Piyadaların təhlükəsizliyi və rahat hərəkəti üçün Bakının Neftçilər prospekti ilə Rixard Zorge küçəsinin kəsişməsində yeni piyada keçidi təşkil olunub.
Bu barədə Bizim.Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bildirilir ki, şəhərdə piyada hərəkətinin təhlükəsiz və rahat olması üçün tədbirlər davam etdirilir.

Bizim.Media