Bakı-Qazax magistralının Hacıqabul rayonu Atbulaq qəsəbəsi ərazisindən keçən hissəsində yol qəzası baş verib.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, “Mercedes” markalı yük avtomobili yolu keçən Atbulaq qəsəbə sakini 1972-ci il təvəllüdlü Cəbrayılov Asəf Musaxan oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media