Bakıda gizli təşkilat ifşa oldu: Sabiq diplomat həbs edildi - DETALLAR

Mediadan çoxlarına bəlli olan diplomat Ramiz Vəliyev beynəlxalq tədbirlərin ölkəmizdə keçirildiyi dövrdə dövlətə qarşı təxribat xarakterli kampaniyaların araşdırılması ilə bağlı davam edən cinayət işi üzrə həbs edilib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində məsul vəzifələrdə çalışmış Ramiz Vəliyevin Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq orqanı tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə törədilmiş əməllərdə şübhəli bilindiyi məlum olub.
 

Belə ki, onun öz xidməti vəzifələrindən irəli gələn əlaqə və informasiyalara malik olmaqla, diplomatik fəaliyyətdən kənar gizli əməllərlə də məşğul olduğunu ehtimal etməyə əsaslar yaranıb.


R.Vəliyev artıq hər şeyi etiraf edib və bəlli olub ki, uzun müddət dövlətin səbrinə məhəl qoymadan onun əleyhinə fəaliyyətində heç də tək olmayıb. O və onun kimi bir neçə şəxsdən ibarət olan dəstə əsl detektiv seriallarda olduğu kimi şəbəkə formasında dövlət içərisində dövlətçilik etmək niyyətinə düşmüş təşkilat tərəfindən idarə olunub. Həmin təşkilat şərti olaraq “Ulduz Metrosunun Uşaqları” (UMU) adlandırılıb. Şəbəkə üçün çox mükəmməl təhlükəsizlik parametrləri olan internet resursu yaradılıb və onun ixtiyarına verilib, dövlətə qarşı informasiya təxribatları və istintaqla araşdırılmalı olan diversiyalar törədilib.

R.Vəliyevin fəaliyyəti kuratorları Niyaz və Toğrul adlı şəxslər tərəfindən idarə olunub. Düzdür, iz itirmək üçün Niyaz qısa zamanda işdən azad edilsə də, bu heç də onun və digər kuratorların istintaqdan yayınacağı anlamına gəlməməlidir.

Azərbaycanın Misirdəki Səfirliyində müşavir vəzifəsində çalışaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edən Ramiz Vəliyev ölkənin maraqlarını qorumaq əvəzinə, “mənəm-mənəmlik” sindromundan əziyyət çəkən bir qurumun rəhbərinin əmrləri ilə öz dövlətinə qarşı işləyib. Şəbəkə Xarici İşlər Naziri Ceyhun Bayramov, Prezidentin köməkçisi Hikmət Hacıyev, Prezidentin xüsusi nümayəndəsi Elçin Əmirbəyov xarici ölkələrə səfər edən zaman Bakıdakı kuratorları vasitəsilə təlimatlar alaraq həmin ölkələrin Xarici İşlər Nazirliklərinə, Azərbaycana düşmən kəsilmiş media resurslarına kompromatlar ötürüb, “diktatura” rejimini təmsil edən bu şəxsləri qəbul etməməyə çağırıb. R.Vəliyev XİN sistemində işə bərpa olunduğu üçün onun daxili materiallara çıxışı olub və ətrafına çəkdiyi mütəşəkkil dəstə vasitəsilə bu materialları aidiyyəti ünvanlara ötürüb.

Dəhşətlisi budur ki, bu adamların iş prinsipi Ermənistan və erməni lobbisinin iş prinsipləri ilə eynidir.

Bu şəbəkənin əsas işlədiyi və məlumat ötürdüyü şəxs Azərbaycan xalqının düşməni olan Rasmus Kanbek (Rasmus Canbäck) olub: Bu ad Azərbaycan ictimaiyyəti üçün çox şey deməsə də, Qərbdən idarə edilən, xüsusilə erməni diasporu/lobbisi ilə bu və ya digər formada bağlı olan şəbəkənin “xaç atalarından” biridir.

İsveçrəli olan Kanbek “frilanser” kimi fəaliyyət göstərir. Məqalələrinin əsas yayım platforması isə “Blankspot” internet jurnalıdır. Uzaq Skandinaviyadan olan Kanbekin bütün jurnalistika fəaliyyəti əsasən Azərbaycana qarşı məqalələrin hazırlanmasından ibarətdir. Onun məqalələri sayəsində “Blankspot” saytı təmsil etdiyi ölkənin, yaxud regionun məsələlərindən daha çox, Azərbaycan haqqında yayımçıya çevrilib.

Kanbekin Azərbaycanla məqalələrində iki ana xətt yer alır:

- OCCRP-nin əsassız iddialarının davam etdirilməsi;

- Ermənistanın maraqlarının müdafiəsi, xüsusilə Qarabağda keçmiş cinayətkar rejimin dəstəklənməsi.

Ayrı-ayrı şəxslərin üzərində işləyib onlardan şəbəkə formalaşdıran, dövlət içərisində dövlətçilik etmək istəyən UMU-nun iş metodları artıq çoxdan məlumdur. Bu həmin şəbəkədir ki, Azərbaycan mediasına bir ara Prezident Administrasiyası, Müdafiə Nazirliyi, Prezidentin Mühafizə Xidmətini, eyni zamanda bir gün iqtisadiyyat naziri Mikayıl Cabbarovu, daha sonra əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi və digərlərini hədəfə alırdılar.
 

Son araşdırmalardan və istintaqa verilmiş ifadələrdən aydın olub ki, bu təşkilat xaricdə Azərbaycana qarşı fəaliyyət göstərən “Azad Söz”, “Azərbaycan Saatı” və digər resurslara da başqa kanallarla məlumat ötürür və bu proses hazırda da davam edir. Tural Sadıqlının və yaxud Qənimət Zahidin üzündən oxuduğu cızmaqaralar heç də boş yerdən yaranmır.


Şəbəkə və onun başında duranlar o qədər azğınlaşıblar ki, Prezidentin Təhlükəsizlik Xidmətinin fəaliyyətinə aid olan məsələləri xaricdəki söyüş bloqerlərinə ötürür və bununla da aidiyyəti dövlət qurumunu ittiham obyektinə çevirməyə çalışırlar. Görünür, oliqarxalarla oturub-duran, xarici xüsusi xidmət orqanlarının rəhbərlərinin pullarını gizlincə Azərbaycana gətirən bu özündənrazı müştəbehlərin də rahat bazarları və “qlobus” xarakterli biznesləri, yaxud da İsveçrə və Dubaydakı dəm-dəsgahları haqqında danışmağın vaxtıdır.

Göründüyü kimi, həm şəbəkə, həm də onu təşkil edərək istiqamətləndirənlər artıq ifşa olunub. Əminliklə demək olar ki, istintaq prosesi zamanı əlavə yeni detallar, simalar üzə çıxacaq. Çünki ölkəmizin bəzi diplomatik nümayəndəliklərində yatan hüceyrələr hələ də qalmaqdadır. Buna görə də indi gizlində olduqlarını zənn edənlər yaxşı-yaxşı fikirləşməlidirlər. Hələ ki gec deyil, haqqa gəlməyin vaxtıdır, R.Vəliyev kimi istifadə olunub sonra da atılmaqdan sığortalana bilərlər. Bunun üçün ziyanlı yoldan dönmək və səmimi etiraf ən düzgün çıxış yoludur. Son dövrlərin uğurlu əməliyyatları da göstərir ki, ölkədaxili və xaricdəki antimilli ünsürlər ifşa olunur və qanun qarşısında cavab verirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda dələduzluq edib qaçan şəxs Ukraynadan ekstradisiya olunur

Bakıda dələduzluq edib qaçan şəxs Ukraynadan ekstradisiya olunur

Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTOLAR

Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTOLAR

Livan Prezidenti Türkiyədə səfərdədir - FOTO/VİDEO

Livan Prezidenti Türkiyədə səfərdədir - FOTO/VİDEO

Aliment borcunu ödəməyən ataya növbəti CƏZA VERİLDİ

Aliment borcunu ödəməyən ataya növbəti CƏZA VERİLDİ

“Cəbiş müəllim”in qızından “Rabitəbank”a ETİRAZ - “Bizdən razılıq alınmayıb”

“Cəbiş müəllim”in qızından “Rabitəbank”a ETİRAZ - “Bizdən razılıq alınmayıb”

Yevlaxda 12 yaşlı qızın bədəninə armatur batdı

Yevlaxda 12 yaşlı qızın bədəninə armatur batdı

Gəncədə evin həyətində ocaq partladı: 70 yaşlı qadın yaralandı

Gəncədə evin həyətində ocaq partladı: 70 yaşlı qadın yaralandı

Prezidentin səfəri etdiyi şəhərdə Azərbaycan bayraqları və bannerlər quraşdırılıb

Prezidentin səfəri etdiyi şəhərdə Azərbaycan bayraqları və bannerlər quraşdırılıb

Mina partlayışında ölən qardaşının EVİNİ YANDIRDI

Mina partlayışında ölən qardaşının EVİNİ YANDIRDI

Sumqayıt sakinlərinin nəzərinə: Qazınız kəsiləcək

Sumqayıt sakinlərinin nəzərinə: Qazınız kəsiləcək

Qaxda dəhşətli qəzada ölən və yaralananların adları MƏLUM OLDU

Qaxda dəhşətli qəzada ölən və yaralananların adları MƏLUM OLDU

Elmar Məmmədov: Psixoloqların mediasiyaya cəlb olunması münaqişələrin həllidir

Elmar Məmmədov: Psixoloqların mediasiyaya cəlb olunması münaqişələrin həllidir

Sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Bu il hepatit diaqnozu qoyulanların sayı AÇIQLANDI

Bu il hepatit diaqnozu qoyulanların sayı AÇIQLANDI

Bakı Qızlar Universitetində oxuyan tələbələrin taleyi necə olacaq? – Rəsmi qərar

Bakı Qızlar Universitetində oxuyan tələbələrin taleyi necə olacaq? – Rəsmi qərar

Qarabağ kanalında bir nəfər batıb – FHN axtarış aparır - VİDEO

Qarabağ kanalında bir nəfər batıb – FHN axtarış aparır - VİDEO

Baş nazirdən görkəmli alim Kərim Kərimovla bağlı QƏRAR

Baş nazirdən görkəmli alim Kərim Kərimovla bağlı QƏRAR

Həyətdə od qalayanların NƏZƏRİNƏ – Cəriməsi VAR

Həyətdə od qalayanların NƏZƏRİNƏ – Cəriməsi VAR

Notarius məhkəmə zalında həbs edildi

Notarius məhkəmə zalında həbs edildi

Bakı Qızlar Universiteti bağlandı

Bakı Qızlar Universiteti bağlandı

Anar Ələkbərov: "44" bədii filmi üzərində işi yekunlaşdırdıq" - FOTO

Anar Ələkbərov: "44" bədii filmi üzərində işi yekunlaşdırdıq" - FOTO

CeyLo əkizləri ilə Romada – FOTO

CeyLo əkizləri ilə Romada – FOTO

Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edildi

Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edildi

Bu il neçə nəfərə evlərində sosial xidmət göstərilib?

Bu il neçə nəfərə evlərində sosial xidmət göstərilib?

End of content

No more pages to load

RADİO