Azərbaycan vətəndaşını zorla döyüşə apardılar, əsir düşdü – FOTO

Azərbaycan vətəndaşı Ağamir Əzimov Rusiyada miqrantlara qarşı əməliyyat zamanı saxlanılıb və məcburi qaydada Ukrayna müharibəsinə göndərilib. Bu yaxınlarda isə əsir düşüb. 

Bizim.Media xəbər verir ki, bu sözləri "axar.az"a açıqlamasında Ağamir Əzimovun anası Sevinc Hüseynova deyib. 

Ananın sözlərinə görə, 8 aya yaxındır oğlu ilə bağlı hər hansı məlumat əldə edə bilmir: 

"Oğlum Ağamir Rauf oğlu Əzimov 10 may 1993-cü il təvəllüdlüdür, Azərbaycan vətəndaşıdır, evlidir, yeni dünyaya gəlmiş övladı var. O, ailəsi ilə bilikdə bir ilə yaxın idi ki, Moskvada yaşayırdı. 
 

20 may 2024-cü ildə oğlum mənimlə telefonla əlaqə zamanı bildirdi ki, Rusiya ərazisində yaşamasının qanuni əsaslarının yoxlanılması səbəbi ilə saxlanılaraq, Miqrasiya İdarəsinə aparılıb. Orada psixi və fiziki zorakılığa məruz qalıb.


Ardınca Ukraynada keçirilən hərbi əməliyyatlarda iştirak üçün aparılacağı bildirilib, Müdafiə Nazirliyinin tabeliyində olan Hərbi xidmətə qəbul üçün vahid mərkəzdə iradəsi ziddinə 423 nömrəli müqavilə bağlamağa məcbur edilib və hərbi əməliyyatlarda iştirak üçün göndərilib. Oğlumun vəziyyəti pisdir, o, hazırda Ukraynanın Silahlı Qüvvələri tərəfindən əsir alınıb". 

S.Hüseynova qeyd edib ki, məsələ ilə bağlı müraciət etmədiyi yer qalmayıb: 

"Aylardır oğlumun olduğu yerin müəyyən edilməsi və ölkəmizə qaytarılması ilə bağlı zəruri tədbirlər görülməsi üçün Azərbaycan Xarici İşlər Nazirliyinə, Ombudsmana, Rusiya və Ukrayna arasında davam edən müharibə zamanı əsir düşmüş şəxslərin dəyişdirilməsini həyata keçirən Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliklərinə, Rusiya və Ukraynanın Azərbaycandakı səfirliklərinə, Rusiya və Ukrayna Qırmızı Xaç cəmiyyətlərinə, hər iki dövlətin insan hüquqları üzrə müvəkkillərinə dəfələrlə rəsmi qaydada müraciətlər etmişik, heç bir nəticə olmayıb". 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda dələduzluq edib qaçan şəxs Ukraynadan ekstradisiya olunur

Bakıda dələduzluq edib qaçan şəxs Ukraynadan ekstradisiya olunur

Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTOLAR

Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTOLAR

Livan Prezidenti Türkiyədə səfərdədir - FOTO/VİDEO

Livan Prezidenti Türkiyədə səfərdədir - FOTO/VİDEO

Aliment borcunu ödəməyən ataya növbəti CƏZA VERİLDİ

Aliment borcunu ödəməyən ataya növbəti CƏZA VERİLDİ

“Cəbiş müəllim”in qızından “Rabitəbank”a ETİRAZ - “Bizdən razılıq alınmayıb”

“Cəbiş müəllim”in qızından “Rabitəbank”a ETİRAZ - “Bizdən razılıq alınmayıb”

Yevlaxda 12 yaşlı qızın bədəninə armatur batdı

Yevlaxda 12 yaşlı qızın bədəninə armatur batdı

Gəncədə evin həyətində ocaq partladı: 70 yaşlı qadın yaralandı

Gəncədə evin həyətində ocaq partladı: 70 yaşlı qadın yaralandı

Prezidentin səfəri etdiyi şəhərdə Azərbaycan bayraqları və bannerlər quraşdırılıb

Prezidentin səfəri etdiyi şəhərdə Azərbaycan bayraqları və bannerlər quraşdırılıb

Mina partlayışında ölən qardaşının EVİNİ YANDIRDI

Mina partlayışında ölən qardaşının EVİNİ YANDIRDI

Sumqayıt sakinlərinin nəzərinə: Qazınız kəsiləcək

Sumqayıt sakinlərinin nəzərinə: Qazınız kəsiləcək

Qaxda dəhşətli qəzada ölən və yaralananların adları MƏLUM OLDU

Qaxda dəhşətli qəzada ölən və yaralananların adları MƏLUM OLDU

Elmar Məmmədov: Psixoloqların mediasiyaya cəlb olunması münaqişələrin həllidir

Elmar Məmmədov: Psixoloqların mediasiyaya cəlb olunması münaqişələrin həllidir

Sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Bu il hepatit diaqnozu qoyulanların sayı AÇIQLANDI

Bu il hepatit diaqnozu qoyulanların sayı AÇIQLANDI

Bakı Qızlar Universitetində oxuyan tələbələrin taleyi necə olacaq? – Rəsmi qərar

Bakı Qızlar Universitetində oxuyan tələbələrin taleyi necə olacaq? – Rəsmi qərar

Qarabağ kanalında bir nəfər batıb – FHN axtarış aparır - VİDEO

Qarabağ kanalında bir nəfər batıb – FHN axtarış aparır - VİDEO

Baş nazirdən görkəmli alim Kərim Kərimovla bağlı QƏRAR

Baş nazirdən görkəmli alim Kərim Kərimovla bağlı QƏRAR

Həyətdə od qalayanların NƏZƏRİNƏ – Cəriməsi VAR

Həyətdə od qalayanların NƏZƏRİNƏ – Cəriməsi VAR

Notarius məhkəmə zalında həbs edildi

Notarius məhkəmə zalında həbs edildi

Bakı Qızlar Universiteti bağlandı

Bakı Qızlar Universiteti bağlandı

Anar Ələkbərov: "44" bədii filmi üzərində işi yekunlaşdırdıq" - FOTO

Anar Ələkbərov: "44" bədii filmi üzərində işi yekunlaşdırdıq" - FOTO

CeyLo əkizləri ilə Romada – FOTO

CeyLo əkizləri ilə Romada – FOTO

Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edildi

Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edildi

Bu il neçə nəfərə evlərində sosial xidmət göstərilib?

Bu il neçə nəfərə evlərində sosial xidmət göstərilib?

End of content

No more pages to load

RADİO