Ağstafada qadın qətlə yetirilib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü Fatma Musayeva yaşadığı evdə kəsici alətlə öldürülüb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Cinayəti törətməkdə şübhəli bilinən, onun qohumu 49 yaşlı Zülfiyyə Musayevanı polis əməkdaşları saxlayaraq istintaqa təhvil verib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media