Broyler yumurtaları ZƏRƏRLİDİR? – SENSASİON XƏBƏRDARLIQ

Azərbaycanda toyuq əti gündəlik tələbat məhsulları sırasındadır. Toyuq ətini istehlak edənlərin çoxu broyler məhsullarına üstünlük verir. Çünki broyler toyuğu kənd toyuğundan - yəni kənar müdaxilə, xüsusi şərait, qida və dərmanlar olmadan yetişdirilən toyuqdan ucuzdur. Həmçinin, broyler yumurtası da kənd yumurtasından qat-qat ucuz satılır.
 

MÖVZU İLƏ BAĞLI:

Gündəlik qəbul etdiyimiz qidalar nə qədər TƏHLÜKƏSİZDİR?


Cibimizə üçün faydalı olduğunu düşündüyümüz bu məhsulların təəssüf ki, sağlamlığa ziyanları çoxdur. Broyler məhsullarının ziyanlı olduğu barədə xeyli sayda fikirlər mövcuddur.

Yəni bu toyuqlar günəş işığı olmadan, hərəkətsiz şəkildə bəslənirlər. Süni işıqlandırılmaya məruz qalırlar, həmçinin, kimyəvi dərmanlar, hormonal tərkibli süni yemlərlə bəslənirlər.

Yemlərə vurulan və insan orqanizmi üçün təhlükəli hesab edilən dioksin maddəsi onun kəsildikdən uzun müddət sonra belə xarab olmasının qarşısını alır.

Bəs bu cür zərərli maddələrdən istifadə etməklə yetişdirilən toyuqların və onların yumurtalarının hansı zərərləri var?

Ölkəmizdə də çox istehlak edilən broyler toyuq və yumurtalarının zərərləri haqqında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bizim.Media-ya danışıb.

O bildirib ki, broyler toyuqlarının yetişdirilməsində, tez çəki almasında bir çox zərərli dərmanlardan istifadə olunur:

“Sənaye üsulu saxlanılan broyler toyuqları var ki, bu broyler toyuqlarının az bir zamanda tez çəkiyə sahib olması, eyni zamanda, xəstəliklərdən qorunması, hərəkətsiz şəkildə saxlanılmasına görə bir çox kimyəvi, hormonlu dərmanlardan, antibiotiklərdən istifadə olunur. Onların daha tez çox çəkiyə sahib olması, hərəkət etməməsi üçün onları bir-birinə yaxın yerdə, kiçik sahədə saxlayırlar. Belə olan halda toyuq normal inkişaf etmir və normalda 3-4 ayda əldə edəcəyi çəkiyə həmin toyuqlar 28, ən yaxşı halda 56 gündə çatırlar.

Onların yetişdirilməsində istifadə edilən antibiotiklər var ki, bu antibiotiklər daha çox xəstəliklərdən qorunmaq üçün istifadə olunsa da, eyni zamanda, orqanizmdə faydalı bakteriyaların da məhv olmasına gətirib çıxarır. Bu səbəbdən qəbul etdiyimiz həmin toyuğa verilən antibiotiklər, insan orqanizminə eyni təsiri göstərir”.

Bu şəxslərə daha çox zərər verir

Mütəxəssis qeyd edib ki, broyler toyuqlarına verilən hormonlu dərmanlar yetkinlik yaşına çatmış qız və oğlanlara mənfi təsir edir:

“Digər məqam isə toyuqların yetişdirilməsində istifadə olunan hormonlu dərmanlar toyuq, yumurta vasitəsilə insan orqanizminə keçir ki, bu da qızlarda cinsi yetişkənlik dövrünün daha erkən başlamasına və oğlanlarda cinsi yetişkənlik dövrünün pozulmasına gətirib çıxarır”.

Ekspert hesab edir ki, broyler yumurtaları keyfiyyətcə çox aşağıdır:

“Həmin toyuqların yumurtlaması üçüm süni gur işıqlar verilir. Yəni bir gün ərzində süni şəkildə gecə-gündüz effekti yaradıb, onları aldadaraq daha çox yumurtlamasına səbəb olurlar. Say etibarı ilə artırsalar da, təbii yetişmədiyinə, təbii prosesdən keçmədiyinə görə, yumurtanın tərkibindəki makro və mikro elementlər kənd yumurtasına görə daha aşağı olur. 

Təhlükəsizlik baxımından faydalı olsa da, amma keyfiyyət, sağlamlıq baxımdan heç də sənaye üsulu ilə yetişdirilən yumurta kənd yumurtasını əvəz edə bilməz. Ona görə də yaxşı olar ki, quş əti, toyuq əti məhsullarını mənşəyi bəlli olan yerdən, təbiisini alsınlar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

67 yaşlı Brilliant Dadaşova efirə elə geyimdə çıxdı ki... – VİDEO

67 yaşlı Brilliant Dadaşova efirə elə geyimdə çıxdı ki... – VİDEO

Paşinyan ermənilərin Qarabağ hərəkatını “taleyüklü səhv” adlandırdı

Paşinyan ermənilərin Qarabağ hərəkatını “taleyüklü səhv” adlandırdı

Bakıda evdən qadın meyiti tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

"İmtahanın mənası elə onun çətin olmasındadır" - Ölkə birincisi

"İmtahanın mənası elə onun çətin olmasındadır" - Ölkə birincisi

ADY sədri: Horadiz-Ağbənd dəmir yolu xətti üzrə işlər 72 faiz icra olunub - VİDEO

ADY sədri: Horadiz-Ağbənd dəmir yolu xətti üzrə işlər 72 faiz icra olunub - VİDEO

Talıb Tale Xəzər dənizindəki ilanları çəkib paylaşdı - FOTO

Talıb Tale Xəzər dənizindəki ilanları çəkib paylaşdı - FOTO

Hörmüzdə sakitlik: İran-ABŞ arasında toqquşmalar dayanıb

Hörmüzdə sakitlik: İran-ABŞ arasında toqquşmalar dayanıb

“İmişli” – “Zirə” matçında bərabərlik - VİDEO

“İmişli” – “Zirə” matçında bərabərlik - VİDEO

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Qalmaqallı veriliş Rusiya "Birinci kanal"ının saytından SİLİNDİ

Qalmaqallı veriliş Rusiya "Birinci kanal"ının saytından SİLİNDİ

Bakıdakı UFC turnirinin biletləri satışa çıxarılır - TARİX AÇIQLANDI

Bakıdakı UFC turnirinin biletləri satışa çıxarılır - TARİX AÇIQLANDI

805 manat hesab gəldi, aktyor əsəbiləşdi - FOTO

805 manat hesab gəldi, aktyor əsəbiləşdi - FOTO

“Öz həyatını xalqın taleyinə həsr edən Böyük Lider” – Ağsuda təntənəli tədbir - FOTOLAR

“Öz həyatını xalqın taleyinə həsr edən Böyük Lider” – Ağsuda təntənəli tədbir - FOTOLAR

Jurnalistlərə müasir silah və döyüş texnikası göstərildi – Təlim-treninqdən GÖRÜNTÜLƏR

Jurnalistlərə müasir silah və döyüş texnikası göstərildi – Təlim-treninqdən GÖRÜNTÜLƏR

Sürücülərin DİQQƏTİNƏ: iki mərkəzi küçədə yollar bağlanacaq

Sürücülərin DİQQƏTİNƏ: iki mərkəzi küçədə yollar bağlanacaq

Masazırda narkotik əməliyyatı - 13 nəfər saxlanıldı - VİDEO

Masazırda narkotik əməliyyatı - 13 nəfər saxlanıldı - VİDEO

Doqquzların ən yüksək göstəricili səkkiz şagirdi – FOTOLAR

Doqquzların ən yüksək göstəricili səkkiz şagirdi – FOTOLAR

Sabah bu ərazilərdə işıq kəsiləcək

Sabah bu ərazilərdə işıq kəsiləcək

Vado Korovinin qızı işdən çıxarıldı

Vado Korovinin qızı işdən çıxarıldı

Ölkə birinciləri təəssüratlarını bölüşdülər... - FOTO

Ölkə birinciləri təəssüratlarını bölüşdülər... - FOTO

Qusarda ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Qusarda ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Kevin Hamilton Azərbaycana səfər edəcək

Kevin Hamilton Azərbaycana səfər edəcək

AQTA məşhur restoranda aparılan yoxlamanın görüntülərini yaydı - FOTO/VİDEO

AQTA məşhur restoranda aparılan yoxlamanın görüntülərini yaydı - FOTO/VİDEO

Qubada ofisiant iş yerində dünyasını dəyişdi

Qubada ofisiant iş yerində dünyasını dəyişdi

End of content

No more pages to load

RADİO