Soyuq ayların təhlükəli QİDASI - Zəhərli göbələyi zəhərsizdən necə AYIRAQ?

Bu günlərdə Xaçmazda iki qadının göbələkdən zəhərlənərək ölməsi bu qida məhsulundan istifadədə diqqətli olmağımızı təkrar yada salır. Meşə və talalardan toplanan, eləcə də bazarlarda, yol kənarlarında satılan göbələklərdən hazırlanan qidalarda nələrə diqqət etməliyik? Yaz-payız aylarında artan göbələk zəhərlənmələrindən yayınmaq üçün nə etməliyik?
 

MÖVZU İLƏ BAĞLI:

Satıcılar çağırış ETDİLƏR: "Göbələklər zəhərli ola bilər" - VİDEO


Göbələyin zəhərsiz növ olduğuna necə əmin olaq?

Mövzu ilə bağlı qida mütəxəssisi Məhsəti Hüseynova Bizim.Media-ya bildirib ki, ilk növbədə göbələyi haradan aldığımıza diqqət etməliyik:

“Göbələklərin bir çox növü var. Zəhərli, yeməli və ikisinin qarışığı olan göbələklər... Ən çox zəhərlənmələr mənşəyi bəlli olmayan göbələklərdən yaranır. Amma Xaçmazdakı hadisədəki kimi meşələrdən toplanan göbələklər də zəhərlənmə verə bilir. Çünki onların da zəhərsiz növ olduğuna əmin olmaq lazımdır. Zəhərli göbələklərdə xoşagəlməz qoxu olur. Meşədən toplananlarda rəngi, üstündə xallar, ləkələr olması bunun əlamətidir. Amma bəzən hamının çox sevdiyi şampinyona bənzər zəhərli göbələklər də olur. Ona görə çox diqqətli olmaq lazımdır".

Mütəxəssis deyir ki, bütün hallarda göbələklər yüksək risk qrupuna daxil olan qida məhsuludur:

"Onların tərkibində zülal daha çox olduğuna görə tez sıradan çıxa bilir. Ona görə də, marketlərdən, bazardan, açıq satışda əldə olunan göbələklər alarkən, onların mənşəyinin bəlli olmasına, düzgün qaydada saxlanılmasına fikir vermək lazımdır”.

Göbələyi təkrar isitmək olmaz?

Qida mütəxəssisinin sözlərinə görə, göbələk ancaq istehlak olunacaq qədər bişirilməlidir:

“Bu yeməyin təkrar isidilməsi və istifadəsi yolverilməzdir. Çünki onun tərkibindəki elementlər, mikroorqanizmlər sürətlə artır və zəhərlənməyə səbəb olur. Digər bir məqam isə göbələyin tərkibindəki qida elementlərinin həddən artıq zəngin olmasıdır ki, bu da bəzi allergiyaya meyilli insanların səhhətində problem yarada bilir. Hətta keyfiyyətli, təzə göbələk olsa belə, bu, bəzi insanlarda allergiya yarada bilir. Ona görə allergiyaya meyilli insanlar göbələyi öncə az miqdarda yeyib orqanizmə təsirini yoxlamalı, əmin olduqdan sonra yeməlidir”.

Zəhərlənməyin ilkin əlamətləri...

Məhsəti Hüseynova onu da qeyd edib ki, göbələk zəhərlənməsi zamanı təcili həkimə müraciət olunmalıdır:
 

“Bu zəhərlənmə yarım saatdan 24 saatadək özünü göstərə bilir. Amma əksər hallarda 2 saatadək onun fəsadı üzə çıxır. Əsas əlamətləri qarın nahiyəsində sancılanmalar, baş ağrısı, görmədə bulanıqlıq, ürəkbulanma, diareya, ishaldır. Göbələklə zəhərləndikdə, həmin şəxsə ev şəraitində yardım etməkdən çəkinməli, dərhal həkimə müraciət etməlidirlər”.


Mütəxəssis bildirir ki, restoran və kafelərdə də tərkibində göbələk olan qidalar qəbul edərkən diqqətli olmaq lazımdır:

“Restoran və kafelərdə də təzə və ya marinad olunmuş göbələkdən istifadə edirlər. Bunlar da müəyyən keyfiyyət standartlarına uyğun göbələklər olmalıdır. Yaxşı olar ki, insanlar belə məkanlarda rəngində, qoxusunda az da olsa, ənənəvi göbələk dadından fərq hiss etdikdə, ondan istifadə etməsinlər.

Qışa tutulan göbələklər...

Göbələklərin ev üsulunda qışa tutulması da xüsusi diqqət tələb edir. Tutmalarda göbələyin mövsümi olmasına, təbii üsulla yetişdirilməsinə fikir verilməlidir. Onların əzilmiş, köhnə olmamasına diqqət edilməlidir. Bu tutmalar sanitar-gigiyena normalarına əməl edərək hazırlanmalı, qab mütləq şəkildə steril olmalıdır. Əgər istifadədən öncə qapaqda şişkinlik, suda bulanıqlıq, dibində çökmə varsa, ondan istifadə edilməməlidir”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağcabədidə ağır qəza: 40 yaşlı sürücü öldü

Ağcabədidə ağır qəza: 40 yaşlı sürücü öldü

Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?

Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?

Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi – VİDEO

Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi – VİDEO

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

İndoneziya sahillərində zəlzələ oldu

İndoneziya sahillərində zəlzələ oldu

Şəkidə 7 hektar ərazi yandı

Şəkidə 7 hektar ərazi yandı

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

"Yeraltı"nın ulduzları sevgilidir - 17 yaşlı aktrisanın atası prokururluğa üz tutdu

"Yeraltı"nın ulduzları sevgilidir - 17 yaşlı aktrisanın atası prokururluğa üz tutdu

Bakıda daha 3 küçə bağlanır – Təmirə görə...

Bakıda daha 3 küçə bağlanır – Təmirə görə...

BMT rəsmisi İranda edam olunanların sayını açıqladı

BMT rəsmisi İranda edam olunanların sayını açıqladı

Ceki Çanla görüşmək üçün özlərini maşının önünə atdılar – VİDEO

Ceki Çanla görüşmək üçün özlərini maşının önünə atdılar – VİDEO

Böyük Britaniyanın müdafiə naziri Kiyevdədir

Böyük Britaniyanın müdafiə naziri Kiyevdədir

Mal əti bahalaşdı - VİDEO

Mal əti bahalaşdı - VİDEO

Canlı yayımda söyüş söyən daha bir tiktoker HƏBS EDİLDİ

Canlı yayımda söyüş söyən daha bir tiktoker HƏBS EDİLDİ

Samir Şərifovun sədrliyi ilə iclas keçirildi - FOTO

Samir Şərifovun sədrliyi ilə iclas keçirildi - FOTO

70 yaşdan yuxarı şəxslərə kredit verilirmi?

70 yaşdan yuxarı şəxslərə kredit verilirmi?

MN-in "İstirahət evi"nin sabiq rəisi barəsində MƏHKƏMƏ QƏRARI dəyişdi

MN-in "İstirahət evi"nin sabiq rəisi barəsində MƏHKƏMƏ QƏRARI dəyişdi

Gürcüstanda növbəti dəfə kütləvi elektrik kəsintisi BAŞ VERDİ - VİDEO

Gürcüstanda növbəti dəfə kütləvi elektrik kəsintisi BAŞ VERDİ - VİDEO

Hörmüz boğazından keçən yeni marşrutun koordinatları razılaşdırıldı

Hörmüz boğazından keçən yeni marşrutun koordinatları razılaşdırıldı

"Bu, sənətkar adına layiq deyil, biyabırçılıqdır"

"Bu, sənətkar adına layiq deyil, biyabırçılıqdır"

Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? - AÇIQLAMA

Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? - AÇIQLAMA

End of content

No more pages to load

RADİO