Bu gün günorta saatlarında, Bakının Nizami rayonu ərazisində, metronun Neftçilər stansiyası yaxınlığındakı marketlərin birində yaşlı müştərilərdən birinin halı qəfil pisləşib.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Qeyd olunub ki, halı pisləşən vətəndaşın üstündə sənəd olmadığı üçün kimliyini müəyyən edə bilməyiblər.
Hadisə yerinə Təcili Tibbi Yardım xidməti çağırılıb.


Bizim.Media