“Alim olan da, olmayan da eyni maaş alır” – Deputatdan nazirin fikirlərinə REAKSİYA

Elm və təhsil naziri Emin Əmrullayevin Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub:

“Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik. Elm mütləq layihə əsaslı maliyyələşmə sisteminə keçməlidir”, - deyə nazir qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda ən yüksək maaş bu sahələrdə VERİLİR


Nazirin bu açıqlaması elmi adların əhəmiyyəti məsələsini yenidən gündəmə gətirib.

Məsələ ilə bağlı deputat Ceyhun Məmmədov Bizim.Media-ya açıqlamasında nazirin fikirləriylə razılaşmadığını bildirib:

“Mən bu fikirlərlə tam razı deyiləm. Təklif etdim ki, alimlərə ayrılan vəsait artırılsın. Emin Əmrullayev isə buna ehtiyacın olmadığını bildirdi. Bu məsələyə bir az fərqli baxıram.

Düşünürəm ki, əgər bir insan, ömrünü təhsilə həsr edibsə, elmlə məşğul olubsa, onun əməyinin ömrünün sonuna kimi qiymətləndirilməsinə ehtiyac var. Bəzi sistemləri dəyişmək istəyirlər, amma bu məsələni də qoruyub, saxlamalıyıq.  Əgər bir alim təqaüdə çıxıbsa, elmi fəaliyyətini davam etdirirsə, onun əməyini mütləq nəzərə almalıyıq. Amma nazir belə yanaşma sərgilədi. Əlbəttə, alimin elmi fəaliyyəti, gördüyü işlər bəzi hallarda qiymətləndirilə bilər”.


Nazirin “pul adlara görə verilməyəcək, elmi fəaliyyət əsas götürüləcək” fikrinə gəlincə, deputat bildirib ki, dünyanın hər yerində müəyyən mexanizmlərin mövcud olduğunu xatırladıb:

“2017-ci ildən bu günə kimi alimlərin maaşında artım yoxdur. Söhbət elmi dərəcələrə verilən 70 və 100 manatdan gedir. Burada heç bir artım yoxdur. Ya biz köhnə sistemdə qalıb bu vəsaiti artırmalıyıq, yeni sistemə keçiriksə, bu sürətli formada keçməlidir ki, həmin insanların əməyi vaxtında qiymətləndirilsin.

Bəs alim illər əvvəl elmi  ad alıb, indi heç bir fəaliyyətlə məşğul olmursa, necə?

Ceyhun Məmmədov sualımıza cavab olaraq deyib ki, alimliyin elmi fəaliyyətə görə qiymətləndirilməsi ola bilər:

“Hər halda bu gün elmi nailiyyəti olan, olmayan da eyni maaşı alır. Məsələn, təqaüd məsələsində elmi dərəcə nəzərə alınır. Amma eyni zamanda, alim ömrünü bu sahəyə həsr edibsə, onun əməyini qiymətləndirməliyik. Bu məsələyə yeni sistemə keçdikdən sonra baxa bilərik, axı yeni sistemə də keçilməyib, məsələnin mahiyyəti də budur ki, hələ də köhnə sistemdəyik. Yeni sistemlər varsa, tez  zamanda düşünülüb həllini tapmalıdır ki, insanlarda olan narazılıq aradan çıxsın”.

Nəzrin Mirzəyeva, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Danimarka şahzadəsi orduda xidmətə BAŞLADI

Danimarka şahzadəsi orduda xidmətə BAŞLADI

Tramp: "İran görüşmək üçün yalvarır"

Tramp: "İran görüşmək üçün yalvarır"

Nuridə Məmmədova vəzifəsindən ayrıldı

Nuridə Məmmədova vəzifəsindən ayrıldı

Azərbaycanda limonun qiyməti bahalaşdı - Səbəb nədir?

Azərbaycanda limonun qiyməti bahalaşdı - Səbəb nədir?

Ələtdə dənizdə batan yeniyetmə ilə bağlı MƏLUMAT

Ələtdə dənizdə batan yeniyetmə ilə bağlı MƏLUMAT

Xadimə ilə rəqs edən şəxs Mübariz Əsgərovun oğlu imiş – VİDEO

Xadimə ilə rəqs edən şəxs Mübariz Əsgərovun oğlu imiş – VİDEO

Ərdoğan 2028-ci ildə yenidən prezidentliyə NAMİZƏD ola bilər

Ərdoğan 2028-ci ildə yenidən prezidentliyə NAMİZƏD ola bilər

Bakının 110 küçə və prospektində eyni vaxtda təmir gedir - AAYDA - FOTO

Bakının 110 küçə və prospektində eyni vaxtda təmir gedir - AAYDA - FOTO

Dövlət sektorunda evdən işləyənlərin sayı artacaq - DEPUTAT

Dövlət sektorunda evdən işləyənlərin sayı artacaq - DEPUTAT

Şəmkirdə "Niva" anidən alovlanıb yandı - FOTO

Şəmkirdə "Niva" anidən alovlanıb yandı - FOTO

Sabah çimərliklərdə 28 dərəcə İSTİ OLACAQ

Sabah çimərliklərdə 28 dərəcə İSTİ OLACAQ

Xaricdəki hərbi attaşelər Bakıda toplandı - FOTO

Xaricdəki hərbi attaşelər Bakıda toplandı - FOTO

Qusar 9 günlük şahmat bayramına ev sahibliyi edir - FOTO

Qusar 9 günlük şahmat bayramına ev sahibliyi edir - FOTO

Ronaldo toyuna bu ulduzları DƏVƏT ETDİ

Ronaldo toyuna bu ulduzları DƏVƏT ETDİ

Kamran Əsədovun vəsatəti təmin edilmədi

Kamran Əsədovun vəsatəti təmin edilmədi

Hasil Abbasov iki şöbə müdirini işdən çıxardı - YENİ TƏYİNAT

Hasil Abbasov iki şöbə müdirini işdən çıxardı - YENİ TƏYİNAT

Azərbaycanda avtonom yerüstü nəqliyyat vasitələrinin tətbiqi üçün hüquqi baza YARADILIR

Azərbaycanda avtonom yerüstü nəqliyyat vasitələrinin tətbiqi üçün hüquqi baza YARADILIR

AYNA-dan elan: Böyük marşrut müsabiqəsi başladı

AYNA-dan elan: Böyük marşrut müsabiqəsi başladı

BU TARİXDƏ ilin son Günəş tutulması olacaq

BU TARİXDƏ ilin son Günəş tutulması olacaq

Ceyhun Bayramov Estoniyanın yeni təyin olunmuş səfirini qəbul etdi - FOTO

Ceyhun Bayramov Estoniyanın yeni təyin olunmuş səfirini qəbul etdi - FOTO

Lənkəranda açıq ərazidə yanğın -VİDEO

Lənkəranda açıq ərazidə yanğın -VİDEO

Azərbaycanda ötən ay maksimal temperatur 41 dərəcə olub – BU ƏRAZİDƏ

Azərbaycanda ötən ay maksimal temperatur 41 dərəcə olub – BU ƏRAZİDƏ

4 avqusta bizi nələr gözləyir? —ULDUZ FALI

4 avqusta bizi nələr gözləyir? —ULDUZ FALI

Masallıda zibil poliqonundakı yanğın magistral yola qədər yayıldı – FOTO

Masallıda zibil poliqonundakı yanğın magistral yola qədər yayıldı – FOTO

End of content

No more pages to load

RADİO