Abas Quliyev Müdafiə Sənayesi Nazirliyinə məxsus “Bakı Cihazqayırma Zavodu” MMC-yə direktor təyin edilib.
Bizim.Media xəbər verir ki, o, zavodun rəhbərliyində Rasim Tahirovu əvəz edib.
Xatırladaq ki, “Bakı Cihazqayırma Zavodu” 1993-cü ildə yaradılıb.
Onun nizamnamə kapitalı 22 913 728 manatdır. Müəssisə 2006-cı ildən nazirliyin tabeliyində fəaliyyət göstərir.
Bizim.Media