ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin onunla görüşmək istədiyini və hazırda bu görüşə hazırlıq getdiyini bildirib.
Bizim.Media “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Tramp Floridadakı Mar-a-Laqo iqamətgahında respublikaçı qubernatorlarla görüşdən əvvəl danışıb.
Siyasətçi sözügedən görüşün nə vaxt keçiriləcəyinə aydınlıq gətirməyib.
“O, görüşmək istəyir və biz bunu təşkil edirik”, – Tramp bildirib.
“Çox sayda insanla bir çox görüşlərimiz planlaşdırılıb, amma mən 20 yanvara qədər gözləyərdim”, – o vurğulayıb.
Xatırladaq ki, Kremlin sözçüsü Dmitri Peskov dünən jurnalistlərə açıqlamasında Putinin Trampın təmas istəyini alqışlayacağını, lakin hələlik heç bir rəsmi müraciətin olmadığını bildirib. Peskov əlavə edib ki, ilk növbədə Trampın vəzifəyə başlamasını gözləmək daha məqsədəuyğundur.
Bizim.Media