Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında yerləşən mənzildə baş verən partlayış nəticəsində yaralı sayı artıb.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində beş nəfər yaralı çıxarılıb.
Onların vəziyyətinin orta ağır qiymətləndirilir.
Qeyd edək ki, bu gün səhər saatlarında Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yaşayış binasında partlayış baş verib.
Bizim.Media