BİZİM TƏQVİM: 10 yanvar tarixində baş vermiş tarixi hadisələr

1954-cü ilin bu günü Mingəçevir Su Elektrik Stansiyası işə salınıb. Bu qurğu bir əsrə yaxındır ki, Azərbaycan ərazisinin böyük bir hissəsini işıqla təmin edir. 

Bəs, 10 yanvarda daha hansı hadisələr baş verib?

1. 10 yanvar 1072-ci ildə Robert Oviskar Palermonu fəth edib.

2. 1810-cu ilin 10 yanvarında Napoleon Bonapart və Jozefina Boharnenin nigahı ləğv edilib.

3. 10 yanvar 1861-ci ildə ABŞ Vətəndaş müharibəsi dövründə Florida İttifaqından ayrılıb.

4. 1863-cü ildə Londonda Paddinqton və Farrinqton  stansiyaları arasında dünyada ilk metro xətti istifadəyə verilib.

5. 10 yanvar 1870-ci ildə Con Rokfeller "Standart Oil Co" şirkətini təsis edib.

6. Birinci Dünya Müharibəsindən sonra yeni savaşlara mane olmaq məqsədiylə 1920-ci ilin 10 yanvarında mərkəzi İsveçrədə yerləşən Millətlər Cəmiyyəti quruldu. Müharibənin qalibləri tərəfindən qurulan bu cəmiyyət Avropada artan avtoritar rejim və sanksiyalarla əlaqədar 1946-cı ildə dağıldı. 

7. Yunan və Türkiyə orduları arasında 1921-ci ilin 6 yanvarından başlayan qarşıdurmalar yunanların İnönü bölgəsindəki Türkiyə mövqelərinə etdiyi hücumlarla ayın 10-da ən yüksək həddinə çatdı. Amma polkovnik İsmət İnönünün başçılığı altında olan Türkiyə Ordusunun müqavimətini qıra bilməyən Yunanıstan hərbi qüvvələri geri çəkilmək məcburiyyətində qaldı.

8. Türkiyənin Qurtuluş Savaşı tarixində Birinci İnönü Döyüşü Mustafa Kamal Paşanın öndərliyilə Türkiyə Böyük Millət Məclisi hökuməti tərəfindən qurulan nizamlı ordunun qazandığı ilk zəfər sayılır.  

9. 1951-ci ildə Türkiyə vətəndaşlığından çıxarılan məşhur türk şairi Nazim Hikmət Ran 2009-cu il 10 yanvar tarixində “Resmi Gazete”də dərc olunan qərarla ölümündən 48 il sonra yenidən Türkiyə vətəndaşı oldu.

10. 10 yanvar 2001-ci ildə Vikipediya Nukipediyanın tərkibində fəaliyyətə başlayıb.

10 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Sovet İttifaqı Qəhrəmanı Əlif Piriyev 1922-ci ilin məhz bu günündə anadan olub.

2. Azərbaycan memarlıq məktəbinin parlaq simalarından biri olan Ələsgər Hüseynov 1928-ci ilin bu günü anadan olub. Onun yaratdığı nümunələrdə Qərb və Şərq motivləri, İtaliya və Azərbaycan memarlarının zəngin təcrübəsi üzvi surətdə birləşib. (1928-1976)

3. Azərbaycanın tanınmış bəstəkarı, bir çox sevilən mahnıların müəllifi Elza İbarahimova 1938-ci ilin 10 yanvarında anadan olub.

4. Sevilən şair Baba Vəziroğlu 1954-cü ilin bu günündə anadan olub.

5. Azərbaycan Milli Qəhrəmanı Muxtar Qasımov 1958-ci ilin 10 yanvarında Beyləqanda dünyaya gəlib.  Qarabağ Müharibəsi illərində yüzlərlə yaralı Azərbaycan əsgərinə şəfa verən Muxtar həkim Xocalı facisəsindən sonra taleyini tamamilə cəbhəyə bağlayıb. 1992-ci ildə Ağdam bölgəsində gedən döyüşlərdə də hərbi həkim olan Muxtar Qasımov elə həmin il Naxçivanik kəndində qəhrəmancasına həlak olub. (1958 – 1992)

6. Fransanın dünyaşöhrətli modelyeri Koko Şanel 1971-ci ilin bu günü həyatdan köçüb. Onun yaratdığı paltar nümunələri müasir dövrdə də xanımların bəyəndikləri geyimlərdir. Məhz Koko Şanel ilk dəfə qara rəngi dəbə mindirib. Məşhur “Şanel” ətri də onun adı ilə bağlıdır. (1883-1971)

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nəvai dəhşətli qəzadan sonra belə GÖRÜNTÜLƏNDİ – VİDEO

Nəvai dəhşətli qəzadan sonra belə GÖRÜNTÜLƏNDİ – VİDEO

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını AÇIQLADI

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını AÇIQLADI

Kanadada temperatur tarixi zirvəyə çatdı - 128 illik rekord

Kanadada temperatur tarixi zirvəyə çatdı - 128 illik rekord

Rüşvətə görə həbs edilən məmurların işi Ali Məhkəmədə

Rüşvətə görə həbs edilən məmurların işi Ali Məhkəmədə

Bu il büdcədən 97 milyon manata yaxın vəsait geri qaytarılıb

Bu il büdcədən 97 milyon manata yaxın vəsait geri qaytarılıb

HammAli və Nəvainin klipində çəkilən aktrisa qəzada öldü – VİDEO

HammAli və Nəvainin klipində çəkilən aktrisa qəzada öldü – VİDEO

Kibertəhlükəsizlik sahəsində BÖYÜK UĞUR – Ölkəmiz beynəlxalq reytinqdə 21 pillə İRƏLİLƏDİ – FOTO

Kibertəhlükəsizlik sahəsində BÖYÜK UĞUR – Ölkəmiz beynəlxalq reytinqdə 21 pillə İRƏLİLƏDİ – FOTO

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Ötən il fermerlərə nə qədər subsidiya ödənilib?

Ötən il fermerlərə nə qədər subsidiya ödənilib?

Zaxarova: “Rusiya Ukrayna üzrə danışıqlardan imtina etmir”

Zaxarova: “Rusiya Ukrayna üzrə danışıqlardan imtina etmir”

Trampın yeniyetmələrlə rəqsi gündəm oldu - VİDEO

Trampın yeniyetmələrlə rəqsi gündəm oldu - VİDEO

Çindən İran və Rusiyaya dronla bağlı DƏSTƏK

Çindən İran və Rusiyaya dronla bağlı DƏSTƏK

Bu gün Biləcəri stansiyasından Ermənistana qatar yola düşəcək

Bu gün Biləcəri stansiyasından Ermənistana qatar yola düşəcək

Rubio: Hörmüz boğazının blokadası nəticəsində 10 dənizçi ölüb

Rubio: Hörmüz boğazının blokadası nəticəsində 10 dənizçi ölüb

Azər Bağırov: “Əsl “Kəpəz” azarkeşləri həmin meydançada bilinəcək” – MÜSAHİBƏ

Azər Bağırov: “Əsl “Kəpəz” azarkeşləri həmin meydançada bilinəcək” – MÜSAHİBƏ

Azərbaycanın axtardığı qumarbazın yeri BİLİNDİ - FOTO

Azərbaycanın axtardığı qumarbazın yeri BİLİNDİ - FOTO

Şəkidə avtomobil aşdı: 23 yaşlı gənc öldü

Şəkidə avtomobil aşdı: 23 yaşlı gənc öldü

Sevgi münasibətlərində bəzən bir baxış günün axarını dəyişə bilər

Sevgi münasibətlərində bəzən bir baxış günün axarını dəyişə bilər

Aeroport şosesində qəzada xəsarət alanların SON DURUMU

Aeroport şosesində qəzada xəsarət alanların SON DURUMU

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Çempionlar Liqası: Finalın son iştirakçısı bu gün BƏLLİ OLACAQ

Çempionlar Liqası: Finalın son iştirakçısı bu gün BƏLLİ OLACAQ

Sabunçu rayonun bəzi ərazilərində qaz kəsiləcək

Sabunçu rayonun bəzi ərazilərində qaz kəsiləcək

Sosial şəbəkələrə yeni baxış: Zərərli vərdiş, yoxsa stresslə mübarizə üsulu?

Sosial şəbəkələrə yeni baxış: Zərərli vərdiş, yoxsa stresslə mübarizə üsulu?

1200 at gücünə malik yeni HİPERKAR - Cəmi 50 ədəd buraxılacaq

1200 at gücünə malik yeni HİPERKAR - Cəmi 50 ədəd buraxılacaq

End of content

No more pages to load

RADİO