Səhiyyə Nazirliyində "Volqa" ƏMƏLİYYATI: Dövlətdən 10 min "yeyən" maşını 3 minə satdılar - FOTO

Bu yaxınlarda Nəsimi Rayon Məhkəməsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Təsərrüfat şöbəsinin keçmiş müdiri Şamil Şahbazovun həmin müəssisənin direktoru Rüstəm Talışinskiyə qarşı iddiası üzrə keçirilən prosesdə maraqlı faktlar üzə çıxıb.

Bizim.Media Bakupost.az-a istinadən məlumat verir ki, İnstitut 2022-ci ilin dekabrında QAZ-3110 - "Volqa" markalı avtomobilin təmiri üçün tender elan edib. Tenderin nəticələrinə əsasən, növbəti ildə "Volqa" avtomobili əsaslı təmir edilib. 

Təmir İnstituta 9 min manata başa gəlib.


Maraqlısı isə odur ki, təmirinə 9 min manat xərclənən avtomobil 2025-ci ildə əmlak.gov portalında dəyərindən demək olar ki, 3 dəfə ucuz qiymətə - 3600 manata satışa çıxarılıb.

Xatırladaq ki, sözügedən məhkəmə prosesində Şamil Şahbazov tenderin formal xarakter daşıdığı, həmin maşına 1 manat da olsun, pul qoyulmadığını iddia edib. Onun sözlərinə görə, "Volqa"ya ayrılan yanacaq İnstitutda digər rəhbər vəzifəli şəxslərin maşınlarına vurulub.

"Volqa"dan sadəcə "benzin silmək" üçün istifadə olunub. O da qeyd olunub ki, həmin avtomobil məhz bütün bu əməliyyatların izini itirmək üçün satışa çıxarılıb.


Beləliklə, aydın olur ki, köhnə "Volqa"dan həm təmir, həm də yanacaq pullarının mənimsənilməsi üçün istifadə olunub. Onu da qeyd edək ki, Şamil Şahbazovun İnstitutun direktoru Rüstəm Talışinskiyə qarşı iddiası qanunsuz olaraq işdən azad olması ilə bağlı idi.

İnstitutla bağlı bir sıra qanunazidd faktlar təqdim edən Ş.Şahbazov hazırkı direktor R.Talışinski və keçmiş direktor, hazırda adı saxta sertifikasiya məsələləri ilə gündəmdə olan səhiyyə nazirinin müavini İlqar Qasımovun korrupsiya ilə məşğul olduqlarını iddia edirdi. Prosesin sonunda Ş.Şahbazovun işdən qanunsuz azad olunduğu sübut edildi və məhkəmə onun işinə bərpa olunması barədə qərar çıxardı.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kişilər ev işlərində həyat yoldaşlarına kömək etməlidirlərmi? - VİDEO

Kişilər ev işlərində həyat yoldaşlarına kömək etməlidirlərmi? - VİDEO

DİQQƏT! Tovuz şəhərinin bir hissəsi və səkkiz kəndi qazsız qalacaq

DİQQƏT! Tovuz şəhərinin bir hissəsi və səkkiz kəndi qazsız qalacaq

Azərbaycana gətirilən çörək qırıntıları məhsulunda kif və göbələk aşkarlandı – FOTO

Azərbaycana gətirilən çörək qırıntıları məhsulunda kif və göbələk aşkarlandı – FOTO

Bakıda təhlükəli anlar: Azyaşlılar skuterlə əks istiqamətdə hərəkət etdilər – VİDEO

Bakıda təhlükəli anlar: Azyaşlılar skuterlə əks istiqamətdə hərəkət etdilər – VİDEO

İran niyə AzTV-ni düşmən media elan etdi? –VİDEO

İran niyə AzTV-ni düşmən media elan etdi? –VİDEO

Bakıda yeni avtobus marşrutu fəaliyyətə BAŞLAYIR: Gedişhaqqı 1,50 AZN

Bakıda yeni avtobus marşrutu fəaliyyətə BAŞLAYIR: Gedişhaqqı 1,50 AZN

“Toplum TV” işi üzrə hökm oxundu- 12 ildən 15 ilə kimi

“Toplum TV” işi üzrə hökm oxundu- 12 ildən 15 ilə kimi

Bakıda güclü külək səbəbindən təcili yardıma müraciət edənlərin sayı ARTDI

Bakıda güclü külək səbəbindən təcili yardıma müraciət edənlərin sayı ARTDI

Bu fermerlər cəzalandırılacaq - Nazirlikdən əkin subsidiyası ilə bağlı XƏBƏRDARLIQ

Bu fermerlər cəzalandırılacaq - Nazirlikdən əkin subsidiyası ilə bağlı XƏBƏRDARLIQ

QƏRAR: Cərimə meydançasına aparılan maşınların xərci sürücüyə qaytarılacaq – BU HALLARDA

QƏRAR: Cərimə meydançasına aparılan maşınların xərci sürücüyə qaytarılacaq – BU HALLARDA

Puqaçova festivala əsa ilə qatıldı – FOTO/VİDEO

Puqaçova festivala əsa ilə qatıldı – FOTO/VİDEO

Ülvi Hacızadə nazir müavini TƏYİN EDİLDİ

Ülvi Hacızadə nazir müavini TƏYİN EDİLDİ

Lerikdə ƏMƏLİYYAT: Saxlanılan var – FOTO/VİDEO

Lerikdə ƏMƏLİYYAT: Saxlanılan var – FOTO/VİDEO

Ahbap qalmaqalı böyüyür – Funda Ararın sözləri gündəm oldu

Ahbap qalmaqalı böyüyür – Funda Ararın sözləri gündəm oldu

Kondisioner görün hansı xəstəliklərə səbəb olur – Gizli təhlükəsi ilə bağlı həkimdən XƏBƏRDARLIQ

Kondisioner görün hansı xəstəliklərə səbəb olur – Gizli təhlükəsi ilə bağlı həkimdən XƏBƏRDARLIQ

MEDİA-dan İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı BƏYANAT

MEDİA-dan İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı BƏYANAT

Hövsanda FACİƏ: Dənizdə 4 nəfər batdı - 3 bacıdan biri həyatını itirdi

Hövsanda FACİƏ: Dənizdə 4 nəfər batdı - 3 bacıdan biri həyatını itirdi

Günəşdə güclü partlayış baş verdi

Günəşdə güclü partlayış baş verdi

Taksidə sərnişinə əxlaqsız təklif edən sürücü saxlanıldı – VİDEO

Taksidə sərnişinə əxlaqsız təklif edən sürücü saxlanıldı – VİDEO

Geri çağırılan baş konsul əvvəllər jurnalist olub – FOTO

Geri çağırılan baş konsul əvvəllər jurnalist olub – FOTO

İlin birinci yarısında 815 kişi ödənişli atalıq məzuniyyəti götürüb

İlin birinci yarısında 815 kişi ödənişli atalıq məzuniyyəti götürüb

Məşhur aktyorun üzü supermarketlərdə “satışa çıxarıldı” – FOTO

Məşhur aktyorun üzü supermarketlərdə “satışa çıxarıldı” – FOTO

Hamı onu dəli hesab edirdi - 36 ildə mümkünsüzü bacardı

Hamı onu dəli hesab edirdi - 36 ildə mümkünsüzü bacardı

Məşhur müğənni: "Nənə və babamın yaşadığı Sumqayıta gedəcəyik"

Məşhur müğənni: "Nənə və babamın yaşadığı Sumqayıta gedəcəyik"

End of content

No more pages to load

RADİO