Bakıda şagirdlərin tədbirində QALMAQAL – Şirkətdən sifarişlə göndərilən Şaxta baba SAXTA çıxdı

Yeni il şənlikləri arxada qalsa da, tədbirlərlə bağlı narazılıqlar bitmir.

Bakı məktəblərindən birinin 1-ci sinif şagirdlərinin valideynləri və müəlliməsi Günay Əşrəfovanın da Bizim.Media-ya şikayəti bu məsələ ilə bağlıdır.

Onlar bildirir ki, dekabrın 29-da uşaqlar üçün keçirdikləri bayram şənliyinə  “Bypandasou” adlı İnstaqram səhifəsindən Şaxta baba və “şar şousu” sifariş ediblər. Uşaqlar rus bölməsində təhsil aldıqları üçün Şaxta Babanın rus dilini bilən və uşaqlarla dualoq qurmağı bacaran adam olması xahiş edilib. Lakin xidmət vəd edildiyi kimi olmayıb:

“Onlar 1 saatlıq çıxış üçün bizdən 74 manat istədilər. Dedilər ki, məbləğin 10 manatı məhz rusdilli Şaxta baba göndərmək üçündür. Eyni zamanda öncədən 20 manat da “beh” aldılar.

Amma bizə verdikləri sözü yerinə yetirmədilər. Şaxta baba 1 saatlıq tədbirə 40 dəqiqəyə qədər gecikdi. Gəldikdə isə məlum oldu ki, rusca danışa bilmir.

Sifarişimizə qeyri-ciddi yanaşdıqlarını görəndə təkrar onlara zəng edib narazılığımızı bildirdik.

Qeyd elədik ki, tədbir bitmək üzrədir, Şaxta baba hələ indi gəlib və rusca da bilmir. Uşaqlarla ünsiyyət qura bilməyəcək. Onlar isə cavabında “Düşmənin dilində danışan adam sizin nəyinizə lazımdır” deyib səhvlərini ört-basdır etməyə, israrla bizi haqsız çıxarmağa çalışdılar. Biz ödənişin yarısını verəcəyik deyəndə isə bizdən pulun qalanını həmin dəqiqə ödəməyimizi tələb etdilər. Dedilər ki, əgər pul ödənilməzsə, Şaxta baba gecikdiyi tədbirin qalan hissəsinə də qatılmayacaq. Onlar bizim çarəsiz buna razılaşacağımızı bildikləri üçün belə dedilər. Təbii ki, biz uşaqların məyus olmaması üçün əlacsız qalıb həmin məbləği ödədik.

Qısası, həm pulumuzu aldılar, həm də elədikləri yanlışa görə üzr belə istəmədilər. Yalnız ertəsi gün biz onlara sərt təpki göstərdikdən sonra üzr istənildi, o da üzrü günahından betər oldu. Oranın rəhbəri elə danışdı ki, bizi borclu çıxardı. Hələ dedi ki, hara istəyirsiniz, şikayət edin, mən heç kimdən qorxmuram. İnstaqram səhifəsinə yazdığımız tənqidi fikirləri pozub bizi bloka atdılar”.

Şikayətçilər bildirib ki, əks tərəf pulun 14 manatını qaytarsa da, tədbirin gedişatı pozulub:

“Həm bizə, həm balacalara tədbirimiz günü sevinc əvəzinə əsəb və gərginlik verdilər. Bizi incidən, narazı salan əməkdaşlarının sayğısızlığı, müştəriləri aldatmaları, uşaqları gözlətmələridir. Onlar müştərilərə dil, vaxt seçimi verib sonra heç birinə əməl etmirlər. Üstəlik, iradını bildirəndə də yanlışlarını düzəltmək əvəzinə qarşısındakı insanı borclu çıxarırlar”.

Səslənən şikayətlə bağlı sözügedən səhifədəki nömrə ilə əlaqə saxladıq. Suallarımızı xidmətə rəhbərlik edən İsmət (soyadını demək istəmədi) adlı şəxs cavabladı. 

Bildirdi ki, tədbirə rus dilli Şaxta baba göndərə billmədiyi üçün əks tərəfə 14 manat qaytarıb:


“Yeri gəlsə, mən ondan şikayətçi olaram. Mənim 4 manatımı kəsiblər. Gecikməyimizə qalanda da yolda “probka” olub. Siz harasa çəkilişə gedəndə gecikmirsiz? Hamıda olur da... 10, 20 dəqiqə yubana bilərsiz və bu, normal haldır.  Ölüm-itim olmayıb ki... O qədər məclis olub biz getmişik, saatla gözlədiblər. İndi neynəyək?! Elə tədbir olub 1 saat gecikmişəm. Müştəriyə demişəm, deyib, canın sağ olsun. Bunlar normal bir şeydir”.

Şaxta Babanın sifariş edildiyi kimi olmamasına da onun münasibəti eyni şəkildə oldu:


“Mən müəlliməyə də dedim, səhv olub da... Siz heç vaxt səhv etməmisiz? İnsanıq da, hamının səhvi olur. Əsas odur, Şaxta baba ora gedib çıxıb. Rusca olmasın, azərbaycanca olsun. Bir dənə dil fərqi olub da... Mən o gecikməyə görə müəllimədən üzr istədim. Dedim, məni tədbirin qrupuna salın, mən valideynlərdən də üzr istəyim”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şimali Koreyada yeni konstitusiya: Kim Çen İnə nüvə silahından istifadə hüququ verilir

Şimali Koreyada yeni konstitusiya: Kim Çen İnə nüvə silahından istifadə hüququ verilir

Nəvai dəhşətli qəzadan sonra belə GÖRÜNTÜLƏNDİ – VİDEO

Nəvai dəhşətli qəzadan sonra belə GÖRÜNTÜLƏNDİ – VİDEO

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını AÇIQLADI

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını AÇIQLADI

Kanadada temperatur tarixi zirvəyə çatdı - 128 illik rekord

Kanadada temperatur tarixi zirvəyə çatdı - 128 illik rekord

Rüşvətə görə həbs edilən məmurların işi Ali Məhkəmədə

Rüşvətə görə həbs edilən məmurların işi Ali Məhkəmədə

Bu il büdcədən 97 milyon manata yaxın vəsait geri qaytarılıb

Bu il büdcədən 97 milyon manata yaxın vəsait geri qaytarılıb

HammAli və Nəvainin klipində çəkilən aktrisa qəzada öldü – VİDEO

HammAli və Nəvainin klipində çəkilən aktrisa qəzada öldü – VİDEO

Kibertəhlükəsizlik sahəsində BÖYÜK UĞUR – Ölkəmiz beynəlxalq reytinqdə 21 pillə İRƏLİLƏDİ – FOTO

Kibertəhlükəsizlik sahəsində BÖYÜK UĞUR – Ölkəmiz beynəlxalq reytinqdə 21 pillə İRƏLİLƏDİ – FOTO

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Ötən il fermerlərə nə qədər subsidiya ödənilib?

Ötən il fermerlərə nə qədər subsidiya ödənilib?

Zaxarova: “Rusiya Ukrayna üzrə danışıqlardan imtina etmir”

Zaxarova: “Rusiya Ukrayna üzrə danışıqlardan imtina etmir”

Trampın yeniyetmələrlə rəqsi gündəm oldu - VİDEO

Trampın yeniyetmələrlə rəqsi gündəm oldu - VİDEO

Çindən İran və Rusiyaya dronla bağlı DƏSTƏK

Çindən İran və Rusiyaya dronla bağlı DƏSTƏK

Bu gün Biləcəri stansiyasından Ermənistana qatar yola düşəcək

Bu gün Biləcəri stansiyasından Ermənistana qatar yola düşəcək

Rubio: Hörmüz boğazının blokadası nəticəsində 10 dənizçi ölüb

Rubio: Hörmüz boğazının blokadası nəticəsində 10 dənizçi ölüb

Azər Bağırov: “Əsl “Kəpəz” azarkeşləri həmin meydançada bilinəcək” – MÜSAHİBƏ

Azər Bağırov: “Əsl “Kəpəz” azarkeşləri həmin meydançada bilinəcək” – MÜSAHİBƏ

Azərbaycanın axtardığı qumarbazın yeri BİLİNDİ - FOTO

Azərbaycanın axtardığı qumarbazın yeri BİLİNDİ - FOTO

Şəkidə avtomobil aşdı: 23 yaşlı gənc öldü

Şəkidə avtomobil aşdı: 23 yaşlı gənc öldü

Sevgi münasibətlərində bəzən bir baxış günün axarını dəyişə bilər

Sevgi münasibətlərində bəzən bir baxış günün axarını dəyişə bilər

Aeroport şosesində qəzada xəsarət alanların SON DURUMU

Aeroport şosesində qəzada xəsarət alanların SON DURUMU

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Çempionlar Liqası: Finalın son iştirakçısı bu gün BƏLLİ OLACAQ

Çempionlar Liqası: Finalın son iştirakçısı bu gün BƏLLİ OLACAQ

Sabunçu rayonun bəzi ərazilərində qaz kəsiləcək

Sabunçu rayonun bəzi ərazilərində qaz kəsiləcək

Sosial şəbəkələrə yeni baxış: Zərərli vərdiş, yoxsa stresslə mübarizə üsulu?

Sosial şəbəkələrə yeni baxış: Zərərli vərdiş, yoxsa stresslə mübarizə üsulu?

End of content

No more pages to load

RADİO