Ordumuzda andiçmə mərasimləri KEÇİRİLDİ - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, noyabrın 8-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib.

Hərbi orkestrin müşayiəti ilə döyüş bayrağının təntənəli surətdə sıra meydanına gətirilməsindən sonra tədbirlər açıq elan olunub.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Tədbirlərdə Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissələrin komandir heyəti çıxış edərək andiçmə mərasiminin 8 Noyabr – Zəfər Gününə təsadüf etməsini xüsusi vurğulayaraq, döyüş əməliyyatlarında qazandığımız qələbələrin tarixi əhəmiyyətindən danışıblar. Vətənimizin müdafiəsində ayıq-sayıq olmağı, qarşıya qoyulmuş tapşırıqları vicdanla yerinə yetirməyi tövsiyə ediblər.

Gənc əsgərlər öz növbəsində Vətənə, dövlətə və Ali Baş Komandana, Hərbi anda sadiq olacaqlarına, nümunəvi, nizam-intizamlı xidmət edəcəklərinə, silah və texnikanın sirlərini dərindən öyrənəcəklərinə, döyüş qabiliyyətlərini daim artıracaqlarına, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirəcəklərinə söz veriblər.

Hərbi qulluqçular təntənəli marşla tribunaların önündən keçiblər.

Andiçmə mərasimləri zamanı, həmçinin 8 Noyabr – Zəfər Günü münasibətilə şəxsi heyətin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə hərbi vətənpərvərlik mövzusunda mədəni-kütləvi tədbirlər keçirilib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Maykl Duqlas Mayorka adasının fəxri səfiri adına layiq görüldü – FOTO

Maykl Duqlas Mayorka adasının fəxri səfiri adına layiq görüldü – FOTO

Bakıda qəbiristanlıqda İNSİDENT: Mollanı söydü, həbs olundu

Bakıda qəbiristanlıqda İNSİDENT: Mollanı söydü, həbs olundu

Rusiya ordusu Xersonda “yük maşınına dronla zərbə endirdi – VİDEO

Rusiya ordusu Xersonda “yük maşınına dronla zərbə endirdi – VİDEO

Moskvada pişik iti parçalayaraq öldürdü

Moskvada pişik iti parçalayaraq öldürdü

Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı YENİ TƏLƏBLƏR

Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı YENİ TƏLƏBLƏR

KXDR Ukraynaya zərbələr üçün Rusiyada raket bölməsi yaradır

KXDR Ukraynaya zərbələr üçün Rusiyada raket bölməsi yaradır

Məhəmməd Salah Türkiyəyə yola düşdü - "Trabzonspor"un formasını geyinəcək - VİDEO

Məhəmməd Salah Türkiyəyə yola düşdü - "Trabzonspor"un formasını geyinəcək - VİDEO

Çin ABŞ-ın 6 təşkilatına sanksiya TƏTBİQ ETDİ

Çin ABŞ-ın 6 təşkilatına sanksiya TƏTBİQ ETDİ

Manatın gələcəyi ilə bağlı nikbin PROQNOZ - Dollar alanların sayı kəskin azalıb

Manatın gələcəyi ilə bağlı nikbin PROQNOZ - Dollar alanların sayı kəskin azalıb

Pakistan Azərbaycana təşəkkür etdi

Pakistan Azərbaycana təşəkkür etdi

Fərid Qayıbov: “İdmançılarımız ötən ay beynəlxalq yarışlarda 206 medal qazanıb”

Fərid Qayıbov: “İdmançılarımız ötən ay beynəlxalq yarışlarda 206 medal qazanıb”

Türkiyəli aşbaz Ruben Rubinyanı Adanada kabab yeməyə dəvət etdi – VİDEO

Türkiyəli aşbaz Ruben Rubinyanı Adanada kabab yeməyə dəvət etdi – VİDEO

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Sevda Əliyeva VƏZİFƏSİNDƏN AYRILDI

Sevda Əliyeva VƏZİFƏSİNDƏN AYRILDI

Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı: Tarix niyə silinmiş görünür?

Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı: Tarix niyə silinmiş görünür?

Xocavənd rayonuna daha 27 ailə yola salındı - FOTO

Xocavənd rayonuna daha 27 ailə yola salındı - FOTO

Ali Məhkəmənin hakimi təqaüdə göndərildi

Ali Məhkəmənin hakimi təqaüdə göndərildi

Səlis nitq və təfəkkürünü inkişaf etdirmək istəyənlər üçün 5 KİTAB

Səlis nitq və təfəkkürünü inkişaf etdirmək istəyənlər üçün 5 KİTAB

İrandan Britaniyaya yük aparan maşın Naxçıvanda saxlanıldı – FOTO/VİDEO

İrandan Britaniyaya yük aparan maşın Naxçıvanda saxlanıldı – FOTO/VİDEO

Pezeşkian: “Biz vətəndaşların problemlərini həll etməliyik” – VİDEO

Pezeşkian: “Biz vətəndaşların problemlərini həll etməliyik” – VİDEO

Özəl bağçaların hansı qaydada maliyyələşəcəyi BİLİNDİ

Özəl bağçaların hansı qaydada maliyyələşəcəyi BİLİNDİ

Metronun iki stansiyasına rəis TƏYİNATI

Metronun iki stansiyasına rəis TƏYİNATI

“Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib

“Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib

Qurban Qurbanov: “Dinamo” ilə oyuna yaxşı nəticə üçün yollanırıq

Qurban Qurbanov: “Dinamo” ilə oyuna yaxşı nəticə üçün yollanırıq

End of content

No more pages to load

RADİO