Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Elmir Rövşən oğlu Quliyev vəzifəsindən azad edilib.
Bizim.Media qaynarinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Nazirin digər əmri ilə polkovnik-leytenant Əlfağa Ramazan oğlu Ağayev bu vəzifəyə təyin olunub.
Bizim.Media