Azərbaycanda rəsmi qaydada mülki silahı necə əldə etmək OLAR? – HÜQUQİ İZAH

Azərbaycanda vətəndaşlara yalnız mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahları qanunvericilikdə nəzərdə tutulmuş qaydada əldə etməyə icazə verilir. Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var.

Necə silah əldə etmək olar?

Hüquqşünas Rəşad Əliyev Bizim.Media-ya bu barədə məlumat verib. O bildirib ki, mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət edə bilər. Silahın alınmasına xüsusi icazə verilir. Xüsusi icazəni əldə etmək üçün vətəndaş tərəfindən aşağıdakı sənədlər təqdim olunur:

Ərizə (polis orqanından alınmış blank doldurulur);

Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi;

Sağlamlıq haqqında tibbi arayış;

3x4 sm ölçüdə iki ədəd fotoşəkil;

“Ərizə ilə müraciət etmiş şəxslərin məhkumluğu və profilaktiki uçotda olub-olmaması yoxlanılır. Dövlət orqanı tərəfindən xüsusi yoxlanılması həyata keçirilən şəxslər barədə belə yoxlamalar aparılmır. Mülki silahın əldə şəxsiyyət vəsiqəsini və vətəndaşı olduğu dövlətin səfirliyindən (nümayəndəliyindən) vəsatət məktubu təqdim etməlidir. Bu halda tibbi arayış təqdim edilmir və məhkumluğu yoxlanılmır. Xüsusi icazə verilməsi üçün vətəndaşın ovçular cəmiyyətinin üzvü olması tələb edilmir. Əcnəbilər isə vətəndaşlığını təsdiq edən sənəd təqdim etməlidirlər.

Vətəndaşın idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin etibarlılıq müddəti 3 ildir. Özünümüdafiə qaz (tapançalarının, revolverlərin) silahının (aerozol qurğuları istisna olmaqla) əldə edilməsinə, saxlanılmasına, gəzdirilməsinə və təyinatı üzrə istifadə edilməsinə xüsusi icazənin verilməsi - odlu silahın əldə edilməsinə, saxlanılmasına, gəzdirilməsinə və təyinatı üzrə istifadə edilməsinə xüsusi icazənin verilməsi qaydasında həyata keçirilir”.

Silahı necə miras qoymaq olar?

Rəşad Əliyev qanuni yolla silahın necə miras qoyula biləcəyi barədə danışıb.

“Vətəndaş qanuni əsaslarla mülkiyyətində olan mülki silahı polis orqanını əvvəlcədən xəbərdar etməklə icazəsi olan şəxsə vəsiyyətlə miras qoya bilər. Vərəsəlik hallarında mülki silahı miras qalmış vərəsənin mülki silahı əldə etmək üçün xüsusi icazəsi yoxdursa, o, 3 ay ərzində həmin icazəni almalıdır. Vərəsə ona miras qalmış mülki silahı əldə etmək üçün xüsusi icazəni almaq istəməzsə və ya ona bu cür icazə verilməzsə, o, bir ay müddətində həmin silahı başqasına ya bağışlamalı, ya polis orqanına təhvil verməli və ya satmalıdır”.

Silahın alqı-satqısı

Hüquqşünas silahların alqı-satqısı və istifadəsi barədə də məlumat verib.

“Odlu silah sahibi olan vətəndaşlar yaşadıqları yeri dəyişdikdə uçotda olduğu polis orqanına bu barədə məlumat verməli, yeni ünvanını bildirməli, yeni yaşayış yerində yerli polis orqanına 10 gün müddətində müraciət etməli və silahı uçota aldırmalıdırlar.

Mülki silahın əldə edilməsinə xüsusi icazəsi, habelə odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi olan şəxs xüsusi icazə almadan soyuq ov silahını əldə edə bilər. Pnevmatik silahın və ya aerozol qurğularının əldə edilməsi üçün xüsusi icazə tələb olunmur. Pnevmatik və özünümüdafiə silahını (aerozol qurğuları daxil olmaqla) ticarət müəssisələri yalnız 18 yaşına çatmış vətəndaşlara onların şəxsiyyət vəsiqəsi əsasında satır və bu barədə müvafiq qeyd aparır”.

Nuray, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dövlət büdcəsinin gəlir və xərcləri AÇIQLANDI

Dövlət büdcəsinin gəlir və xərcləri AÇIQLANDI

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri MƏLUM OLUB- FOTO

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri MƏLUM OLUB- FOTO

Yevlaxda məktəblini maşın vuraraq öldürdü - ÖZƏL

Yevlaxda məktəblini maşın vuraraq öldürdü - ÖZƏL

Gəncədə xəsarət alan yeniyetmənin vəziyyəti açıqlandı

Gəncədə xəsarət alan yeniyetmənin vəziyyəti açıqlandı

1600 gəmi Hörmüz boğazı yaxınlığında “ilişib qalıb”

1600 gəmi Hörmüz boğazı yaxınlığında “ilişib qalıb”

Polkovnik Mayis Orucəliyev 1 milyonluq mənimsəmədə ittiham edilir - Ölümündən sonra

Polkovnik Mayis Orucəliyev 1 milyonluq mənimsəmədə ittiham edilir - Ölümündən sonra

Metronun iş rejimi dəyişdirilir - BU TARİXDƏN

Metronun iş rejimi dəyişdirilir - BU TARİXDƏN

Bakıda qadın hamamda yıxılıb öldü

Bakıda qadın hamamda yıxılıb öldü

ABŞ məhkəməsi Epşteynin ehtimal olunan vida məktubunu açıqladı - FOTO

ABŞ məhkəməsi Epşteynin ehtimal olunan vida məktubunu açıqladı - FOTO

Sarayda avtomobil PARTLADI: Xəsarət alan var

Sarayda avtomobil PARTLADI: Xəsarət alan var

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı AÇIQLANDI

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı AÇIQLANDI

Himayədarlar dəyişir, müstəqillik xəyal olaraq qalır - Ermənistan üçün Ukrayna SSENARİSİ

Himayədarlar dəyişir, müstəqillik xəyal olaraq qalır - Ermənistan üçün Ukrayna SSENARİSİ

“Məni narkomanlarla evdə tək qoyurdular” - Bıçaqlanan ana oğlunu bağışlamadı...

“Məni narkomanlarla evdə tək qoyurdular” - Bıçaqlanan ana oğlunu bağışlamadı...

Milyarder Con Polson keçmiş xanımı ilə bahalı boşanma savaşını bitirdi

Milyarder Con Polson keçmiş xanımı ilə bahalı boşanma savaşını bitirdi

Hərbçilərimiz Türkiyədə təlimdə - FOTO/VİDEO

Hərbçilərimiz Türkiyədə təlimdə - FOTO/VİDEO

Füzulidə tüstüdən zəhərlənən kişi öldü

Füzulidə tüstüdən zəhərlənən kişi öldü

Biləsuvarda gənc oğlan kürəyindən BIÇAQLANDI - Vəziyyəti necədir?

Biləsuvarda gənc oğlan kürəyindən BIÇAQLANDI - Vəziyyəti necədir?

İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik Birbank-da

İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik Birbank-da

Onlar da “Uzak Şehir”ə vida edəcək – FOTO

Onlar da “Uzak Şehir”ə vida edəcək – FOTO

Sosial şəbəkədə əxlaqsız ifadələr işlədən Sabirabad sakini CƏZALANDIRILDI

Sosial şəbəkədə əxlaqsız ifadələr işlədən Sabirabad sakini CƏZALANDIRILDI

“At kimi qaçan qız”dan yeni xəbər varmı? – VİDEO

“At kimi qaçan qız”dan yeni xəbər varmı? – VİDEO

Məşhur aktrisanın varlı kişilərlə bağlı sözləri GÜNDƏM OLDU

Məşhur aktrisanın varlı kişilərlə bağlı sözləri GÜNDƏM OLDU

Balakən kanat yolunun inşasına başlanıldı - RƏSMİ - VİDEO

Balakən kanat yolunun inşasına başlanıldı - RƏSMİ - VİDEO

Bakıda 1 aylıq körpə xəstəxanada vəfat etdi

Bakıda 1 aylıq körpə xəstəxanada vəfat etdi

End of content

No more pages to load

RADİO