“Azəriqaz” hansı hallarda abonentləri cərimələyə BİLƏR? – Rəsmi AÇIQLAMA

Bildiyimiz kimi, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən evlərə müəyyən texniki baxış keçirilir. Bu kimi tədbirlər vətəndaşlarda bəzi suallar yaradır.

Maraqlıdır, evlərə texniki baxış zamanı aşkarlanan hər hansı qanun pozuntusu və ya qanundankənar müdaxilə zamanı vətəndaşa hər hansı bir cərimə tətbiq oluna bilərmi?

MÖVZU İLƏ BAĞLI:

Bitməyən dəm qazı BƏLASI – Zəhərlənməyə səbəb olan tüstü bacalarını KİM təmizləməlidir?


Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyevin sözlərinə görə qurumun cərimə yazmaq kimi funksiyası yoxdur:

“Ancaq bəzi hallar var ki, həmin hallarda vətəndaş dəymiş ziyanı ödəməlidir”.

Bəs həmin hallar hansılardır?

Qurum rəsmisi məsələni belə izah edib:

“Texniki baxışlar texniki şərtlərin ilkin hallarından kənara çıxmanın yoxlanışı ilə bağlıdır. Texniki şərtlərə hansı xəttin haradan keçməsi, hansı qaz qurğularının istifadə olunması kimi hallar öz əksini tapır. Əgər abonent boru xətlərinin, mətbəxin yerini dəyişirsə, texniki şərtlərdə nəzərdə tutulan qaz cihazlarından əlavə cihazları istifadə edirsə, bu zaman texniki şərtlərdən kənara çıxılmaqla bağlı akt tərtib olunur.

Bu akt həm abonentdə, həm də “Azəriqaz” İB-də olur. Abonentə bir ay vaxt verilir ki, həmin texniki şərtdən kənara çıxma hallarını bərpa edib, ilkin vəziyyətinə qaytarsın. Əgər həmin 1 ay müddətində abonent aktda əksini tapan nöqsanların aradan qaldırılmasını həyata keçirməyibsə, Nazirlər Kabinetinin 80 saylı qərarına əsasən abonentə qazın verilişini dayandırırıq”.

Eldəniz Vəliyevin sözlərinə görə əgər kənar müdaxilələr, qoşulma halları olursa, “Azəriqaz” İB həmin neqativləri aşkar edirsə, bu zaman sayğacın, istifadə olunan qaz  qurğularının növü nəzərə alınmaqla ortalama qiymət çıxarılır və dəymiş ziyan abonentə təqdim olunur.


Yəni, ancaq  dəymiş ziyan hesablanıb təqdim olunur. Bir sözlə “Azəriqaz” cərimə yaza bilməz”, -deyə qurum rəsmisi əlavə edib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mələkxanım Eyubovanın evi – VİDEO

Mələkxanım Eyubovanın evi – VİDEO

Bu rəng avtomobillər daha az yanacaq işlədir – MARAQLI ARAŞDIRMA

Bu rəng avtomobillər daha az yanacaq işlədir – MARAQLI ARAŞDIRMA

Bu BÜRCLƏR üçün köhnə dəftərlər yenidən açılır

Bu BÜRCLƏR üçün köhnə dəftərlər yenidən açılır

Süni intellekt hakimlərin işini dəyişəcək - Deputat

Süni intellekt hakimlərin işini dəyişəcək - Deputat

Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat

Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat

Boşananda evin təmir pulu necə bölünür? - Vəkil açıqladı

Boşananda evin təmir pulu necə bölünür? - Vəkil açıqladı

Yaşamaq üçün ən ideal ölkə açıqlandı

Yaşamaq üçün ən ideal ölkə açıqlandı

Bakı metrosunda hərəkət dəyişikliyi edilir - VİDEO

Bakı metrosunda hərəkət dəyişikliyi edilir - VİDEO

Sabah bu rayon və kəndlərdə işıq olmayacaq

Sabah bu rayon və kəndlərdə işıq olmayacaq

Nazir müavinindən Qızlar Universiteti ilə bağlı AÇIQLAMA

Nazir müavinindən Qızlar Universiteti ilə bağlı AÇIQLAMA

Asya Əlizadə Türkiyədən deport olunmasından danışdı

Asya Əlizadə Türkiyədən deport olunmasından danışdı

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

NATO həm bizi, həm də Ukraynanı aldadıb - Kaladze

NATO həm bizi, həm də Ukraynanı aldadıb - Kaladze

İordaniya FIFA-nı şantajda ittiham etdi

İordaniya FIFA-nı şantajda ittiham etdi

Zaqatalada dava: Daşla həmkəndlisinin başından vurdu

Zaqatalada dava: Daşla həmkəndlisinin başından vurdu

Zelenskidən sülh açıqlaması: "Avqustda proses aktivləşəcək"

Zelenskidən sülh açıqlaması: "Avqustda proses aktivləşəcək"

Azərbaycanlılar hansı axtarış sistemindən istifadə edir?

Azərbaycanlılar hansı axtarış sistemindən istifadə edir?

Təranə Səmədovanın uşaq evində olan qızı – VİDEO

Təranə Səmədovanın uşaq evində olan qızı – VİDEO

Bu ölkə meyitlərin yandırılmasını qadağan etdi

Bu ölkə meyitlərin yandırılmasını qadağan etdi

Bakıda sərnişin avtobus sürücüsünü döydü – VİDEO

Bakıda sərnişin avtobus sürücüsünü döydü – VİDEO

Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”

Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”

Qırmızı dənizdə Hindistanın yük gəmisi BATIRILDI

Qırmızı dənizdə Hindistanın yük gəmisi BATIRILDI

Ermənistanın bir sıra vilayətləri işıqsız qaldı

Ermənistanın bir sıra vilayətləri işıqsız qaldı

Seutadakı miqrant böhranının arxasındakı SİRR AÇILDI

Seutadakı miqrant böhranının arxasındakı SİRR AÇILDI

End of content

No more pages to load

RADİO