Abşeronda kişi arvadına xəsarət yetirdi

Abşeron rayonunda 1986-cı il təvəllüdlü Əfsər şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Ləmana (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, hadisə 20 sentyabr 2024-cü ildə baş verib. Əfsər həmin gün saat 22:30-da ailə üzvləri ilə birlikdə yaşadığı evin maddi tələblərini qarşılamadığına görə ona şifahi irad bildirən arvadı Ləmana əsəbiləşib.

O, həmin səbəbdən Ləman ilə ailə məişət zəminində aralarında yaranmış narazılıq üstündə mübahisə zamanı onun üzərinə hücum edib, qəsdən əl, yumruq zərbələri ilə baş, qol və bədəninin müxtəlif nahiyələrinə, habelə təpiklə ayaq nahiyələrinə ardıcıl zərbələr vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
 

Hadisəni törədən Əfsərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.


Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfsər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Ləman ilə 2008-ci ildə rəsmi olaraq qurduqları nikahdan iki övladı var:

"Biz birlikdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində fərdi yaşayış evində yaşayırıq. Əvvəlcə Ləmanla münasibətlərimiz normal olsa da, sonradan mənim başqa qadınlarla münasibətdə olmama görə aramızda tez-tez mübahisələr baş verib".

Təqsirləndirilən şəxs qeyd edib ki, sentyabrın 20-də, saat 22:30-da yaşadığı evdə olan zaman Ləman ondan evin kommunal xərclərini ödəmək üçün pul istəyib: "Həmin vaxt üzərimdə pulumun olmadığını dedikdə Ləman israrla mənim hər gün pul qazandığımı, lakin evə gətirmədiymi iradla söylədiyi üçün aramızda mübahisə baş verdi.

Ləmanı sakitləşdirmək istəsəm də, buna nail ola bilmədiyimdən yumruqla onun baş və bədəninin müxtəlif nahiyələrinə, təpiklə isə ayaqlarından bir neçə zərbə vuraraq ona xəsarətlər yetirdim.

Daha sonra isə evdən getdim. Ləman bundan sonra Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək hadisə barədə məlumat verdi. Daha sonra isə Saray polis bölməsinə gedərək şikayət ərizəsi yazdı".

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Əfsər barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Son 6 ildə 913 uşaq ailələrinə qaytarılıb

Son 6 ildə 913 uşaq ailələrinə qaytarılıb

Azərbaycanda İLK DƏFƏ - Fermer 8614 manat sığorta aldı - FOTO

Azərbaycanda İLK DƏFƏ - Fermer 8614 manat sığorta aldı - FOTO

Millimiz Portuqaliyanı məğlub etdi

Millimiz Portuqaliyanı məğlub etdi

Yaponiyada ticarət mərkəzində partlayış: Çox sayda insan dağıntılar altında qaldı - VİDEO

Yaponiyada ticarət mərkəzində partlayış: Çox sayda insan dağıntılar altında qaldı - VİDEO

Britaniya Baş naziri itini Dauninq-stritə gətirmədi: “Larri pişiyi ilə yola getməyəcək” - FOTO

Britaniya Baş naziri itini Dauninq-stritə gətirmədi: “Larri pişiyi ilə yola getməyəcək” - FOTO

Dünya çempionatı: İdmançımız erməni rəqibinə qalib gələrək yarımfinala çıxdı - VİDEO

Dünya çempionatı: İdmançımız erməni rəqibinə qalib gələrək yarımfinala çıxdı - VİDEO

BMT Baş katibinin 16 ildən sonra Kiprə ilk səfəri - FOTO

BMT Baş katibinin 16 ildən sonra Kiprə ilk səfəri - FOTO

Fransa alov içində: Makron yenidən ölkəni çıxılmaz vəziyyətə saldı

Fransa alov içində: Makron yenidən ölkəni çıxılmaz vəziyyətə saldı

Minlərlə azərbaycanlını narahat edən QƏRAR - Rusiyadan ölkəmizə pul göndərmək çətinləşəcək?

Minlərlə azərbaycanlını narahat edən QƏRAR - Rusiyadan ölkəmizə pul göndərmək çətinləşəcək?

Dünya çempionatı: Elmir Çərkəzov yarımfinalda

Dünya çempionatı: Elmir Çərkəzov yarımfinalda

Alimlər: Holosen dövründə insanlar on minlərlə dildə danışıblar

Alimlər: Holosen dövründə insanlar on minlərlə dildə danışıblar

Türkiyə Gümrüyə gedən dəmir yolu xəttinin bərpasına başladı

Türkiyə Gümrüyə gedən dəmir yolu xəttinin bərpasına başladı

Ariana Qrande hakerlərə qarşı məhkəməyə müraciət etdi: "Həbsdə görüşərik"

Ariana Qrande hakerlərə qarşı məhkəməyə müraciət etdi: "Həbsdə görüşərik"

Peskov: Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendumunun tarixi hələ açıqlanmayıb

Peskov: Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendumunun tarixi hələ açıqlanmayıb

Naomi Kempbell İbizada dəbdəbəli çimərlik obrazı ilə diqqət çəkdi – FOTO

Naomi Kempbell İbizada dəbdəbəli çimərlik obrazı ilə diqqət çəkdi – FOTO

Cey Kleyton Milli Kəşfiyyatın direktoru təyin olundu - ABŞ Senatı dəstəklədi

Cey Kleyton Milli Kəşfiyyatın direktoru təyin olundu - ABŞ Senatı dəstəklədi

Müəllimini güllələyən şagirdin atası CƏZALANDIRILDI – QƏRAR

Müəllimini güllələyən şagirdin atası CƏZALANDIRILDI – QƏRAR

Özəl sektor üçün yeni güzəşt müəyyənləşdi

Özəl sektor üçün yeni güzəşt müəyyənləşdi

Ermənistan malları Avropa buraxılmayacaq – Kəşfiyyat məlumatları üzə çıxdı

Ermənistan malları Avropa buraxılmayacaq – Kəşfiyyat məlumatları üzə çıxdı

Prezident Tacikistana yeni səfir təyin etdi – SƏRƏNCAM

Prezident Tacikistana yeni səfir təyin etdi – SƏRƏNCAM

Fransada bir ay ərzində üç muzey qarət olunub

Fransada bir ay ərzində üç muzey qarət olunub

Əlimirzamin Əskərov Qazaxıstana səfir TƏYİN EDİLDİ

Əlimirzamin Əskərov Qazaxıstana səfir TƏYİN EDİLDİ

Qazaxıstandakı səfirimiz də geri çağırıldı – SƏRƏNCAM

Qazaxıstandakı səfirimiz də geri çağırıldı – SƏRƏNCAM

Kriştiano Ronaldo "Kingsman"ın rejissoru ilə serial çəkir

Kriştiano Ronaldo "Kingsman"ın rejissoru ilə serial çəkir

End of content

No more pages to load

RADİO