“McDonald's Azərbaycan”da halal mal əti: Yerli istehsala start verilməsi və yeni imkanlar - FOTO/VİDEO

“McDonald’s Azərbaycan” şirkəti restoranlarında istifadə olunan məhsulların lokallaşdırılması istqamətində növbəti mühüm addım ataraq, Azərbaycanda istehsal olunan mal ətindən istifadəyə keçid etməyə başlayıb.

Bizim.Media xəbər verir ki, halal sertifikatlı mal ətinə tam keçidin 2025-ci ilin birinci yarısında tamamlanması planlaşdırılıb.
 

“AzProtein Food’s Group” şirkətinə məxsus zavodun ərazisində tikilmiş yeni ixtisaslaşdırılmış istehsal zonası xüsusi olaraq “McDonald’s”ın tələbləri nəzərə alınmaqla layihələndirilib və şəbəkənin restoranlarını beynəlxalq keyfiyyətli halal mal əti ilə tam təmin etməyə imkan verir.


Müəssisənin istehsal gücü “McDonald’s Azərbaycan”ın illik təxminən 1 milyon kiloqram təşkil edən mal əti ehtiyaclarını tam şəkildə ödəməklə yanaşı, həm də gələcək artım və inkişaf üçün imkanlar yaradır.

İstehsal kompleksinin təntənəli açılış mərasimində “McDonald’s Azərbaycan”ın inkişafı lisenziyasının sahibi Cavad Marandi, şirkətin Müşahidə Şurasının sədri Fərid Əlizadə, “McDonald’s Azərbaycan”ın baş direktoru Oskar Boqopolskiy, korporasiyasının Avropa, Yaxın Şərq və Afrika üzrə vitse-prezidenti Aroşa Vijemuni və “AzProtein Food’s Group” şirkətinin Müşahidə Şurasının sədri Nazim Səfərov iştirak ediblər.

Tədbirdə çıxış edən “McDonald’s Azərbaycan”ın inkişafı lisenziyasının sahibi Cavad Marandi, yerli istehsala keçidin “McDonald’s” şirkəti üçün strateji əhəmiyyətindən danışaraq deyib:






“Lokallaşdırma uzunmüddətli strategiyamızın təməl daşıdır. Hesab edirik ki, yerli istehsalçılarla iş birliyi təkcə şirkətimizin inkişafına mühüm töhfə deyil, həm də Azərbaycanda qeyri-neft sektorunun gücləndirilməsi baxımından əhəmiyyətli addımdır. Bu, ilk növbədə, ölkənin gələcəyinə investisiya deməkdir. Mal əti istehsalının lokallaşdırılması dayanıqlı inkişafı və qarşılıqlı uğurları təmin etmək üçün yerli istehsalçılarla necə əməkdaşlıq etdiyimizin parlaq nümunəsidir”.

“AzProtein Food’s Group” şirkə7nin Müşahidə Şurasının sədri Nazim Səfərov bildirib:

“Bu gün şirkətimiz və fəaliyyət göstərdiyimiz sahə üçün əlamətdar bir gündür. Biz “AzProtein Food’s Group” şirkətinin beynəlxalq standartları və yerli təşəbbüsləri özündə birləşdirən bu layihənin mühüm hissəsi olmasına görə qürur duyuruq. Məqsədimiz məhsulun dəyişməz yüksək keyfiyyətini təmin etmək və tərəfdaşlığımızın inkişafına töhfə verməkdir”.

“McDonald’s” korporasiyasının Avropa, Yaxın Şərq və Afrika üzrə təchizat zənciri şöbəsinin direktoru Ala Mohammad qeyd edib:







“Yerli istehsal olan halal sertifikatlı mal əti kotletlərinə keçid Azərbaycan bazarı üçün yeni imkanlar açır. Bu, şirkətə yerli istehlakçıların tələbatını ödəməyə, bazardakı mövqeyini gücləndirməyə, həmçinin biznesin genişlənməsinə və böyüməsinə kömək edəcək”.
 

Qeyd edək ki, istehsal prosesləri “McDonald’s”ın beynəlxalq standartlarına tam cavab verir.


Obyektin layihələndirilməsindən tikintisinə və işə başlamasına qədər bütün mərhələlərdə şirkətin tələblərinə ciddi riayət olunub.

İstehsal kompleksində və ət kəsimi məntəqəsində keyfiyyətin idarə edilməsi sistemi (SQMS), sosial məsuliyyət (SWA), qabaqcıl istehsal təcrübələri (GMP) və digər əsas standartların yoxlanması daxil olmaqla müntəzəm auditlər keçirilir.

Məhsullar halal sertifikatına malikdir və “McDonald’s” şirkətinin Almaniyada yerləşən Avropa Keyfiyyət Mərkəzinin tələblərinə cavab verir.






Müəssisənin ərazisində kəsimdən əvvəl heyvanların müvəqqəti yerləşdirilməsi üçün ferma və Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən baytarlıq laboratoriyası yerləşir. “AzProtein Food’s Group” şirkətinin zavodunda keyfiyyətə nəzarət mütəxəssisləri, xətt operatorları və texniklər daxil olmaqla 120-dən çox işçi çalışır.

Layihə həmçinin regional əhəmiyyət daşıyır. Gələcəkdə məhsulların qonşu ölkələrə ixrac edilməsi planlaşdırılır ki, bu da yerli iqtisadiyyat üçün yeni imkanlar yaradacaq.

Bu addım “McDonald’s Azərbaycan” şirkətinin qeyri-neft sektorunun dəstəklənməsi və yerli təchizat zəncirlərinin inkişafı üzrə uzunmüddətli strategiyasını əks etdirir. Şirkət yerli istehsalçılarla fəal əməkdaşlığını davam etdirir və şəbəkənin restoranlarında yerli məhsulların payını artırır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Doktorantura səviyyəsi üzrə ixtisasların sayı ARTDI

Doktorantura səviyyəsi üzrə ixtisasların sayı ARTDI

Qobu sakinlərinin SU PROBLEMİ: "Bir ildir bu vəziyyətdəyik" - VİDEO

Qobu sakinlərinin SU PROBLEMİ: "Bir ildir bu vəziyyətdəyik" - VİDEO

17 min yerdən 3800-ü BOŞ qaldı - Magistraturada yüksək bal toplayanlar niyə azalır?

17 min yerdən 3800-ü BOŞ qaldı - Magistraturada yüksək bal toplayanlar niyə azalır?

Azərbaycandan Qarsa ilk reys – FOTO

Azərbaycandan Qarsa ilk reys – FOTO

Bakıda qızıl medal qazanan erməni güləşçi: “Azərbaycana təşəkkür edirəm”

Bakıda qızıl medal qazanan erməni güləşçi: “Azərbaycana təşəkkür edirəm”

Sabunçu xəstəxanasında BİABIRÇILIQ: "Dedilər ki, gipsi və binti özün al" - VİDEO

Sabunçu xəstəxanasında BİABIRÇILIQ: "Dedilər ki, gipsi və binti özün al" - VİDEO

Jurnalistika üzrə qabiliyyət imtahanı keçiriləcək – TARİX AÇIQLANDI

Jurnalistika üzrə qabiliyyət imtahanı keçiriləcək – TARİX AÇIQLANDI

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

İlham Əliyev Qırğızıstana getdi

İlham Əliyev Qırğızıstana getdi

Ev almaq bəhanəsilə daxil olduğu mənzildən 5 min manatlıq qızıl oğurladı

Ev almaq bəhanəsilə daxil olduğu mənzildən 5 min manatlıq qızıl oğurladı

Tanınmış tiktoker həbs edildi

Tanınmış tiktoker həbs edildi

Çin İrana HHM kompleksləri göndəribmi? – RƏSMİ CAVAB – VİDEO

Çin İrana HHM kompleksləri göndəribmi? – RƏSMİ CAVAB – VİDEO

Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır

Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır

Paşinyan: Razılaşmasalar, Rusiyadan 60 milyard dollar tələb edəcəyik - VİDEO

Paşinyan: Razılaşmasalar, Rusiyadan 60 milyard dollar tələb edəcəyik - VİDEO

Sabiq başçının həyat yoldaşının sürdüyü “BMW” “Prius” qiymətinə satıldı -Foto

Sabiq başçının həyat yoldaşının sürdüyü “BMW” “Prius” qiymətinə satıldı -Foto

Emin Quliyevə yüksək VƏZİFƏ VERİLDİ

Emin Quliyevə yüksək VƏZİFƏ VERİLDİ

Lənkəranda 11 otaqlı yaşayış evi yandı – FOTO

Lənkəranda 11 otaqlı yaşayış evi yandı – FOTO

İraqlı nazir Ərdoğanla görüşdə müqaviləni BUNA GÖRƏ imzalamayıb – SENSASİON DETALLAR - VİDEO

İraqlı nazir Ərdoğanla görüşdə müqaviləni BUNA GÖRƏ imzalamayıb – SENSASİON DETALLAR - VİDEO

Günvurma ilə bağlı təcili yardıma nə qədər müraciət olub? – Rəsmi AÇIQLAMA

Günvurma ilə bağlı təcili yardıma nə qədər müraciət olub? – Rəsmi AÇIQLAMA

Dəhşətli qəzada ölən futbolçuların FOTOSU

Dəhşətli qəzada ölən futbolçuların FOTOSU

20 yaşlı gənc yanaraq öldü

20 yaşlı gənc yanaraq öldü

Nazir xanımı ilə festivalı izlədi (FOTO)

Nazir xanımı ilə festivalı izlədi (FOTO)

Rusiya ordusu Ukraynanın dörd kəndini İŞĞAL ETDİ

Rusiya ordusu Ukraynanın dörd kəndini İŞĞAL ETDİ

Zelenski orden qalmaqalından sonra Polşada MÜHÜM danışıqlar aparacaq

Zelenski orden qalmaqalından sonra Polşada MÜHÜM danışıqlar aparacaq

End of content

No more pages to load

RADİO