Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Şəki-Zaqatala magistral yolunun Qax rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" və "Mitsubishi" markalı avtomobillərin toqquşması nəticəsində ilkin məlumata əsasən 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media