Valideynlərin NƏZƏRİNƏ - Azyaşlılara cizgi filmi seçərkən bu məqamlara diqqət edin

Bildiyimiz kimi, uşaqlar körpəlikdən etibarən gördükləri hərəkətləri, deyilən sözləri təkrarlamağa və yaxud bunların təsirinə düşməyə başlayırlar.

Buna görə də mütəxəssislər valideynlərə tez-tez xəbərdarlıq edir ki, uşaqların  yanında öz davranışlarına, ətraflarındakı insanların işlətdiyi sözlərə, oynadıqları oyunlara, eləcə də ekranda izlədiklərinə diqqət etsinlər. 

Çünki bilirik ki, azyaşlıların sevimli əyləncələrindən biri də məhz cizgi film izləməkdir. Ancaq bu gün cizgi filmlərin sayı çoxdur və  günümüzdə uşaqlar bunları adətən sosial media vasitəsilə izləyirlər. Dəhşətlisi odur ki, son illər çəkilən cizgi filmlərinin mövzuları uşaqların psixologiyasına və tərbiyəsinə mənfi təsir göstərir. İstər Azərbaycanda, istərsə də digər ölkələrdə çəkilən cizgi filmlərinin mövzusu uşaqlarda aqressiya, qəzəb, nifrət və zorakılıq hisslər aşılayır. Halbuki Cizgi filmləri mehribanlıq, humanistlik və səmimiyyət təbliğ etməlidir.

Nəticədə, onlar cizgi filmlərdən belə pis örnəklər götürə bilirlər.  Bunun üçün də valideynlər cizgi film seçərkən yuxarıda sadalanan məqamlara diqqət yetirməlidirlər.

Psixoloq Ofelya Məmmədova Bizim.Media-ya açıqlamasında bildirib ki, valideyinlər cizgi filmini uşaqların  yaşına və xarakterinə uyğun seçməlidir:

“Uşaqların psixologiyasınn düzgün formalaşmasına təsir edən faktorlardan biri də məhz cizgi filmləridir. Son zamanlar uşaqlara aqressivlik, zorakılıq təbliğ edən cizgi filmləri çoxalır. Nəzərə alaq ki, cizgi filmləri uşaqların özünü dərk etmələri, ətraf aləmi kəşf etmələri üçün önəmli rola malikdir. Çünki uşaqlar personajların gerçək və ya xəyali olduğunu anlaya bilmir və onlar kimi davranmağa çalışırlar”.
 

Müsahibimizin sözlərinə görə böyüklərdən fərqli olaraq uşaqların özlərini ifadə etmə bacarıqları tam formalaşmadığına, xəyal dünyaları geniş olduğu və hadisələri tam şəkildə qavraya bilmədiklərinə görə onlarda qorxuları ilə mübarizə çətin olur və öz qorxularının öhdəsindən gəlməkdə çətinlik çəkirlər:

“Bu halda da uşağın cizgi  film qəhrəmanlarından qorxması, müəyyən müddət baxdığı cizgi filminə orda hansısa personajdan təsirləndiyi üçün sonra baxa bilməməsi və s. hallar olur. Bir çox hallarda film izləyib gecə yata bilməyən, qaranlıq fobiyası olan, tək yatmaqdan qorxan azyaşlı uşaqlarla çox rastlaşa bilirik”.

Psixoloq sadəcə cizgi filmlərin yox, digər amillərin də uşaqlara təsiri barədə valideynlərə xəbərdarlıq edib.

“Valideyinlər nəinki cizgi filmlərinin, həm də müxtəlif, onlayn kompüter oyunlarının, eləcə də kitablarda rəsm əsərlərinin azyaşlılara təsir edəcəyinə diqqət yetirməlidirlər”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Şəmkirdə sement daşıyan yük maşını betona çırpıldı - Xəsarət alan var – FOTO

Şəmkirdə sement daşıyan yük maşını betona çırpıldı - Xəsarət alan var – FOTO

Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq

Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq

Türkiyənin ilk qadın generalı oldu

Türkiyənin ilk qadın generalı oldu

38 yaşlı kişi sevgilisinin evinə gəldi, qızına təcavüz etdi - Cinayətin TƏFƏRRÜATI

38 yaşlı kişi sevgilisinin evinə gəldi, qızına təcavüz etdi - Cinayətin TƏFƏRRÜATI

Ukraynaya ən çox silah göndərən ölkələr - SİYAHI

Ukraynaya ən çox silah göndərən ölkələr - SİYAHI

Bu tarixdən havalar dəyişir - İstilər bitir

Bu tarixdən havalar dəyişir - İstilər bitir

Avqust ayında pulu bitməyəcək bürclər

Avqust ayında pulu bitməyəcək bürclər

Peyvəndi yoxdur, xüsusi müalicəsi də: Burbon virusu ilə bağlı ciddi XƏBƏRDARLIQ

Peyvəndi yoxdur, xüsusi müalicəsi də: Burbon virusu ilə bağlı ciddi XƏBƏRDARLIQ

"Avroviziya" təmsilçilərimiz bir arada

"Avroviziya" təmsilçilərimiz bir arada

“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm” deyərək 26 minlik dələduzluq etdi

“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm” deyərək 26 minlik dələduzluq etdi

Ukrayna dronları Tula vilayətində Wildberries-in iri anbarını vurdu – FOTO-VİDEO

Ukrayna dronları Tula vilayətində Wildberries-in iri anbarını vurdu – FOTO-VİDEO

Çempionlar Liqası: III təsnifat mərhələsinə start verildi - NƏTİCƏLƏR

Çempionlar Liqası: III təsnifat mərhələsinə start verildi - NƏTİCƏLƏR

Bakı və Ağdaşın bəzi ərazilərinə işıq olmayacaq

Bakı və Ağdaşın bəzi ərazilərinə işıq olmayacaq

Məmmədli kəndində yanacaqdoldurma məntəqəsinin ərazisində güclü yanğın oldu - VİDEO

Məmmədli kəndində yanacaqdoldurma məntəqəsinin ərazisində güclü yanğın oldu - VİDEO

Rusiya tərəfində döyüşən 51 ölkə vətəndaşı əsir götürülüb - Ombudsman

Rusiya tərəfində döyüşən 51 ölkə vətəndaşı əsir götürülüb - Ombudsman

Kiyevə raket zərbələri endirildi: 14 ölü, 27 yaralı var - FOTO-VİDEO

Kiyevə raket zərbələri endirildi: 14 ölü, 27 yaralı var - FOTO-VİDEO

Tovuzda avtomobil qadını vurdu – VƏZİYYƏTİ AĞIRDIR

Tovuzda avtomobil qadını vurdu – VƏZİYYƏTİ AĞIRDIR

Yarpaqdan tualet kağızı istehsal ediləcək

Yarpaqdan tualet kağızı istehsal ediləcək

Mələkxanım Eyubovanın evi – VİDEO

Mələkxanım Eyubovanın evi – VİDEO

Bu rəng avtomobillər daha az yanacaq işlədir – MARAQLI ARAŞDIRMA

Bu rəng avtomobillər daha az yanacaq işlədir – MARAQLI ARAŞDIRMA

Bu BÜRCLƏR üçün köhnə dəftərlər yenidən açılır

Bu BÜRCLƏR üçün köhnə dəftərlər yenidən açılır

Süni intellekt hakimlərin işini dəyişəcək - Deputat

Süni intellekt hakimlərin işini dəyişəcək - Deputat

Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat

Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat

End of content

No more pages to load

RADİO