Bakıda generalın evindən oğurluq edən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə mənzildən 282 min manatlıq oğurluq etməkdə Uveys Məmmədovun barəsindəki hökmdən yenidən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Bizim.Media ”pravda.az”a istinadən xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. 

Qərara əsasən, şikayət təmin edilməyib. 

İstintaqda qeyd edilib ki, iş üzrə zərərçəkən şəxs 2014-cü ilədək daxili işlər nazirinin müavini olmuş polis general-leytenantı Əsgər Ələkbərovun kürəkənidir. Hadisə onun qızının evində baş verib. Zərərçəkmiş şəxs 31 dekabr - 2 yanvar tarixləri arasında bayramla əlaqədar ailəsi ilə birgə istirahətdə olarkən naməlum şəxslər tərəfindən mənzilindən içərisində 10 min manat nağd pul, 150 min dollarlıq qızıl-zinət əşyaları və 15 min manat dəyərində qol saatları və sairə olan seyf oğurlanıb.

Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Zaqatala rayon sakinləri Murad Allahverdiyev və Uveys Məmmədov qısa müddət sonra saxlanılıblar. Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər.
 

İş üzrə dəymiş zərər 282 min manat olub. Oğurlanan seyfdə çoxsaylı bahalı qızıl-zinət əşyaları, 1800 manat dəyərində qızıl döş nişanı, "Nikolayın onluq qızılları", "Atatürkün onluq qızıl pulu" və digər xüsusilə dəyərli əşyalar olub. 


Məhkəmədə cinayətin təşkilatçısı olan Murad Allahverdiyev bildirib ki, həmin evi oğurluq üçün əvvəlcədən müəyyənləşdirib və 60-70 kiloqram çəkisi olan seyfi Uveysin köməkliyi ilə maşına yükləyib aparıblar. O, seyfi açdıqdan sonra onu Bakı-Quba yolunun kənarında yerləşən Yaşma qəsəbəsindəki su kanalına atıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesin yekununda M.Allahverdiyevə 8 il, U. Məmmədova isə 7 il həbs cəzası verilib. 

Xatırladaq ki, polis general-leytenantı Əsgər Ələkbərov 1995-2014-cü illərdə daxili işlər nazirinin müavini vəzifəsində çalışıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağcabədidə ağır qəza: 40 yaşlı sürücü öldü

Ağcabədidə ağır qəza: 40 yaşlı sürücü öldü

Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?

Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?

Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi – VİDEO

Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi – VİDEO

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

İndoneziya sahillərində zəlzələ oldu

İndoneziya sahillərində zəlzələ oldu

Şəkidə 7 hektar ərazi yandı

Şəkidə 7 hektar ərazi yandı

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

"Yeraltı"nın ulduzları sevgilidir - 17 yaşlı aktrisanın atası prokururluğa üz tutdu

"Yeraltı"nın ulduzları sevgilidir - 17 yaşlı aktrisanın atası prokururluğa üz tutdu

Bakıda daha 3 küçə bağlanır – Təmirə görə...

Bakıda daha 3 küçə bağlanır – Təmirə görə...

BMT rəsmisi İranda edam olunanların sayını açıqladı

BMT rəsmisi İranda edam olunanların sayını açıqladı

Ceki Çanla görüşmək üçün özlərini maşının önünə atdılar – VİDEO

Ceki Çanla görüşmək üçün özlərini maşının önünə atdılar – VİDEO

Böyük Britaniyanın müdafiə naziri Kiyevdədir

Böyük Britaniyanın müdafiə naziri Kiyevdədir

Mal əti bahalaşdı - VİDEO

Mal əti bahalaşdı - VİDEO

Canlı yayımda söyüş söyən daha bir tiktoker HƏBS EDİLDİ

Canlı yayımda söyüş söyən daha bir tiktoker HƏBS EDİLDİ

Samir Şərifovun sədrliyi ilə iclas keçirildi - FOTO

Samir Şərifovun sədrliyi ilə iclas keçirildi - FOTO

70 yaşdan yuxarı şəxslərə kredit verilirmi?

70 yaşdan yuxarı şəxslərə kredit verilirmi?

MN-in "İstirahət evi"nin sabiq rəisi barəsində MƏHKƏMƏ QƏRARI dəyişdi

MN-in "İstirahət evi"nin sabiq rəisi barəsində MƏHKƏMƏ QƏRARI dəyişdi

Gürcüstanda növbəti dəfə kütləvi elektrik kəsintisi BAŞ VERDİ - VİDEO

Gürcüstanda növbəti dəfə kütləvi elektrik kəsintisi BAŞ VERDİ - VİDEO

Hörmüz boğazından keçən yeni marşrutun koordinatları razılaşdırıldı

Hörmüz boğazından keçən yeni marşrutun koordinatları razılaşdırıldı

"Bu, sənətkar adına layiq deyil, biyabırçılıqdır"

"Bu, sənətkar adına layiq deyil, biyabırçılıqdır"

Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? - AÇIQLAMA

Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? - AÇIQLAMA

End of content

No more pages to load

RADİO