Ukraynada “Ev Heyvanlarının Vahid Dövlət Reyestri” fəaliyyətə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Aqrar Siyasət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, artıq Ukraynada ev heyvanları haqqında məlumatlar “diya.engine” platformasında saxlanılacaq.
Burada heyvanın adı və təsviri, peyvəndləşmə və biosterilizasiya haqqında məlumatları, sahiblərinin və ya qəyyumların telefon nömrələri və heyvanın sağlamlığı üçün vacib olan digər məlumatlar əks olunacaq.
Bizim.Media