Bakının bu rayonlarında evlər söküləcək: Sakinlərə veriləcək məbləğ AÇIQLANDI

Bakıda bəzi ərazilərdə söküntü işləri aparılacaq. Bəzi fərdi evlər söküləcək, ətrafda təmizlik işləri görüləcək, əvəzində parklar salınacaq və hündür mərətəbəli binalar inşa olunacaq. 

Bizim.Media ”baku.ws”ə istinadla xəbər verir ki, söküntü və inşaat işlərinə Bakıda keçiriləcək COP29 tədbirindən sonra start veriləcək. 

Bu müddət dekabr ayına və ya növbəti ilin yanvar ayından sonrakı müddəti əhatə edəcək. 

Belə ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində (Bakı Şəhər Baş Polis İdarəsinin yanı) fərdi yaşayış evlərinin və obyektlərin söküntüsü davam edəcək. Ərazidə söküntü işlər başa çatdıqdan sonra park salınacaq. Bu, Sevirəm parkının davamı olacaq və parkın ərazisi xeyli genişlənəcək. Məlum sökünütü işlərini aparmaq üçün evə obyekt sahiblərinə 2-3 min manat arası kompensasiya təklif edilib. 

Digər söküntü olacaq ərazi isə Bakının Yasamal rayonudur. Bu ərazidə də sakinlərə məxsus fərdi yaşayış evləri sökülərək yerində park inşa olunacaq. Söhbət "Təzəpir" məscidi ətrafında yerləşən Nizami və Lev Tolstoy küçələrindəki fərdi evlərdən gedir. 150 nömrəli məktəbin aşağı hissəsindən Baş Prokurorluğun binasının arxa hissəni kimi ərazidə yerləşən fərdi evlər söküləcək.
 

Ərazidə park salınması nəzərdə tutulduğu üçün heç bir yaşayış binası inşa olunmayacaq. Yaşayış evləri söküləcək vətəndaşlara minimum 2 min manat kompensasiya verilməsi nəzərdə tutulub. Evlərin qiymətinin sabit olmadığını nəzərə alsaq bu məbləğ daha yüksək ola bilər. Kompensasiyanın dəqiq məbləğini Maliyyə Nazirliyi müəyyənləşdirəcək. 


Digər söküntü işləri isə Nəsimi rayonunda "Kubinka" adlanan ərazidəki fərdi evlərdən gedir. Həmin ərazidə bütün sakinlərlə razılıq əldə olunub və müqavilələr bağlanıb.

10-a yaxın sakin ilə isə hələlik danışıqlarda razılıq əldə olunmayıb. Sakinlərdən birinə 13 kvadrat evi üçün 130 min manat kompensasiya təklif edlsə də evindən çıxmaqdan imtina edib. Bu sakinlərlə də razılıq əldə olunduqdan sonra kompensasiya və ya yeni tikiləcək hündür mərtəbəli binalarda evlər təklif olunacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

"Yeraltı"nın ulduzları sevgilidir - 17 yaşlı aktrisanın atası prokururluğa üz tutdu

"Yeraltı"nın ulduzları sevgilidir - 17 yaşlı aktrisanın atası prokururluğa üz tutdu

Bakıda daha 3 küçə bağlanır – Təmirə görə...

Bakıda daha 3 küçə bağlanır – Təmirə görə...

BMT rəsmisi İranda edam olunanların sayını açıqladı

BMT rəsmisi İranda edam olunanların sayını açıqladı

Bakıda məscid YANIR - VİDEO

Bakıda məscid YANIR - VİDEO

Ceki Çanla görüşmək üçün özlərini maşının önünə atdılar – VİDEO

Ceki Çanla görüşmək üçün özlərini maşının önünə atdılar – VİDEO

Böyük Britaniyanın müdafiə naziri Kiyevdədir

Böyük Britaniyanın müdafiə naziri Kiyevdədir

Mal əti bahalaşdı - VİDEO

Mal əti bahalaşdı - VİDEO

Canlı yayımda söyüş söyən daha bir tiktoker HƏBS EDİLDİ

Canlı yayımda söyüş söyən daha bir tiktoker HƏBS EDİLDİ

Samir Şərifovun sədrliyi ilə iclas keçirildi - FOTO

Samir Şərifovun sədrliyi ilə iclas keçirildi - FOTO

70 yaşdan yuxarı şəxslərə kredit verilirmi?

70 yaşdan yuxarı şəxslərə kredit verilirmi?

MN-in "İstirahət evi"nin sabiq rəisi barəsində MƏHKƏMƏ QƏRARI dəyişdi

MN-in "İstirahət evi"nin sabiq rəisi barəsində MƏHKƏMƏ QƏRARI dəyişdi

Gürcüstanda növbəti dəfə kütləvi elektrik kəsintisi BAŞ VERDİ

Gürcüstanda növbəti dəfə kütləvi elektrik kəsintisi BAŞ VERDİ

Hörmüz boğazından keçən yeni marşrutun koordinatları razılaşdırıldı

Hörmüz boğazından keçən yeni marşrutun koordinatları razılaşdırıldı

"Bu, sənətkar adına layiq deyil, biyabırçılıqdır"

"Bu, sənətkar adına layiq deyil, biyabırçılıqdır"

Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? - AÇIQLAMA

Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? - AÇIQLAMA

“Mənə aid bəzi fikirlər təhrif olunub” - Hikmət Hacıyev - FOTO

“Mənə aid bəzi fikirlər təhrif olunub” - Hikmət Hacıyev - FOTO

Məhərrəmlikdə mahnıya görə uşaqları xəncərlə hədələdi, həbs olundu

Məhərrəmlikdə mahnıya görə uşaqları xəncərlə hədələdi, həbs olundu

“Qarabağ”ı şişirtməyə ehtiyac yoxdur - Milevski

“Qarabağ”ı şişirtməyə ehtiyac yoxdur - Milevski

Ötən gün kanalda batan yeniyetmə ilə bağlı MƏLUMAT - VİDEO

Ötən gün kanalda batan yeniyetmə ilə bağlı MƏLUMAT - VİDEO

QHT-lər üçün qrant müsabiqəsi elan edildi

QHT-lər üçün qrant müsabiqəsi elan edildi

Məşhur şadlıq sarayı 3,5 milyona satılır

Məşhur şadlıq sarayı 3,5 milyona satılır

Bakıda məşhur ticarət mərkəzində FACİƏ

Bakıda məşhur ticarət mərkəzində FACİƏ

End of content

No more pages to load

RADİO