Məleykə Abbaszadənin adından istifadə edən sürücü HƏBS EDİLDİ

Bakıda taksi sürücüsü kimi fəaliyyət göstərən şəxsin külli miqdarda dələduzluq etməsi məlum olub. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Xəyal Abdıyev özünü yüksəkvəzifəli şəxs kimi təqdim edərək bir neçə vətəndaşı aldadıb və onlardan külli miqdarda pul alıb.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə iş açılıb. 

Araşdırmalar zamanı müəyyən edilib ki, X.Abdıyev taksi kimi sürdüyü maşına müştəri qismində əyləşmiş Nuranəni (şərti) Hövsandan Yasamal rayonundakı xəstəxanaya aparıb. Yolda o, özünü SOCAR-ın Səngəçalda yerləşən terminalının direktoru kimi təqdim edib, geniş maddi imkanlara və əlaqələrə malik olduğunu bildirib. 

Bundan sonra Abdıyev həmin qadınla ailəvi münasibət qurub. Onun həyat yoldaşını SOCAR-da sürücü kimi işə düzəldəcəyini, 2 qohumunu gəmidə aşpaz vəzifəsinə təyin etdirəcəyini, Nuranənin əri ilə Salyanda üzüm bağı salaraq böyük gəlir əldə edəcəklərini və sair vədlər verərək qadının özündən və bir neçə qohumundan külli miqdarda pul alıb. O, təkcə üzüm bağı salmaq adı ilə qarşı tərəfdən 60 min manat pul alaraq ələ keçirib. 

X.Abdıyev daha 2 nəfəri aldadaraq onları məktəbə müəllim kimi işə düzəldəcəyi və ali məktəbə qəbul olmaq üçün balını süni şəkildə artıracağına vəd verərək hər birindən 10 min manat alıb.

O, həmin şəxsləri buna anasının Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ilə xalaqızı olmasını yalandan deyərək inandırıb. 

Sonradan X.Abdıyevin yalan danışması, heç bir yerdə işləməməsi, M.Abbaszadə ilə hər hansı qohumluğunun olmaması üzə çıxıb.  
 

Zərərçəkmiş şəxslər taksi sürücüsündən polisə şikayət ediblər və onun barəsində cinayət işi açılaraq həbs edilib. Onlar ifadələrində X.Abdıyevin inandırıcı danışdığını və vədlərinə inandıqlarını deyiblər. X.Abdıyevin daha əvvəl də dələduzluq əməlinə görə məhkum edilməsi üzə çıxıb. 


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Abdıyevə 7 il həbs cəzası verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ADY sədri: Horadiz-Ağbənd dəmir yolu xətti üzrə işlər 72 faiz icra olunub - VİDEO

ADY sədri: Horadiz-Ağbənd dəmir yolu xətti üzrə işlər 72 faiz icra olunub - VİDEO

Talıb Tale Xəzər dənizindəki ilanları çəkib paylaşdı - FOTO

Talıb Tale Xəzər dənizindəki ilanları çəkib paylaşdı - FOTO

Hörmüzdə sakitlik: İran-ABŞ arasında toqquşmalar dayanıb

Hörmüzdə sakitlik: İran-ABŞ arasında toqquşmalar dayanıb

“İmişli” – “Zirə” matçında bərabərlik - VİDEO

“İmişli” – “Zirə” matçında bərabərlik - VİDEO

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Qalmaqallı veriliş Rusiya "Birinci kanal"ının saytından SİLİNDİ

Qalmaqallı veriliş Rusiya "Birinci kanal"ının saytından SİLİNDİ

Bakıdakı UFC turnirinin biletləri satışa çıxarılır - TARİX AÇIQLANDI

Bakıdakı UFC turnirinin biletləri satışa çıxarılır - TARİX AÇIQLANDI

805 manat hesab gəldi, aktyor əsəbiləşdi - FOTO

805 manat hesab gəldi, aktyor əsəbiləşdi - FOTO

“Öz həyatını xalqın taleyinə həsr edən Böyük Lider” – Ağsuda təntənəli tədbir - FOTOLAR

“Öz həyatını xalqın taleyinə həsr edən Böyük Lider” – Ağsuda təntənəli tədbir - FOTOLAR

Jurnalistlərə müasir silah və döyüş texnikası göstərildi – Təlim-treninqdən GÖRÜNTÜLƏR

Jurnalistlərə müasir silah və döyüş texnikası göstərildi – Təlim-treninqdən GÖRÜNTÜLƏR

Sürücülərin DİQQƏTİNƏ: iki mərkəzi küçədə yollar bağlanacaq

Sürücülərin DİQQƏTİNƏ: iki mərkəzi küçədə yollar bağlanacaq

Masazırda narkotik əməliyyatı - 13 nəfər saxlanıldı - VİDEO

Masazırda narkotik əməliyyatı - 13 nəfər saxlanıldı - VİDEO

Doqquzların ən yüksək göstəricili səkkiz şagirdi – FOTOLAR

Doqquzların ən yüksək göstəricili səkkiz şagirdi – FOTOLAR

Sabah bu ərazilərdə işıq kəsiləcək

Sabah bu ərazilərdə işıq kəsiləcək

Vado Korovinin qızı işdən çıxarıldı

Vado Korovinin qızı işdən çıxarıldı

Ölkə birinciləri təəssüratlarını bölüşdülər... - FOTO

Ölkə birinciləri təəssüratlarını bölüşdülər... - FOTO

Qusarda ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Qusarda ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Kevin Hamilton Azərbaycana səfər edəcək

Kevin Hamilton Azərbaycana səfər edəcək

AQTA məşhur restoranda aparılan yoxlamanın görüntülərini yaydı - FOTO/VİDEO

AQTA məşhur restoranda aparılan yoxlamanın görüntülərini yaydı - FOTO/VİDEO

Qubada ofisiant iş yerində dünyasını dəyişdi

Qubada ofisiant iş yerində dünyasını dəyişdi

“Ciddi xəstəliyim var, canımla əlləşirəm, dünəndən ağlayıram”

“Ciddi xəstəliyim var, canımla əlləşirəm, dünəndən ağlayıram”

Nazilə Salmanova instituta direktor təyin edildi

Nazilə Salmanova instituta direktor təyin edildi

Monqolustan Baş prokurorunun Azərbaycana səfəri başa çatıb - FOTO

Monqolustan Baş prokurorunun Azərbaycana səfəri başa çatıb - FOTO

Cinayət Məcəlləsinə yeni maddələr əlavə edilib - DTX araşdıracaq

Cinayət Məcəlləsinə yeni maddələr əlavə edilib - DTX araşdıracaq

End of content

No more pages to load

RADİO