Frank Pelon Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi

ABŞ konqresmeni Frank Peloni yaxın saatlarda Bakını tərk etməyə hazırlaşır. 

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı diplomatik mənbələr yayıb.

Məlum olub ki, Azərbaycan xalqını təhqir etmiş, ermənipərəst ABŞ konqresmeni Frank Peloni “yaddan çıxdığını” zənn edib, Azərbaycanda bu səviyyədə ictimai qəzəblə qarşılaşacağını gözləmirmiş.

Dünən Bakıya gələn, hava limanında və COP29-da Azərbaycan mediasının suallarından qaçmağa çalışan, ötən gün COP29-da ABŞ Konqresinin brifiqinə də çıxmağa razılaşmayan Frank Pelonini axşam qaldığı otelin qarşısında qəzəbli QHT fəalları qarşılayıb. 

“Pellone, rədd ol!” şüarları ilə otelə mühafizəçilərinin və yerli hüquq mühafizə orqanlarının köməkliyi ilə daxil ola bilən ABŞ konqresmeni bütün görüşlərini ləğv edib. Onun oteldə otağından çıxmadığı bildirilir. Frank Peloni Azərbaycan xalqının hiddətindən ehtiyat edir. 

Bu gün növbəti dəfə Azərbaycan QHT təmsilçilərinin Peloninin qaldığı otelin qarşısında etiraz aksiyasından sonra onun Bakıya səfərini yarımçıq qoyaraq qaçmağa hazırlaşdığı bildirilir. 
 

Qeyd edək ki, Azərbaycan xalqını təhqir etmiş, ermənipərəst ABŞ konqresmeni Frank Pelonidən Azərbaycan xalqından üzr istəməsi, ölkəmizə qarşı iftira kampaniyalarına görə cavab verməsi, ölkəni dərhal tərk etməsi tələb olunur.


O, ABŞ-də islamafob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner konqresmen kimi ad çıxarıb, fəaliyyəti Azərbaycana qarşı iftiralar üzərində qurulub. F.Peloni ABŞ-da erməni lobbisinin maraqlarını müdafiə edir, dəfələrlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlik edib.

Bu gün Azərbaycanın bir qrup QHT rəhbərləri və ictimai fəalları ötən gün ABŞ konqresmeninin göstərişi ilə onun mühafizəçiləri tərəfindən şiddətə məruz qaldıqlarına, xəsarətlər aldıqlarına dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə şikayət ərizəsi ilə müraciət ediblər.

Onlar həmin mühafizəçilərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb ediblər.

QHT nümayəndələri Azərbaycan sərhədlərini işğal dövründə dəfələrlə qanunsuz keçmiş sərhəd pozucusu Frank Peloni barəsində də hüquqi tədbirlər görülməsini tələb ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kiyevə raket zərbələri endirildi: Ölən və yaralananlar var - FOTO

Kiyevə raket zərbələri endirildi: Ölən və yaralananlar var - FOTO

Tovuzda avtomobil qadını vurdu – VƏZİYYƏTİ AĞIRDIR

Tovuzda avtomobil qadını vurdu – VƏZİYYƏTİ AĞIRDIR

Yarpaqdan tualet kağızı istehsal ediləcək

Yarpaqdan tualet kağızı istehsal ediləcək

Mələkxanım Eyubovanın evi – VİDEO

Mələkxanım Eyubovanın evi – VİDEO

Bu rəng avtomobillər daha az yanacaq işlədir – MARAQLI ARAŞDIRMA

Bu rəng avtomobillər daha az yanacaq işlədir – MARAQLI ARAŞDIRMA

Bu BÜRCLƏR üçün köhnə dəftərlər yenidən açılır

Bu BÜRCLƏR üçün köhnə dəftərlər yenidən açılır

Süni intellekt hakimlərin işini dəyişəcək - Deputat

Süni intellekt hakimlərin işini dəyişəcək - Deputat

Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat

Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat

Boşananda evin təmir pulu necə bölünür? - Vəkil açıqladı

Boşananda evin təmir pulu necə bölünür? - Vəkil açıqladı

Yaşamaq üçün ən ideal ölkə açıqlandı

Yaşamaq üçün ən ideal ölkə açıqlandı

Bakı metrosunda hərəkət dəyişikliyi edilir - VİDEO

Bakı metrosunda hərəkət dəyişikliyi edilir - VİDEO

Sabah bu rayon və kəndlərdə işıq olmayacaq

Sabah bu rayon və kəndlərdə işıq olmayacaq

Nazir müavinindən Qızlar Universiteti ilə bağlı AÇIQLAMA

Nazir müavinindən Qızlar Universiteti ilə bağlı AÇIQLAMA

Asya Əlizadə Türkiyədən deport olunmasından danışdı

Asya Əlizadə Türkiyədən deport olunmasından danışdı

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

NATO həm bizi, həm də Ukraynanı aldadıb - Kaladze

NATO həm bizi, həm də Ukraynanı aldadıb - Kaladze

İordaniya FIFA-nı şantajda ittiham etdi

İordaniya FIFA-nı şantajda ittiham etdi

Zaqatalada dava: Daşla həmkəndlisinin başından vurdu

Zaqatalada dava: Daşla həmkəndlisinin başından vurdu

Zelenskidən sülh açıqlaması: "Avqustda proses aktivləşəcək"

Zelenskidən sülh açıqlaması: "Avqustda proses aktivləşəcək"

Azərbaycanlılar hansı axtarış sistemindən istifadə edir?

Azərbaycanlılar hansı axtarış sistemindən istifadə edir?

Təranə Səmədovanın uşaq evində olan qızı – VİDEO

Təranə Səmədovanın uşaq evində olan qızı – VİDEO

Bu ölkə meyitlərin yandırılmasını qadağan etdi

Bu ölkə meyitlərin yandırılmasını qadağan etdi

Bakıda sərnişin avtobus sürücüsünü döydü – VİDEO

Bakıda sərnişin avtobus sürücüsünü döydü – VİDEO

Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”

Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”

End of content

No more pages to load

RADİO