"Bu şəhərdə"yə XƏBƏRDARLIQ EDİLDİ - FOTO

Ötən gün Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının sosial hesablarında "Bu şəhərdə" komandasının oktyabr və noyabr aylarında keçiriləcək növbəti konsert proqramlarının kommersiya xarakterli reklamlarında müəlliflərin hüquqlarını kobudcasına pozduğunu özündə ehtiva edən məqamlar paylaşılıb.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Kinorejissorlar Gildiyasının sədri, kinorejissor Hüseyn Mehdiyev apa-ya verdiyi açıqlamada bildirib ki, "Bu şəhərdə" komandasının rəhbəri Müşfiq Abbasova şifahi və rəsmi xəbərdarlıq edilsə də, heç bir dəyişiklik edilməyib.

"Bilirsiniz ki, Kinorejissorlar Gildiyasının ən vacib istiqamətlərindən biri audiovizual əsərlərin istifadəsi zamanı müəllif hüquqlarının pozulmasının qarşısını almaq və müəlliflərin hüquqlarını qorumaqdır. Bir müddət əvvəl bizə məlumat daxil oldu ki, "Bu şəhərdə"nin konsertqabağı hazırladığı reklam çarxlarında Azərbaycan filmlərinin fraqmentləri təhrif olunaraq istifadə olunub. Kinostudiyanın direktoru Azər Quliyev "Bu şəhərdə" komandasının rəhbəri Müşfiq Abbasova zəng vurdu və onu məlumatlandırdı ki, bu, düzgün addım deyil, qanun pozuntusudur.
 

Azər müəllim ondan bu reklamların aradan qaldırılmasını xahiş etdi. Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının məsələyə birinci reaksiyası belə oldu. Bu isə, təxminən, on-on beş gün əvvəlin söhbətidir. Onlar məsələnin həlli barədə söz versələr də, buna əməl olunmadı.


Oktyabrın 22-də rəsmi olaraq "Bu şəhərdə" komandasına xəbərdarlıq xarakterli məktub yolladıq. Məktubda qeyd etdik ki, qanun müvafiq maddələrin pozulmasına yol vermir. Eyni zamanda, məktubda reklam çarxlarının sosial şəbəkələrdən silinməsini yenidən xahiş etdik.

Rəsmi məktubdan sonra da heç bir reaksiya olmadı. Bir müddət də gözləyəndən sonra "Bu şəhərdə" komandasının qanunlara saymazlığını görüb bu xoşagəlməz halı ictimaiyyətə təqdim etdik", - kinorejissor Hüseyn Mehdiyev deyib.

Mövzu ilə bağlı Müşfiq Abbasovla əlaqə saxlanılsa da sualı cavablandırmaqdan yayınıb. O, bunu bir saatdan sonra səhnəyə çıxacağı ilə əlaqələndirib: "Sizə cavab verəcək vəziyyətdə deyiləm. Sonra danışarıq".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

"Yeraltı"nın ulduzları sevgilidir - 17 yaşlı aktrisanın atası prokururluğa üz tutdu

"Yeraltı"nın ulduzları sevgilidir - 17 yaşlı aktrisanın atası prokururluğa üz tutdu

Bakıda daha 3 küçə bağlanır – Təmirə görə...

Bakıda daha 3 küçə bağlanır – Təmirə görə...

BMT rəsmisi İranda edam olunanların sayını açıqladı

BMT rəsmisi İranda edam olunanların sayını açıqladı

Bakıda məscid YANIR - VİDEO

Bakıda məscid YANIR - VİDEO

Ceki Çanla görüşmək üçün özlərini maşının önünə atdılar – VİDEO

Ceki Çanla görüşmək üçün özlərini maşının önünə atdılar – VİDEO

Böyük Britaniyanın müdafiə naziri Kiyevdədir

Böyük Britaniyanın müdafiə naziri Kiyevdədir

Mal əti bahalaşdı - VİDEO

Mal əti bahalaşdı - VİDEO

Canlı yayımda söyüş söyən daha bir tiktoker HƏBS EDİLDİ

Canlı yayımda söyüş söyən daha bir tiktoker HƏBS EDİLDİ

Samir Şərifovun sədrliyi ilə iclas keçirildi - FOTO

Samir Şərifovun sədrliyi ilə iclas keçirildi - FOTO

70 yaşdan yuxarı şəxslərə kredit verilirmi?

70 yaşdan yuxarı şəxslərə kredit verilirmi?

MN-in "İstirahət evi"nin sabiq rəisi barəsində MƏHKƏMƏ QƏRARI dəyişdi

MN-in "İstirahət evi"nin sabiq rəisi barəsində MƏHKƏMƏ QƏRARI dəyişdi

Gürcüstanda növbəti dəfə kütləvi elektrik kəsintisi BAŞ VERDİ

Gürcüstanda növbəti dəfə kütləvi elektrik kəsintisi BAŞ VERDİ

Hörmüz boğazından keçən yeni marşrutun koordinatları razılaşdırıldı

Hörmüz boğazından keçən yeni marşrutun koordinatları razılaşdırıldı

"Bu, sənətkar adına layiq deyil, biyabırçılıqdır"

"Bu, sənətkar adına layiq deyil, biyabırçılıqdır"

Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? - AÇIQLAMA

Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? - AÇIQLAMA

“Mənə aid bəzi fikirlər təhrif olunub” - Hikmət Hacıyev - FOTO

“Mənə aid bəzi fikirlər təhrif olunub” - Hikmət Hacıyev - FOTO

Məhərrəmlikdə mahnıya görə uşaqları xəncərlə hədələdi, həbs olundu

Məhərrəmlikdə mahnıya görə uşaqları xəncərlə hədələdi, həbs olundu

“Qarabağ”ı şişirtməyə ehtiyac yoxdur - Milevski

“Qarabağ”ı şişirtməyə ehtiyac yoxdur - Milevski

Ötən gün kanalda batan yeniyetmə ilə bağlı MƏLUMAT - VİDEO

Ötən gün kanalda batan yeniyetmə ilə bağlı MƏLUMAT - VİDEO

QHT-lər üçün qrant müsabiqəsi elan edildi

QHT-lər üçün qrant müsabiqəsi elan edildi

Məşhur şadlıq sarayı 3,5 milyona satılır

Məşhur şadlıq sarayı 3,5 milyona satılır

Bakıda məşhur ticarət mərkəzində FACİƏ

Bakıda məşhur ticarət mərkəzində FACİƏ

Gəncədə avtomobillər toqquşdu - Xəsarət alanlar var

Gəncədə avtomobillər toqquşdu - Xəsarət alanlar var

End of content

No more pages to load

RADİO