Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat nəticəsində Ruslan Məmmədov saxlanılıb.
Bizim.Media xəbər verir ki, 46 yaşlı Məmmədovun üzərindən təxminən 1 kiloqram marixuana tapılıb.
Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, Ruslan Məmmədov bundan əvvəl dəfələrlə qanunu pozub və Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə 8 dəfə məhkum olunub.

Sabutay, Bizim.Media, Cənub bürosu