“COP29-da şəhərin hay-küyündən uzaqlaşmaq hər birimizə lazımdır” – Deputatlardan TƏKLİF

Global iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan, dünyanın ən böyük tədbiri sayılan COP29-un Azərbaycanda təşkilinə sayılı günlər qalıb. Dünyanın diqqət mərkəzində olan bu mötəbər tədbirin ölkəmizdə keçirilməsinin iqtisadi dividendləri ilə yanaşı həm də turizm sektoru üçün də töhfəsi olacaq.

Xeyli vaxtdır ki, əhəmiyyətli tədbir zamanı paytaxtın nəqliyyat-kommunikasiya vasitələrinin işində axsama olmaması üçün müxtəlif administrativ tədbirlər görülür.
 

MÖVZU İLƏ BAĞLI:

Sıxlıqdan qurtulmaq və istirahət üçün FÜRSƏT – COP29 dövründə bölgələrə səfər etməyin ÜSTÜNLÜKLƏRİ


Hazırda da şəhərimizin yol-nəqliyyat infrastrukturunda aparılan işlər bu məsələyə xidmət edir. Təhlükəsizlik səbəbindən yollarda intensivliyin  azaldılması, həmçinin dövlət və hökumət başçılarının lazımi yerlərə anında çatması üçün şərait  yaradılır.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə COP29-la əlaqədar dövlət orqanlarında (qurumlarında) iş rejimi dəyişəcək və dövlət işçilərinin 70 faizi məsafədən işləyəcək.

Həmçinin Nazirlər Kabineti beynəlxalq tədbirin keçiriləcəyi dövrdə ölkədə fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə də qərar verib. Belə ki, ümumi təhsil müəssisələrində payız tətilinin vaxtı dəyişdirilərək noyabrın 12-dən 22-dək müəyyən edilib. COP-29 ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda peşə, orta ixtisas və ali təhsil pillələrində noyabrın 12-dən 22-dək distant formada təhsil tətbiq ediləcək.

Önminlərlə turist Bakıya gələcək...

Bir sözlə COP29 dönəmində ciddi qapanma və məhdudiyyətlər olmasa da, onminlərlə turist Bakıya gələcək. Bu isə istənilən halda müəyyən sıxlığın yaranmasına səbəb olacaq. Bu səbəbdən Azərbaycanın tədbirə daha rahat və yüksək səviyyədə ev sahibliyi etməsi, paytaxtda sıxlığın qarşısını alması işin əsas  tərəfidir. Əlbəttə ki, bir çox qurumların məsafədən işləyəcəyini, təhsil müəssisələrində tətilin olacağını, o cümlədən havanın mülayim keçməsini nəzərə alsaq, rayonlara səfər etmək daha məqsədəuyğun görünür.

“Şəhərin hay-küyündən uzaq qalmaq hər birimizə lazımdır”

Deputatların fikrincə, COP29 bölgələrdə istirahət üçün yaxşı fürsətdir. Millət vəkili Aydın Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib ki, COP29 günlərdində bölgələrə getmək, təbiət qoynunda olmaq, heç olmasa bir neçə günlüyə də olsa şəhərin hay-küyündən uzaq qalmaq hər birimizə lazımdır:

Düşünürəm ki, havaların da əlverişli keçməsi buna əlavə maraq gətirir. İmkan düşsə, mən də bu fürsətdən yararlanacağam. Bu dəfə Zəfər gününün ilk dəfə olaraq ölkəmizin bütün bölgələrində qeyd etmək imkanı qazanmışıq.

Ona görə də bayram günlərini mənalı keçirtmək üçün bölgələrə səfər etmək yaxşı olardı. Xüsusən də, Qarabağa və Şərqi Zəngəzura... Çox şükür ki, işğaldan azad olunmuş digər ərazilər kimi Xankəndində, Laçında, Cəbrayılda gözəl infrastruktur yaradılıb. Bundan əlavə, Kiçik Qafqaz dağlarına qar düşüb. Bu bölgələrdə də maraqlı təbiət mənzərəsi var.

Nəzərə alaq ki, həm dəmir yolu, həm Beynəlxalq Avtovağzal Kompleksi yaxın 20 gündə gücləndirilmiş iş rejimində çalışacaq. Bu da imkan verir ki, ictimai nəqliyyatdan istifadə edərək regionlarda gözəl və mənalı tətil keçirək”.

“COP29 zamanı daxili turizmin inkişafı vacibdir”

Milli Məclisin üzvü Vüqar Bayramov isə sözügedən tədbir çərçivəsində bölgələrə səfərin daxili turizmin inkişafı baxımından əhəmiyyətli olacağını bildirib:

“COP29 təxminən 10 günlük bir tədbirdir və fərqli hissəslərdən ibarətdir. Nəzərə alsaq ki, dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən tədbirlə yanaşı, əlavə konfranslar da planlaşdırılır. Bu baxımdan ölkəyə gələn qonaqlar Azərbayacana fərqli günlərdə səfər edəcək. Əslində Azərbaycan əvvəlki dövrlərdə də mötəbər tədbirlərə ev sahibliyi edib. COP29 dünyada iştirakçı səviyyəsinə görə ikinci ən böyük tədbirdir.

Qeyd edim ki, Nazirlər Kabineti COP29 zamanı təhsil müəssisələri ilə bağlı xüsusi qərar qəbul etdi. Məqsəd həm də sıxlığın minimum səviyyəyə endirilməsi idi. Bir sözlə nəzərdə tutulur ki, mövcud alətlətlərlə müşahidə oluna biləcək sıxlığın qarşısını almaq mümkün olsun.

Sözsüz ki, beynəlxalq tədbirlərin keçirilmədiyi vaxtlarda belə Bakıda tıxaclar müşahidə olunur.

Bütün bunlarla yanaşı bəzi dövlət qurumları da məsafədən işləyəcək. Əslində turizm məqsədilə rayonlara müraciət etmək və dincəlmək üçün bölgələri seçmək daha məqsədəuyğun olardı. Bu, həm daxili turizmin inkişafı və gəlirlərin artırılması baxımından vacibdir. Həm də COP29 günlərində şəxsi avtomobillərdən az istifadəyə yönəlik bir addım olar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ADY sədri: Horadiz-Ağbənd dəmir yolu xətti üzrə işlər 72 faiz icra olunub - VİDEO

ADY sədri: Horadiz-Ağbənd dəmir yolu xətti üzrə işlər 72 faiz icra olunub - VİDEO

Talıb Tale Xəzər dənizindəki ilanları çəkib paylaşdı - FOTO

Talıb Tale Xəzər dənizindəki ilanları çəkib paylaşdı - FOTO

Hörmüzdə sakitlik: İran-ABŞ arasında toqquşmalar dayanıb

Hörmüzdə sakitlik: İran-ABŞ arasında toqquşmalar dayanıb

“İmişli” – “Zirə” matçında bərabərlik - VİDEO

“İmişli” – “Zirə” matçında bərabərlik - VİDEO

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Qalmaqallı veriliş Rusiya "Birinci kanal"ının saytından SİLİNDİ

Qalmaqallı veriliş Rusiya "Birinci kanal"ının saytından SİLİNDİ

Bakıdakı UFC turnirinin biletləri satışa çıxarılır - TARİX AÇIQLANDI

Bakıdakı UFC turnirinin biletləri satışa çıxarılır - TARİX AÇIQLANDI

805 manat hesab gəldi, aktyor əsəbiləşdi - FOTO

805 manat hesab gəldi, aktyor əsəbiləşdi - FOTO

“Öz həyatını xalqın taleyinə həsr edən Böyük Lider” – Ağsuda təntənəli tədbir - FOTOLAR

“Öz həyatını xalqın taleyinə həsr edən Böyük Lider” – Ağsuda təntənəli tədbir - FOTOLAR

Jurnalistlərə müasir silah və döyüş texnikası göstərildi – Təlim-treninqdən GÖRÜNTÜLƏR

Jurnalistlərə müasir silah və döyüş texnikası göstərildi – Təlim-treninqdən GÖRÜNTÜLƏR

Sürücülərin DİQQƏTİNƏ: iki mərkəzi küçədə yollar bağlanacaq

Sürücülərin DİQQƏTİNƏ: iki mərkəzi küçədə yollar bağlanacaq

Masazırda narkotik əməliyyatı - 13 nəfər saxlanıldı - VİDEO

Masazırda narkotik əməliyyatı - 13 nəfər saxlanıldı - VİDEO

Doqquzların ən yüksək göstəricili səkkiz şagirdi – FOTOLAR

Doqquzların ən yüksək göstəricili səkkiz şagirdi – FOTOLAR

Sabah bu ərazilərdə işıq kəsiləcək

Sabah bu ərazilərdə işıq kəsiləcək

Vado Korovinin qızı işdən çıxarıldı

Vado Korovinin qızı işdən çıxarıldı

Ölkə birinciləri təəssüratlarını bölüşdülər... - FOTO

Ölkə birinciləri təəssüratlarını bölüşdülər... - FOTO

Qusarda ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Qusarda ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Kevin Hamilton Azərbaycana səfər edəcək

Kevin Hamilton Azərbaycana səfər edəcək

AQTA məşhur restoranda aparılan yoxlamanın görüntülərini yaydı - FOTO/VİDEO

AQTA məşhur restoranda aparılan yoxlamanın görüntülərini yaydı - FOTO/VİDEO

Qubada ofisiant iş yerində dünyasını dəyişdi

Qubada ofisiant iş yerində dünyasını dəyişdi

“Ciddi xəstəliyim var, canımla əlləşirəm, dünəndən ağlayıram”

“Ciddi xəstəliyim var, canımla əlləşirəm, dünəndən ağlayıram”

Nazilə Salmanova instituta direktor təyin edildi

Nazilə Salmanova instituta direktor təyin edildi

Monqolustan Baş prokurorunun Azərbaycana səfəri başa çatıb - FOTO

Monqolustan Baş prokurorunun Azərbaycana səfəri başa çatıb - FOTO

Cinayət Məcəlləsinə yeni maddələr əlavə edilib - DTX araşdıracaq

Cinayət Məcəlləsinə yeni maddələr əlavə edilib - DTX araşdıracaq

End of content

No more pages to load

RADİO