Azərbaycanda 33 yaşlı kişi həyat yoldaşını bıçaqladı

Xırdalan şəhərində 33 yaşlı Miryunis Miriyev həyat yoldaşını bıçaqlayıb.

Bizim.Media publika.az-a istinadən xəbər verir ki, hadisə AAAF Park yaşayış kompleksində baş verib.

1991-ci il təvəllüdlü Miryunis Miriyev gecə saat 2 radələrində bıçaqla həyat yoldaşı Xalidəyə hücum edib. Döş qəfəsindən ağır xəsarət alan qadın xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

Araşdırmalar zamanı məlum olub ki, Miryunis bir neçə il əvvəl ruhi-əsəb xəstəliyindən əziyyət çəkib və müalicə olunub. Lakin onda bəzi problemlər qalıb. Hadisə baş verən gün də M. Miriyevin qulağına səslər gəlib və arvadını bıçaqlamaq fikrinə düşüb.

Bıçaqlanan qadın hadisə barədə ifadəsində bunları deyib:

"2021-ci ildə ailə qurmuşuq, oğlumuz dünyaya gəlib. Ərimlə münasibətlərim yaxşı olub, o, mənə və uşağına qarşı qayğılı, diqqətli insandır. Miryunis ilə evlənəndən sonra bildim ki, təxminən 3-4 il əvvəl Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasında müalicə alıb. Hadisədən təxminən 2 həftə əvvəldən başlayaraq Miryunis mənə onun qulağına səslər gəldiyini və bu səslərin ona "Həyat yoldaşın sənə xəyanət edir, əvvəl onu öldür, sonra da özünü öldür" dediyini bildirirdi. Mən bu məsələni ciddiyə almırdım, onu sakitləşdirməklə kifayətlənirdim. 

Hadisə baş verdiyi 7 fevral 2024-cü il tarixdə Miryunislə gün ərzində evdə olmuşuq. Həmin gecə saat 2 radələrində ərim narahat vəziyyətdə evin daxilində var-gəl etməyə başladı, yenidən qulağına səslər gəldiyini dedi. Qorxduğum üçün qayınanama zəng etdim. Mənə uşağı götürüb baldızımgilin evinə getməyimi tapşırdı. 

 

Həmin vaxt Miryunisin intihar edəcəyindən ehtiyatlandığım üçün baldızımgilə getmədim. Bu zaman ərim mətbəxdən bıçaq götürüb geri qayıtdı və qəfil hücum edərək məni vurdu. Qapını açıb pilləkənlərlə qaçıb yaxınlıqda yerləşən digər binada yaşayan baldızımgilin evinə getdim. Qapını açıb məni içəri saldılar, ilkin tibbi yardım göstərdilər. Sonra gedib evdən uşağı da gətirdilər. Bundan sonra məni xəstəxanaya çatdırıb əməliyyat etdirdilər".


Bıçaqlanan qadın bildirib ki, hazırda əri ilə bir evdə mehriban şəraitdə yaşayırlar və onun həbs olunmasını istəmir.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi ötən həftə M. Miriyevə hökm oxuyub. Məhkəmənin hökmü ilə o, 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin cəza şərti hesab edilib və təqsirləndirilən şəxs azadlıqda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mehriban Əliyevadan Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım – FOTO

Mehriban Əliyevadan Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım – FOTO

Hikmət Hacıyev: “Dilimizi qorumaq, zənginləşdirmək hər birimizin məsuliyyətidir" – VİDEO

Hikmət Hacıyev: “Dilimizi qorumaq, zənginləşdirmək hər birimizin məsuliyyətidir" – VİDEO

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Azərbaycan manatının dövretmə sürəti iyunda ARTIB

Azərbaycan manatının dövretmə sürəti iyunda ARTIB

Sumqayıtda fərdi yaşayış evində yanğın –VİDEO

Sumqayıtda fərdi yaşayış evində yanğın –VİDEO

ABŞ-da qırıcı təyyarə qəzaya uğradı - FOTO

ABŞ-da qırıcı təyyarə qəzaya uğradı - FOTO

Bilgəhdə 25 yaşlı gənc dənizdə BATDI

Bilgəhdə 25 yaşlı gənc dənizdə BATDI

Sabahın HAVASI: 39 dərəcə isti olacaq

Sabahın HAVASI: 39 dərəcə isti olacaq

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Almaniyada isti hava 9800 nəfərin həyatına son qoyub

Almaniyada isti hava 9800 nəfərin həyatına son qoyub

İsmayıllıda zəncirvari QƏZA: Xəsarət alan var – FOTO

İsmayıllıda zəncirvari QƏZA: Xəsarət alan var – FOTO

Evlilikdən uzaq duran 3 bürc

Evlilikdən uzaq duran 3 bürc

Ötən gün bəzi ərazilərə yağış yağıb, külək əsib

Ötən gün bəzi ərazilərə yağış yağıb, külək əsib

"Arsenal"dan 90 milyon avroluq yeni transfer

"Arsenal"dan 90 milyon avroluq yeni transfer

Kiyev kütləvi hücum: 9 ölü, 27 yaralı var – FOTO/VİDEO

Kiyev kütləvi hücum: 9 ölü, 27 yaralı var – FOTO/VİDEO

Prezident: “Azərbaycan məşvərət formatının fəal üzvü olacaq” – VİDEO

Prezident: “Azərbaycan məşvərət formatının fəal üzvü olacaq” – VİDEO

Bakı Qızlar Universitetinin bağlanması qəbul planlarına necə təsir edəcək?

Bakı Qızlar Universitetinin bağlanması qəbul planlarına necə təsir edəcək?

“2017-ci ildən etibarən Bakıda, ata evimdə yaşayıram”- Sevil Əliyeva

“2017-ci ildən etibarən Bakıda, ata evimdə yaşayıram”- Sevil Əliyeva

Qızıl və gümüş UCUZLAŞDI

Qızıl və gümüş UCUZLAŞDI

İlham Əliyev: “Azərbaycan və Qırğızıstanı tarix, mədəniyyətlə bağlı çox şey birləşdirir” – VİDEO

İlham Əliyev: “Azərbaycan və Qırğızıstanı tarix, mədəniyyətlə bağlı çox şey birləşdirir” – VİDEO

Sabunçuda qadın qətlə yetirildi, oğlu SAXLANILDI

Sabunçuda qadın qətlə yetirildi, oğlu SAXLANILDI

Nəriman Həsənzadə Fəxri xiyabanda dəfn olunacaq

Nəriman Həsənzadə Fəxri xiyabanda dəfn olunacaq

Bu məhsulları soyuducuda saxlamaq olmaz

Bu məhsulları soyuducuda saxlamaq olmaz

SON DƏQİQƏ! MİQ üzrə nəticələr AÇIQLANDI

SON DƏQİQƏ! MİQ üzrə nəticələr AÇIQLANDI

End of content

No more pages to load

RADİO