Sosislər mədə xərçəngi YARADIR? – Mütəxəssislərdən QORXUNC XƏBƏRDARLIQ

Rusiyalı alimlər sosislərin mədə xərçəngi yaratdığını iddia edir. Həkim terapevt İrina Baranova deyib ki, çoxsaylı elmi tədqiqatlar sosis yeməyin mədə və bağırsaq xərçənginə gətirib çıxardığını sübut edib. O, qeyd edib ki, sosislərin tərkibində olan dadlandırıcı, konservant və nitritlər xərçəng törədicisidir. Belə ki, onlar sosisin emalı zamanı birləşərək kanserogen maddələr yaradır.

Bəs, Azərbaycandakı mütəxəssislər bununla bağlı nə deyir? Həqiqətən bu qidanın qəbulu orqanizmdə bədxassəli şişlərin yaranmasına səbəb olur?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim-terapevt Günay Lətifovanın fikrincə, ümumiyyətlə, konservantlar orqanizmə ciddi ziyandır.

Ən geniş istifadə olunan konservantlar qida məhsullarının xarab olmasının qarşısını almaq məqsədiylə istifadə edilsə də, sağlamlıq üçün zərərlidir:

 

MÖVZU İLƏ BAĞLI:

ŞAD XƏBƏR: Xərçəngin müalicəsi TAPILDI - VİDEO


“Yalnız sosislər deyil, hazır konservləşmiş bir çox qidalar var ki, onlar da sağlamlıq  üçün təhlükəlidir. Sosislər də həmçinin. Ümumiyyətlə, bu cür qidalar, “Fast-food”  orqanizmdə gec həzm olunduğu üçün mədə-bağırsaq sisteminə ziyandır. Eləcə də şirin qazlı içkilər hormonal disbalansa gətirib çıxarır. İnsulin dəyərini yüksəldir, mədəaltı vəzinin fəaliyyətində problemlər yaradır”.

Sosislərin xərçəng yaratmasına gəlincə, həkim bu barədə birmənalı fikir bildirməyin çətin olduğu qənaətindədir:

“Xərçəng öz-özünü qidalandıran hüceyrədir. Bunun da etiologiyası müxtəlifdir. Bütün sosislərin xərçəng yaratmasını iddia etmək bir qədər yanlış olar. Bu o halda baş verə bilər ki, onunla qidalanan insanın mədə-bağırsaq sistemində narahatlıq var, konservant məhsullar, sosislər də bağırsaq keçməzliyinə, zəif olan həzm, mədə-bağırsaq sisteminə təsir edə və hüceyrələrin fəaliyyətinin pozulmasına gətirib çıxara bilər. Yəni bu, orqanizmdən, insanın səhhətindən asılıdır. Amma bütün hallarda biz insanlara “fast-food”, rəngləndirilmiş şirin içkilərdən uzaq durmağı tövsiyə edirik. Çünki bunlar olduqca zərərlidir. Bu gün gənclərin üzündə əmələ gələn sızanaqlar belə qidaların əks təsiridir. Bağırsaqlardakı problemlər bizim üzümüzdə əks olunur".

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə Bizim.Media-ya açıqlamasında bu yöndə ciddi elmi qənaət olmadığını bildirib:

“Azərbaycanda istifadə olunan sosiska və kolbasalar, işlənmiş ət məhsulları ilə bağlı şikayət və monitorinqlərin nəticəsi göstərir ki, bəzən istehsalçılar hazırlama prosesində ciddi yanlışlara yol verirlər. Yəni qida təhlükəsizliyi qaydalarında uyğunsuzluqlar,  standartlarla bağlı nöqsanlar, tərkibindəki heyvan ətinin növünə görə dəyişikliklər, halal göstərildiyi halda DNT-nin tapılmasına rast gəlinib. Amma konkret xərçəng yaratma ilə bağlı elmi tədqiqat, sübut olunmuş, təsdiqlənmiş bilgi mövcud deyil. Buna baxmayaraq, ÜST emal olunmuş ətləri – kolbasa, sosis və ya marinad olunmuş ət məhsullarını tərkibindəki maddələrə görə kanserogen qidalar sırasına aid edir. Təşkilat bildirir ki, bu cür qidaların tərkibində həddən artıq duzun, konservantın olması, özəlliklə nitrat və nitritdən istifadə edilməsi, bəzən onların həddən artıq qızardılması xərçəng növlərinin yaranma riskini artırır”.

Mütəxəssis deyir ki, Azərbaycanda satılan emal olunmuş ət məhsullarının təhlükəliliyi onun tərkibi qədər saxlanma şəraitindən də asılıdır:

“Bu keyfiyyətli məhsul olsa belə, düzgün şəkildə saxlanılmalıdır. Saxlama şəraiti ən vacib amillərdən biridir. Ümumiyyətlə, immun sisteminin güclü olmasını istəyən, sağlamlıq problemləri yaşamaq istəməyən insanlar bu cür emal olunmuş ət məhsullarından uzaq durmalıdır. Bu cür məhsullar gündəlik istehlak üçün deyil. Yəni bu, daha öncədən, yarandığı gündən az miqdarda - 50 qram istifadə olunmaq üçün nəzərdə tutulub.

Amma təəssüf ki, insanlar bununla gün ərzində ana yemək kimi, yaxud bir neçə dəfə qidalanırlar.  Belə insanlar risk qrupunda olanlar sırasına  daxildir.

Yaxşı olar ki, onlar keyfiyyətinə əmin olmadıqları, etibarlı saymadıqları istehsalçının məhsullarından uzaq dursunlar. Xüsusilə azyaşlılar, yaşlılar, hamilə qadınlar, uşağa süd verən analar, xroniki xəstəliyi, immun sistemi zəif olanlar belə qidaları qəbul etməsinlər. Çünki konservantlı qidalar belə insanlarda sağlamlıq problemi yarada, yaxud mövcud xəstəlikləri gücləndirə bilər".

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sirlərini heç kimlə bölüşməyən BÜRCLƏR

Sirlərini heç kimlə bölüşməyən BÜRCLƏR

İsmail Bəqai Zelenskini anarxistlərə BƏNZƏTDİ

İsmail Bəqai Zelenskini anarxistlərə BƏNZƏTDİ

Türkiyədə qalmaqallı "Ahbap" fondu LƏĞV EDİLİR

Türkiyədə qalmaqallı "Ahbap" fondu LƏĞV EDİLİR

Braziliyaya səfər edən Argentina prezidenti məhkəməyə verildi

Braziliyaya səfər edən Argentina prezidenti məhkəməyə verildi

Britaniyanın Baş naziri Ukraynaya qoşun göndərəcəyinə SÖZ VERDİ

Britaniyanın Baş naziri Ukraynaya qoşun göndərəcəyinə SÖZ VERDİ

"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO

"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO

Tünzalənin festival libası 5 aya hazırlanıb – VİDEO

Tünzalənin festival libası 5 aya hazırlanıb – VİDEO

İran və Oman Hörmüz boğazında yeni dəhliz AÇIR

İran və Oman Hörmüz boğazında yeni dəhliz AÇIR

Ucuz qiymətə dincəlmək istəyirsinizsə, bu günləri seçin - Açıqlama

Ucuz qiymətə dincəlmək istəyirsinizsə, bu günləri seçin - Açıqlama

Fransa ABŞ-nin artıq dünyada dinlənilmədiyini BƏYAN ETDİ

Fransa ABŞ-nin artıq dünyada dinlənilmədiyini BƏYAN ETDİ

Ermənistan gülünün Belarus vasitəsilə Rusiyaya gətirilməsinin qarşısı alındı

Ermənistan gülünün Belarus vasitəsilə Rusiyaya gətirilməsinin qarşısı alındı

Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq

Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq

Bu bölgədə ev quşları kütləvi şəkildə tələf olur - FOTO

Bu bölgədə ev quşları kütləvi şəkildə tələf olur - FOTO

Bakının 3 rayonunda işıq kəsiləcək

Bakının 3 rayonunda işıq kəsiləcək

Mədəniyyət naziri Yazıçılar Birliyinin sədri Anarla görüşdü - FOTO

Mədəniyyət naziri Yazıçılar Birliyinin sədri Anarla görüşdü - FOTO

Paşinyan Putinə zəng edərək ondan nə XAHİŞ ETDİ?

Paşinyan Putinə zəng edərək ondan nə XAHİŞ ETDİ?

Bakıda güclü külək evə, maşına ziyan vurdu - VİDEO

Bakıda güclü külək evə, maşına ziyan vurdu - VİDEO

Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama

Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama

Kamran Zeynalov Dünya Kubokunun qalibi oldu

Kamran Zeynalov Dünya Kubokunun qalibi oldu

Karyerasında uğur qazanacaq BÜRCLƏR

Karyerasında uğur qazanacaq BÜRCLƏR

Daşkəsəndə "Niva" aşdı: İki nəfər xəstəxanalıq oldu

Daşkəsəndə "Niva" aşdı: İki nəfər xəstəxanalıq oldu

Adil Kərimli Pakistanın yeni səfiri ilə görüşdü - FOTO

Adil Kərimli Pakistanın yeni səfiri ilə görüşdü - FOTO

Tramp Türkiyəyə qırıcı satmaq barədə heç kimin ona göstəriş verə bilməyəcəyini BƏYAN ETDİ

Tramp Türkiyəyə qırıcı satmaq barədə heç kimin ona göstəriş verə bilməyəcəyini BƏYAN ETDİ

Sevil Əliyevanın "Ana" əsəri Stas Pyexanın ifasında – VİDEO

Sevil Əliyevanın "Ana" əsəri Stas Pyexanın ifasında – VİDEO

End of content

No more pages to load

RADİO