Baş redaktor: "Media savadlılığı şəxsi və rəqəmsal təhlükəsizlik baxımından vacib məsələdir"

“Sosial mediadan istifadənin kütləviləşməsi feyk və dəqiqləşdirilməmiş məlumatların daha geniş yayılmasına imkan yaradıb. Bu isə bir çox hallarda cəmiyyətin yanlış informasiyalar əldə etməsi ilə nəticələnir. Bu cür saxta məlumatların qarşısını almaq üçün media savadlılığının artırılması vacibdir. Çünki media savadlılığı insanların yalan məlumatı həqiqətdən ayırmasına, dezinformasiyadan qorunmasına və kritik düşünmə bacarıqlarını inkişaf etdirməsinə kömək edir".

Bizim.Media xəbər verir ki, bu sözləri "Demokrat.az"a açıqlamasında Bizim.Media xəbər portalının baş redaktoru Anar Tahirov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Media Savadlılığı” Həftəsinə START VERİLDİ


Onun sözlərinə görə, media resurslarının çoxluğu oxucuların lazımi məlumatları doğru mənbələrdən əldə etməsində də problemlərə yol açır:

"Çünki media savadlılığı yetərli səviyyədə olmadıqda, insanlar hansı mənbədən lazımi məlumatı ala biləcəklərini müəyyənləşdirməkdə çətinlik çəkə bilərlər. Media savadlılığı insanlara ehtiyaclarına uyğun faydalı mənbələr tapmağa və zamanlarını daha səmərəli idarə etməyə də kömək edir.

Media savadlılığı sosial aspektlərdən də mühüm əhəmiyyətə malikdir. Media savadlılığının artması sosial problemləri daha yaxşı anlamaq, doğru məlumatlara əsaslanaraq qərarlar qəbul etmək və ictimai-siyasi proseslərdə iştirak üçün əhəmiyyətlidir.
 

Media savadlılığı şəxsi və rəqəmsal təhlükəsizlik baxımından da vacibdir. Çünki media savadlılığı istifadəçiləri internetdə şəxsi məlumatların qorunması, onlayn təhlükəsizlik və özəl məlumatların üçüncü şəxslərə sızdırılmasından qorunma mövzusunda məlumatlandırır.


Bizim.Media informasiya portalı yarandığı ilk gündən media savadlılığı prinsiplərinə xüsusi diqqət yetirib. Yayımladığımız materialların maarifləndirici xarakterli olması, o cümlədən sosial problemlərin həllinə töhfə verməsi işimizin əsas istiqamətlərini təşkil edir. Bundan əlavə, Bizim.Media-da dərc olunan araşdırma məqalələrində, xəbərlərdə mənbələrin hiperlinklər vasitəsilə göstərilməsi təcrübəsi də media savadlılığına xidmət edən addımlarımızdan biridir.

Medianın İnkişafı Agentliyi tərəfindən keçirilən “Media Savadlılığı” həftəsi media savadlılığının artırılması istiqamətində mühüm rol oynayacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda dələduzluq edib qaçan şəxs Ukraynadan ekstradisiya olunur

Bakıda dələduzluq edib qaçan şəxs Ukraynadan ekstradisiya olunur

Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTOLAR

Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTOLAR

Livan Prezidenti Türkiyədə səfərdədir - FOTO/VİDEO

Livan Prezidenti Türkiyədə səfərdədir - FOTO/VİDEO

Aliment borcunu ödəməyən ataya növbəti CƏZA VERİLDİ

Aliment borcunu ödəməyən ataya növbəti CƏZA VERİLDİ

“Cəbiş müəllim”in qızından “Rabitəbank”a ETİRAZ - “Bizdən razılıq alınmayıb”

“Cəbiş müəllim”in qızından “Rabitəbank”a ETİRAZ - “Bizdən razılıq alınmayıb”

Yevlaxda 12 yaşlı qızın bədəninə armatur batdı

Yevlaxda 12 yaşlı qızın bədəninə armatur batdı

Gəncədə evin həyətində ocaq partladı: 70 yaşlı qadın yaralandı

Gəncədə evin həyətində ocaq partladı: 70 yaşlı qadın yaralandı

Prezidentin səfəri etdiyi şəhərdə Azərbaycan bayraqları və bannerlər quraşdırılıb

Prezidentin səfəri etdiyi şəhərdə Azərbaycan bayraqları və bannerlər quraşdırılıb

Mina partlayışında ölən qardaşının EVİNİ YANDIRDI

Mina partlayışında ölən qardaşının EVİNİ YANDIRDI

Sumqayıt sakinlərinin nəzərinə: Qazınız kəsiləcək

Sumqayıt sakinlərinin nəzərinə: Qazınız kəsiləcək

Qaxda dəhşətli qəzada ölən və yaralananların adları MƏLUM OLDU

Qaxda dəhşətli qəzada ölən və yaralananların adları MƏLUM OLDU

Elmar Məmmədov: Psixoloqların mediasiyaya cəlb olunması münaqişələrin həllidir

Elmar Məmmədov: Psixoloqların mediasiyaya cəlb olunması münaqişələrin həllidir

Sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Bu il hepatit diaqnozu qoyulanların sayı AÇIQLANDI

Bu il hepatit diaqnozu qoyulanların sayı AÇIQLANDI

Bakı Qızlar Universitetində oxuyan tələbələrin taleyi necə olacaq? – Rəsmi qərar

Bakı Qızlar Universitetində oxuyan tələbələrin taleyi necə olacaq? – Rəsmi qərar

Qarabağ kanalında bir nəfər batıb – FHN axtarış aparır - VİDEO

Qarabağ kanalında bir nəfər batıb – FHN axtarış aparır - VİDEO

Baş nazirdən görkəmli alim Kərim Kərimovla bağlı QƏRAR

Baş nazirdən görkəmli alim Kərim Kərimovla bağlı QƏRAR

Həyətdə od qalayanların NƏZƏRİNƏ – Cəriməsi VAR

Həyətdə od qalayanların NƏZƏRİNƏ – Cəriməsi VAR

Notarius məhkəmə zalında həbs edildi

Notarius məhkəmə zalında həbs edildi

Bakı Qızlar Universiteti bağlandı

Bakı Qızlar Universiteti bağlandı

Anar Ələkbərov: "44" bədii filmi üzərində işi yekunlaşdırdıq" - FOTO

Anar Ələkbərov: "44" bədii filmi üzərində işi yekunlaşdırdıq" - FOTO

CeyLo əkizləri ilə Romada – FOTO

CeyLo əkizləri ilə Romada – FOTO

Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edildi

Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edildi

Bu il neçə nəfərə evlərində sosial xidmət göstərilib?

Bu il neçə nəfərə evlərində sosial xidmət göstərilib?

End of content

No more pages to load

RADİO