulur;

Müraciətlərin qəbulu iyunun 1-dən 11-dək həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moped idarə edənlərdən sürücülük vəsiqəsi tələb olunacaq - Prezident TƏSDİQLƏDİ

Moped idarə edənlərdən sürücülük vəsiqəsi tələb olunacaq - Prezident TƏSDİQLƏDİ

Kayahanın malikanəsi 130 milyona satışa çıxarıldı – FOTO

Kayahanın malikanəsi 130 milyona satışa çıxarıldı – FOTO

Rusiya AZAL təyyarəsi ilə bağlı cinayət işinə xitam verib – Rəsmi Bakıdan CAVAB

Rusiya AZAL təyyarəsi ilə bağlı cinayət işinə xitam verib – Rəsmi Bakıdan CAVAB

Hava KƏSKİN DƏYİŞİR – Külək güclənəcək, qar yağacaq

Hava KƏSKİN DƏYİŞİR – Külək güclənəcək, qar yağacaq

Hər şeyin ən yaxşısını seçən BÜRCLƏR

Hər şeyin ən yaxşısını seçən BÜRCLƏR

Dağıdılan mədəni irsimiz, talanan sərvətlərimiz – Ermənistan işğalının ACI NƏTİCƏLƏRİ

Dağıdılan mədəni irsimiz, talanan sərvətlərimiz – Ermənistan işğalının ACI NƏTİCƏLƏRİ

Bu legionerlər “Sabah”dan GEDƏCƏK

Bu legionerlər “Sabah”dan GEDƏCƏK

Ramiz Mehdiyevin şəriki binasından yığılan pulları Əli Kərimliyə ötürüb?

Ramiz Mehdiyevin şəriki binasından yığılan pulları Əli Kərimliyə ötürüb?

Orduxan Teymurxan, Qurban Məmmədov, Rəfael Piriyev və digərlərinə HÖKM OXUNDU

Orduxan Teymurxan, Qurban Məmmədov, Rəfael Piriyev və digərlərinə HÖKM OXUNDU

Bahar “Ağ şəhər”dən bahalı EV ALDI – VİDEO

Bahar “Ağ şəhər”dən bahalı EV ALDI – VİDEO

Bayram günlərində metroda iş saatı UZADILACAQ

Bayram günlərində metroda iş saatı UZADILACAQ

"Banu" şirniyyat sexində ciddi nöqsanlar aşkarlandı – FOTO

"Banu" şirniyyat sexində ciddi nöqsanlar aşkarlandı – FOTO

Bu il Azərbaycanda 63 kişi arvadı tərəfindən DÖYÜLÜB

Bu il Azərbaycanda 63 kişi arvadı tərəfindən DÖYÜLÜB

Baş nazir bu qaydanı təsdiq etdi

Baş nazir bu qaydanı təsdiq etdi

Bakı metrosunda retro vaqonlar nümayiş etdiriləcək - FOTO

Bakı metrosunda retro vaqonlar nümayiş etdiriləcək - FOTO

Buzlu yol Gədəbəydə QƏZAYA səbəb oldu – Xəsarət alanlar var

Buzlu yol Gədəbəydə QƏZAYA səbəb oldu – Xəsarət alanlar var

Rəsmi Bakı: “"Rus Evi"nin ləğvi məsələsi başa çatıb”

Rəsmi Bakı: “"Rus Evi"nin ləğvi məsələsi başa çatıb”

Növbəti köç karvanı Hadrut qəsəbəsinə çatdı – VİDEO

Növbəti köç karvanı Hadrut qəsəbəsinə çatdı – VİDEO

Bu hakimin fəaliyyətinə xitam verildi

Bu hakimin fəaliyyətinə xitam verildi

Ceyhun Bayramov: “Bu il Ermənistanla sülh prosesində böyük irəliləyiş əldə olunub”

Ceyhun Bayramov: “Bu il Ermənistanla sülh prosesində böyük irəliləyiş əldə olunub”

“Qarabağ” Yankoviçin transferindən nə qədər QAZANMAQ İSTƏYİR?

“Qarabağ” Yankoviçin transferindən nə qədər QAZANMAQ İSTƏYİR?

Bakcell lotereyasında 12-ci avtomobil uduldu!

Bakcell lotereyasında 12-ci avtomobil uduldu!

İranla İsrail arasında müharibə ANONSU – “Yeni zərbələr QAÇILMAZDIR” – EKSKLÜZİV

İranla İsrail arasında müharibə ANONSU – “Yeni zərbələr QAÇILMAZDIR” – EKSKLÜZİV

AFFA-dan bir turda olanlara görə 37 min manatlıq CƏRİMƏ

AFFA-dan bir turda olanlara görə 37 min manatlıq CƏRİMƏ

End of content

No more pages to load

RADİO