Audiovizual Şura memorandum imzaladı – FOTO

Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov Mərakeş Krallığının Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumunun (HACA) sədri Lətifə Axarbaşun rəhbərlil etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə çıxış edən Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov cari ilin may ayında Mərakeşə səfərinin çox maraqlı və faydalı olduğunu vurğulayıb.
 

O bildirib ki, Mərakeş ərəbdilli ölkələr arasında çox vacib ölkədir və Azərbaycanla bu dövlət arasında xüsusi dostluq münasibətləri mövcuddur. Audiovizual media tənzimləyiciləri arasında bu əməkdaşlıq Audiovizual Şuraya digər ərəbdilli ölkələrlə, HACA-ya türkdilli ölkələr və Xəzər-Qara dəniz regionu ilə əlaqələrin inkişafında töhfə verəcək.


Audiovizual Şuranın sədri media tənzimlənməsi və cəmiyyətin bu sahəni daha yaxşı anlaması üçün birgə fəaliyyətin vacibliyini vurğulayaraq, qarşıdakı əməkdaşlıq üçün nikbin olduğunu deyib.

HACA sədri Lətifə Axarbaş çıxışında Azərbaycana ikinci səfərinin ona yenidən eyni xoş hisslər yaşatdığını bildirib. O, iki qurum arasında əməkdaşlığın qarşılıqlı etimada və səmimi dostluğa əsaslandığını vurğulayıb.

Lətifə Axarbaş qeyd edib ki, bu səfər konkret nəticələrə nail olmaq məqsədi daşıyır və rəqəmsal texnologiyaların sürətli inkişafı ilə üzləşən media mühiti üçün təcrübə mübadiləsi böyük əhəmiyyət kəsb edir. O, süni intellekt və media savadlılığı kimi məsələlərdə hər iki qurumun eyni çağırışlarla üzləşdiyini və ortaq fəaliyyət istiqamətləri üçün birlikdə işləmək imkanlarının olduğunu bildirib. Lətifə Axarbaş bu əməkdaşlığın qarşılıqlı fayda verəcəyinə əminliyini ifadə edərək, dəvət və müzakirə üçün yaradılan fürsətə görə təşəkkür edib.

Daha sonra Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev Azərbaycanda audiovizual media sahəsi ilə bağlı geniş təqdimatla çıxış edib. O, çıxışında Ümummilli Lider Heydər Əliyevin “media dövlət ilə cəmiyyəti birləşdirən canlı sinirdir” sözlərini sitat gətirərək 1998-ci ildə Azərbaycanda senzuranın ləğv edildiyini, Azərbaycanın postsovet ölkələri arasında senzuranı ləğv edən ilk ölkə olduğunu bildirib. Təqdimat zamanı Audiovizual Şuranın fəaliyyət istiqamətləri, qanunvericilik mexanizmləri, beynəlxalq və ikitərəfli əməkdaşlıq əlaqələri barədə məlumat verilib.

Görüşün yekununda Audiovizual Şura ilə HACA arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənədi Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov və Mərakeş Krallığının Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumunun sədri Lətifə Axarbaş imzalayıblar.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda dələduzluq edib qaçan şəxs Ukraynadan ekstradisiya olunur

Bakıda dələduzluq edib qaçan şəxs Ukraynadan ekstradisiya olunur

Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTOLAR

Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTOLAR

Livan Prezidenti Türkiyədə səfərdədir - FOTO/VİDEO

Livan Prezidenti Türkiyədə səfərdədir - FOTO/VİDEO

Aliment borcunu ödəməyən ataya növbəti CƏZA VERİLDİ

Aliment borcunu ödəməyən ataya növbəti CƏZA VERİLDİ

“Cəbiş müəllim”in qızından “Rabitəbank”a ETİRAZ - “Bizdən razılıq alınmayıb”

“Cəbiş müəllim”in qızından “Rabitəbank”a ETİRAZ - “Bizdən razılıq alınmayıb”

Yevlaxda 12 yaşlı qızın bədəninə armatur batdı

Yevlaxda 12 yaşlı qızın bədəninə armatur batdı

Gəncədə evin həyətində ocaq partladı: 70 yaşlı qadın yaralandı

Gəncədə evin həyətində ocaq partladı: 70 yaşlı qadın yaralandı

Prezidentin səfəri etdiyi şəhərdə Azərbaycan bayraqları və bannerlər quraşdırılıb

Prezidentin səfəri etdiyi şəhərdə Azərbaycan bayraqları və bannerlər quraşdırılıb

Mina partlayışında ölən qardaşının EVİNİ YANDIRDI

Mina partlayışında ölən qardaşının EVİNİ YANDIRDI

Sumqayıt sakinlərinin nəzərinə: Qazınız kəsiləcək

Sumqayıt sakinlərinin nəzərinə: Qazınız kəsiləcək

Qaxda dəhşətli qəzada ölən və yaralananların adları MƏLUM OLDU

Qaxda dəhşətli qəzada ölən və yaralananların adları MƏLUM OLDU

Elmar Məmmədov: Psixoloqların mediasiyaya cəlb olunması münaqişələrin həllidir

Elmar Məmmədov: Psixoloqların mediasiyaya cəlb olunması münaqişələrin həllidir

Sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Bu il hepatit diaqnozu qoyulanların sayı AÇIQLANDI

Bu il hepatit diaqnozu qoyulanların sayı AÇIQLANDI

Bakı Qızlar Universitetində oxuyan tələbələrin taleyi necə olacaq? – Rəsmi qərar

Bakı Qızlar Universitetində oxuyan tələbələrin taleyi necə olacaq? – Rəsmi qərar

Qarabağ kanalında bir nəfər batıb – FHN axtarış aparır - VİDEO

Qarabağ kanalında bir nəfər batıb – FHN axtarış aparır - VİDEO

Baş nazirdən görkəmli alim Kərim Kərimovla bağlı QƏRAR

Baş nazirdən görkəmli alim Kərim Kərimovla bağlı QƏRAR

Həyətdə od qalayanların NƏZƏRİNƏ – Cəriməsi VAR

Həyətdə od qalayanların NƏZƏRİNƏ – Cəriməsi VAR

Notarius məhkəmə zalında həbs edildi

Notarius məhkəmə zalında həbs edildi

Bakı Qızlar Universiteti bağlandı

Bakı Qızlar Universiteti bağlandı

Anar Ələkbərov: "44" bədii filmi üzərində işi yekunlaşdırdıq" - FOTO

Anar Ələkbərov: "44" bədii filmi üzərində işi yekunlaşdırdıq" - FOTO

CeyLo əkizləri ilə Romada – FOTO

CeyLo əkizləri ilə Romada – FOTO

Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edildi

Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edildi

Bu il neçə nəfərə evlərində sosial xidmət göstərilib?

Bu il neçə nəfərə evlərində sosial xidmət göstərilib?

End of content

No more pages to load

RADİO