Azərbaycanda yanvar ayına olan hava proqnozu açıqlandı

Çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, qış fəslinin iqlim xüsusiyyətlərinə görə, adətən yanvar ayında ölkə ərazisi daha tez-tez soyuq arktik hava cərəyanlarının təsirinə məruz qalır, buna görə də yanvar ayı nisbətən soyuq keçir.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya bildirilib ki, yanvar ayında havanın orta aylıq temperaturunun və yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Yanvar ayının ilk həftəsi hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi, mülayim cənub-şərq küləyi əsəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 16 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq (norma 18-28 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 1-3 dərəcə şaxta olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, bəzi günlərdə 6-11 dərəcə şaxta, dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı proqnozlaşdırılır (norma 14-25 mm).

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 7-12 dərəcə şaxta, dağlarda 14-19 dərəcə şaxta, gündüzlər 4-9 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı proqnozlaşdırılır (norma 15-28 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 0-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, dağlarda 3-8 dərəcə şaxta, bəzi günlərdə 15-20 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta olacaq.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-30 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 2-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, bəzi günlərdə 4-9 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı proqnozlaşdırılır (norma 10-32 mm).
 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 0-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.


Gecələr havanın temperaturu 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, bəzi günlərdə 6-11 dərəcə şaxta, dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, bəzi günlərdə 18-23 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 22-49 mm). 

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu gecə 2-7 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı proqnozlaşdırılır (norma 17-31 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 1-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, dağlarda 0-5 dərəcə şaxta, bəzi günlərdə 8-13 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 44-98 mm).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranın Ukraynaya raket zərbəsi endirəcəyi iddiaları təsdiqlənməyib

İranın Ukraynaya raket zərbəsi endirəcəyi iddiaları təsdiqlənməyib

Son 6 ildə 913 uşaq ailələrinə qaytarılıb

Son 6 ildə 913 uşaq ailələrinə qaytarılıb

Azərbaycanda İLK DƏFƏ - Fermer 8614 manat sığorta aldı - FOTO

Azərbaycanda İLK DƏFƏ - Fermer 8614 manat sığorta aldı - FOTO

Millimiz Portuqaliyanı məğlub etdi

Millimiz Portuqaliyanı məğlub etdi

Yaponiyada ticarət mərkəzində partlayış: Çox sayda insan dağıntılar altında qaldı - VİDEO

Yaponiyada ticarət mərkəzində partlayış: Çox sayda insan dağıntılar altında qaldı - VİDEO

Britaniya Baş naziri itini Dauninq-stritə gətirmədi: “Larri pişiyi ilə yola getməyəcək” - FOTO

Britaniya Baş naziri itini Dauninq-stritə gətirmədi: “Larri pişiyi ilə yola getməyəcək” - FOTO

Dünya çempionatı: İdmançımız erməni rəqibinə qalib gələrək yarımfinala çıxdı - VİDEO

Dünya çempionatı: İdmançımız erməni rəqibinə qalib gələrək yarımfinala çıxdı - VİDEO

BMT Baş katibinin 16 ildən sonra Kiprə ilk səfəri - FOTO

BMT Baş katibinin 16 ildən sonra Kiprə ilk səfəri - FOTO

Fransa alov içində: Makron yenidən ölkəni çıxılmaz vəziyyətə saldı

Fransa alov içində: Makron yenidən ölkəni çıxılmaz vəziyyətə saldı

Minlərlə azərbaycanlını narahat edən QƏRAR - Rusiyadan ölkəmizə pul göndərmək çətinləşəcək?

Minlərlə azərbaycanlını narahat edən QƏRAR - Rusiyadan ölkəmizə pul göndərmək çətinləşəcək?

Dünya çempionatı: Elmir Çərkəzov yarımfinalda

Dünya çempionatı: Elmir Çərkəzov yarımfinalda

Alimlər: Holosen dövründə insanlar on minlərlə dildə danışıblar

Alimlər: Holosen dövründə insanlar on minlərlə dildə danışıblar

Türkiyə Gümrüyə gedən dəmir yolu xəttinin bərpasına başladı

Türkiyə Gümrüyə gedən dəmir yolu xəttinin bərpasına başladı

Ariana Qrande hakerlərə qarşı məhkəməyə müraciət etdi: "Həbsdə görüşərik"

Ariana Qrande hakerlərə qarşı məhkəməyə müraciət etdi: "Həbsdə görüşərik"

Peskov: Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendumunun tarixi hələ açıqlanmayıb

Peskov: Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendumunun tarixi hələ açıqlanmayıb

Naomi Kempbell İbizada dəbdəbəli çimərlik obrazı ilə diqqət çəkdi – FOTO

Naomi Kempbell İbizada dəbdəbəli çimərlik obrazı ilə diqqət çəkdi – FOTO

Cey Kleyton Milli Kəşfiyyatın direktoru təyin olundu - ABŞ Senatı dəstəklədi

Cey Kleyton Milli Kəşfiyyatın direktoru təyin olundu - ABŞ Senatı dəstəklədi

Müəllimini güllələyən şagirdin atası CƏZALANDIRILDI – QƏRAR

Müəllimini güllələyən şagirdin atası CƏZALANDIRILDI – QƏRAR

Özəl sektor üçün yeni güzəşt müəyyənləşdi

Özəl sektor üçün yeni güzəşt müəyyənləşdi

Ermənistan malları Avropa buraxılmayacaq – Kəşfiyyat məlumatları üzə çıxdı

Ermənistan malları Avropa buraxılmayacaq – Kəşfiyyat məlumatları üzə çıxdı

Prezident Tacikistana yeni səfir təyin etdi – SƏRƏNCAM

Prezident Tacikistana yeni səfir təyin etdi – SƏRƏNCAM

Fransada bir ay ərzində üç muzey qarət olunub

Fransada bir ay ərzində üç muzey qarət olunub

Əlimirzamin Əskərov Qazaxıstana səfir TƏYİN EDİLDİ

Əlimirzamin Əskərov Qazaxıstana səfir TƏYİN EDİLDİ

Qazaxıstandakı səfirimiz də geri çağırıldı – SƏRƏNCAM

Qazaxıstandakı səfirimiz də geri çağırıldı – SƏRƏNCAM

End of content

No more pages to load

RADİO