“Məktəblərin girişində dəfələrlə dünya çempionu olmuş Hacı Əliyev, Eldəniz Əliyevin fotolarına rast gəlinmir. Ona görə də bu gün “Baboş- mamoşlar”ın təbliğatı gedir”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclsiin üzvü Fazil Mustafa parlamentin bugünkü plenar iclasında deyib.
O bildirib ki, bu təbliğatı sistemli şəkildə aparmalıyıq:
“Məktəbə girən uşağın gözündə yaşayan qəhrəmanlarımızın uğuru sərgilənsə, uşaqlar da onlara bənzəmək istəyəcəklər”.
Bundan başqa, deputat bəzi idman növlərində uğur qazanmamağımızın səbəbini legionerlərə çox yer verilməsində görüb:
“Dünyanın 70 ölkəsinin əksəriyyətində güclü klublarda gürcü futbolçular çıxış edir. Bir azərbaycanlı dünyanın güclü futbol klublarında çıxış etmir”.
Günay Şahmar, Bizim.Media