4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun oğlu, Elarizin kürəkəni… - FOTO

Bakıda 33 yaşlı birjaçı Alışan Nizaminin 3 sahibkarın 4 milyondan çox pulunu ələ keçirmə ittihamı ilə həbs edildiyi barədə məlumat vermişdik.

“Qafqazinfo” zərərçəkmişlərə milyonluq zərər vurmaqda təqsirləndirilən Nizaminin kimliyi haqda məlumat əldə edib.
 

MÖVZU İLƏ BAĞLI:

Pul qazanmaq istəyərkən 1 milyon itirən eks-məmurun oğlu imiş - FOTO


Uşaqlıqdan birja fəaliyyəti ilə maraqlanan Nizami AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun 4 il əvvəl vəfat etmiş atası Akif Alışanov da yüksək vəzifələrdə çalışıb. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Sonuncu dəfə isə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi kimi fəaliyyət göstərib.

Fotoda: Akif Alışanov


Tanınmış soyadın davamçısı Nizaminin qayınatası isə hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğludur. O, 2014-cü ildə müğəninin qızı Günellə evlənib. Cütlüyün toyu mediadan gizli saxlanılsa da, sonradan fotoları yayılıb.


Hazırda ağır cinayətə görə mühakimə edilən Alışan Nizami 2018-2019-cu illərdə elə əmisinin yanında-AzTV-nin İnformasiya və Texnologiya şöbəsinin müdir müavini işləyib.

Qeyd edək ki, Alışan Nizami Akif oğlunun oyunlarına qoşulub milyonlar itirənlər “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadə, Nərimanov Rayon Prokurorunun sabiq müavini Zeynal Usubov və başqa sahibkar Yadigar İsrafilovdur.


Dustaq birjaçı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiiham edilir. Amma ittihamı qəbul etmir. Bu cinayət məhkəmə hökmü ilə təsdiqini taparsa, Alışan Nizami ömrünün 10-14 ilini həbsdə keçirməli olacaq.

Xatırladaq ki, Arif Alışanov 2019-cu ilin yanvarında Prezidentin sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sevgi münasibətlərində bəzən bir baxış günün axarını dəyişə bilər

Sevgi münasibətlərində bəzən bir baxış günün axarını dəyişə bilər

Aeroport şosesində qəzada xəsarət alanların SON DURUMU

Aeroport şosesində qəzada xəsarət alanların SON DURUMU

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Çempionlar Liqası: Finalın son iştirakçısı bu gün BƏLLİ OLACAQ

Çempionlar Liqası: Finalın son iştirakçısı bu gün BƏLLİ OLACAQ

Sabunçu rayonun bəzi ərazilərində qaz kəsiləcək

Sabunçu rayonun bəzi ərazilərində qaz kəsiləcək

Sosial şəbəkələrə yeni baxış: Zərərli vərdiş, yoxsa stresslə mübarizə üsulu?

Sosial şəbəkələrə yeni baxış: Zərərli vərdiş, yoxsa stresslə mübarizə üsulu?

1200 at gücünə malik yeni HİPERKAR - Cəmi 50 ədəd buraxılacaq

1200 at gücünə malik yeni HİPERKAR - Cəmi 50 ədəd buraxılacaq

İranın gizli “silahı” ÜZƏ ÇIXDI – Dünyanı internetsiz qoya bilərlər – DETALLAR

İranın gizli “silahı” ÜZƏ ÇIXDI – Dünyanı internetsiz qoya bilərlər – DETALLAR

Günəş bir neçə dəqiqəlik yoxa çıxacaq: Avropanı nə gözləyir? – Geri sayım başladı

Günəş bir neçə dəqiqəlik yoxa çıxacaq: Avropanı nə gözləyir? – Geri sayım başladı

30 illik transformatora görə evinə köçə bilmir – “Azərişıq” məsuliyyəti niyə boynundan ATIR? -VİDEO

30 illik transformatora görə evinə köçə bilmir – “Azərişıq” məsuliyyəti niyə boynundan ATIR? -VİDEO

Erik Tramp atasının adını daşıyacaq hava limanının yeni loqosunu təqdim etdi – FOTO

Erik Tramp atasının adını daşıyacaq hava limanının yeni loqosunu təqdim etdi – FOTO

Mənzilləri sökülən vətəndaşların NƏZƏRİNƏ: Bu qədər kompensasiya verilə bilər...

Mənzilləri sökülən vətəndaşların NƏZƏRİNƏ: Bu qədər kompensasiya verilə bilər...

İsrail Livanı vurdu, ABŞ yeni əməliyyata başladı... - Yaxın Şərqdə BAŞ VERƏNLƏR

İsrail Livanı vurdu, ABŞ yeni əməliyyata başladı... - Yaxın Şərqdə BAŞ VERƏNLƏR

“Navai”nin “Ferrari” ilə düşdüyü qəzanın ANBAAN VİDEOSU

“Navai”nin “Ferrari” ilə düşdüyü qəzanın ANBAAN VİDEOSU

Cənubi Koreyada 80 yaşlı kişi “ən yaxşı yatan” titulunu qazandı

Cənubi Koreyada 80 yaşlı kişi “ən yaxşı yatan” titulunu qazandı

Ütüdəki yanıq izindən qurtulmağın asan formulu

Ütüdəki yanıq izindən qurtulmağın asan formulu

1 aylıq maaşına Bakının mərkəzində ev almaq olur

1 aylıq maaşına Bakının mərkəzində ev almaq olur

"Bitcoin"in qiyməti 82 min dollara yaxınlaşır

"Bitcoin"in qiyməti 82 min dollara yaxınlaşır

“İkinci əl” təkərlər kəskin BAHALAŞDI

“İkinci əl” təkərlər kəskin BAHALAŞDI

İctimai yerlərdə sizə yaxınlaşan bu şəxslərə diqqət — Bakıda "müasir" dələduzluq növü

İctimai yerlərdə sizə yaxınlaşan bu şəxslərə diqqət — Bakıda "müasir" dələduzluq növü

Çin 78 milyard ağac əkdi, bunun bədəlini ödəyir - Xəbərdarlıq

Çin 78 milyard ağac əkdi, bunun bədəlini ödəyir - Xəbərdarlıq

Çempionlar Liqasında ilk finalçı BƏLLİ OLDU – VİDEO

Çempionlar Liqasında ilk finalçı BƏLLİ OLDU – VİDEO

Bu gündən uşaqların I sinfə qəbulu prosesi başlayır

Bu gündən uşaqların I sinfə qəbulu prosesi başlayır

İstifadəsiz torpaqlarla bağlı YENİ QAYDA - Boş qalan bağ sahələrinin aqibəti necə olacaq?

İstifadəsiz torpaqlarla bağlı YENİ QAYDA - Boş qalan bağ sahələrinin aqibəti necə olacaq?

End of content

No more pages to load

RADİO