Ana hamiləlikdə siqaret çəkərsə, uşaqda astma YARANA BİLƏR?

Bildiyimiz kimi, hamilə qadınların siqaret çəkməsi, hətta kiminsə onun yanında siqaret çəkməsi belə, məsləhət görülmür. Çünki bu körpənin səhhətinə ziyan verə, həmçinin, onun həyatı üçün təhlükənin yaranmasına səbəb ola bilər. 
 

MÖVZU İLƏ BAĞLI:

Sürətlə yayılan sinə ƏMƏLİYYATI - Mammoplastika edən analar körpəsinə süd verə bilərmi?


Həmçinin, bəzi fikirlərə görə tütünün tərkibindəki zəhərli maddələr, tənəffüs yollarını zədələyərək, körpənin tənəffüs sisteminin inkişafının zəifləməsinə səbəb olur. Bu da astmanın yaranmasına təkan verə bilər. 

Bu fikirlər nə dərəcədə reallığa uyğundur?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən ginekoloq Təranə Əzizovanın fikrincə, hamilə qadının siqaret çəkməsi ziyanlıdır, amma bunun nəticəsində uşaqda astma yaranması mütləq deyil:

“Siqaret çəkən anaların uşaqlarında astma xəstəliyi inkişaf edə bilər, ancaq bu tam da dəqiq deyil. Çünki astma iki cür olur: bronxial və allergik astma . Bəli, yeni doğulan uşağın bronxlarında belə problemlər ola bilər. Bu, allergik tiplidir. Uşaq doğulanda qanında nikotin turşusu çox olduğu üçün bu da bronxa spazm verir. Buna görə də onlarda allegik tipli öskürəklər ola bilər”. 

“Ana hamiləlikdə siqaret çəkərsə, uşaq çox əsəbi və ağlağan ola bilər”.

Ginekoloq hamilələrin siqaret çəkməsinin digər zərərlərindən də danışıb:

“Ümumiyyətlə, siqaret çəkmək qadın üçün çox zərərlidir, hamilə qadın üçün isə daha zərərlidir.

Birincisi, siqaretin tərkibindəki nikotin turşusu beyin daxili təzyiqin artmasına, beyin damarlarının yığılmasına, spazmın artmasına səbəb olur. Həmin nikotin qan vasitəsilə dölə keçir, döldə də həmin fəsadları yaradır. Buna görə də siqaret çəkən ananın körpəsi doğulduqda beyin daxili təzyiqləri çox yüksək olur, həmçinin, əsəbi, ağlağan olurlar. Çünki 9 ay ananın bətnində nikotinə öyrəşən uşağın bədənində buna tələbat olur. 

Doğulduqdan sonra isə bu tələbat ödənilmədiyi üçün uşaq çox əsəbi, ağlağan olduğu üçün nevroloq tərəfindən müalicə olunmalıdır”.

Ginekoloq vurğulayıb ki, ananın hamiləlikdə siqaret çəkməsi nəticəsində uşağın sinir sistemində problem ola bilər:

“Nəticədə, əqli gerilik, inkişafın çatışmamazlığı qeydə alına bilər.

“Qadınlara tövsiyə edirəm ki, onlar hamiləlikdən öncə siqareti tərgitsinlər ki, bədən bir müddət təmizlənsin”.

Nəzrin Mirzəyeva, Bizim. Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İctimai birliyin layihəsi başa çatdı

İctimai birliyin layihəsi başa çatdı

Binəqədidə obyektdə YANĞIN – YENİLƏNİB

Binəqədidə obyektdə YANĞIN – YENİLƏNİB

Bakıda sınan ağaclar yollardan götürüldü– FOTO

Bakıda sınan ağaclar yollardan götürüldü– FOTO

"Özümü tənha hiss edirəm" - Coni sevgisizlikdən şikayətləndi - VİDEO

"Özümü tənha hiss edirəm" - Coni sevgisizlikdən şikayətləndi - VİDEO

Güclü külək nəticəsində ağac AŞDI - Xəsarət alan var

Güclü külək nəticəsində ağac AŞDI - Xəsarət alan var

Ukrayna PUA-ları Udmurtiyada neft bazasına hücum etdi – VİDEO

Ukrayna PUA-ları Udmurtiyada neft bazasına hücum etdi – VİDEO

Buzovna-Zuğulba yolunda ağır qəza: XƏSARƏT ALAN VAR - VİDEO

Buzovna-Zuğulba yolunda ağır qəza: XƏSARƏT ALAN VAR - VİDEO

Kürdəmirdəki yanğın söndürüldü

Kürdəmirdəki yanğın söndürüldü

İranın Kiyevə hədəsi - Tehran həqiqətən cavab verə bilərmi?

İranın Kiyevə hədəsi - Tehran həqiqətən cavab verə bilərmi?

Bakıda güclü küləyə görə 2 nəfər xəstəxanalıq oldu

Bakıda güclü küləyə görə 2 nəfər xəstəxanalıq oldu

Yumurta UCUZLAŞACAQ – 1 qəpiyə SATILACAQ?

Yumurta UCUZLAŞACAQ – 1 qəpiyə SATILACAQ?

İspaniya tarixində ən böyük yanğın: 3 bölgədə fövqəladə vəziyyət elan edildi - VİDEO

İspaniya tarixində ən böyük yanğın: 3 bölgədə fövqəladə vəziyyət elan edildi - VİDEO

33 yaşlı kişi Qarabağ kanalında batdı– VİDEO

33 yaşlı kişi Qarabağ kanalında batdı– VİDEO

DYP-dən küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

DYP-dən küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Biləsuvarda iki minik avtomobili toqquşdu - 3 nəfər xəsarət aldı

Biləsuvarda iki minik avtomobili toqquşdu - 3 nəfər xəsarət aldı

Britaniyanın yeni baş naziri bu gün Zelenski ilə görüşəcək

Britaniyanın yeni baş naziri bu gün Zelenski ilə görüşəcək

Göyçayda transformator PARTLADI: Yanğın baş verdi - VİDEO

Göyçayda transformator PARTLADI: Yanğın baş verdi - VİDEO

Ağcabədidə bədbəxt hadisə: Traktor elektrik dirəyinə çırpıldı – Ölən var

Ağcabədidə bədbəxt hadisə: Traktor elektrik dirəyinə çırpıldı – Ölən var

İşğal altındakı Krımda S-400 kompleksi məhv edildi – VİDEO

İşğal altındakı Krımda S-400 kompleksi məhv edildi – VİDEO

Putin və Si Amerika arsenalının zəifləməsi məqamını gözləyir – Qlobal güc balansı DƏYİŞƏCƏKMİ?

Putin və Si Amerika arsenalının zəifləməsi məqamını gözləyir – Qlobal güc balansı DƏYİŞƏCƏKMİ?

Ağ Ev elmi-fantastika üslubunda animasiya yayımladı – VİDEO

Ağ Ev elmi-fantastika üslubunda animasiya yayımladı – VİDEO

TikTok paylaşımından 12 gün sonra öldürüldü

TikTok paylaşımından 12 gün sonra öldürüldü

Dünyanın ən isti şəhəri: Quşlar göydən yerə düşür

Dünyanın ən isti şəhəri: Quşlar göydən yerə düşür

Ağdamın Kəngərli və Papravənd kəndlərindəki yanğınlar söndürüldü

Ağdamın Kəngərli və Papravənd kəndlərindəki yanğınlar söndürüldü

End of content

No more pages to load

RADİO