Dərmanlarla bağlı YENİ LAYİHƏ – Bu preparatlar kəskin UCUZLAŞACAQ

Azərbaycanda xroniki və nadir xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərman preparatlarının əlavə dəyər vergisindən (ƏDV) azad oluna bilər.
 

MÖVZU İLƏ BAĞLI:

Qiymətlərdə PARADOKS - Dərmanlar Tarif Şurasının təyin etdiyi həddən BAHA satılır?


Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.  Məlumata görə, qurumun Vergi siyasəti Baş İdarəsi əczaçılıq sahəsində çalışan şirkətlərin, bu sektoru təmsil edən “Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyası” İctimai Birliyinin nümayəndələri ilə növbəti görüş keçirilib.

Xidmətin aidiyyəti funksional strukturlarının nümayəndələrinin də qatıldığı görüşdə sahibkarların ƏDV inzibatçılığının təkmilləşdirilməsi, əczaçılıq sahəsində, xüsusilə, xroniki və nadir xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərman preparatlarına münasibətdə ƏDV azadolmaları və ya diferensial ƏDV-nin tətbiqi imkanları, vergi inzibatçılığı ilə bağlı yaranan çətinliklər, sahənin inkişafına müsbət təsir edə biləcək beynəlxalq təcrübədə mövcud mexanizmlərin tətbiqi imkanları və s. məsələlər müzakirə edilib.


Sonda sahibkarların konkret təkliflər hazırlayaraq Dövlət Vergi Xidmətinə rəsmi qaydada təqdim etməsinə dair razılıq əldə olunub.

Dərmanlar ucuzlaşacaq?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşviq Məmmədli bildirib ki, bəzi dərman preparatlarının ƏDV-dən azad olunması məsələsi müzakirə mərhələsindədir:

“Xüsusən də, nadir xəstəliklərdə istifadə olunan dərman preparatları və bəzi xroniki xəstəliklərdə istifadə olunan vasitələrlə bağlı müzakirələr aparılır. Burda bir çox məsələlər var ki, hər baxımdan qiymətləndirilməsi vacibdir. Bunlar iqtisadi maraqlarla yanaşı əhalinin sağlamlığı məsələsidir.
 

Məlum olduğu kimi, nadir xəstəliklərə qarşı istifadə olunan dərmanlar bir qayda olaraq xaricdən idxal edilir. Üstəlik, həmin dərmanların qiymətləri kifayət qədər yüksəkdir. Bu da o deməkdir ki, bu dərmanlar sosial vəziyyəti yaxşı olmayan vətəndaşlarımız üçün əlçatan deyil. Ona görə də həmin dərmanların ƏDV-dən azad olunması qiymətlərin xeyli aşağı düşməsinə gətirib çıxaracaq. Həm də dərmanlar əlçatan olacaq.


Hər kəs apteklərdən həmin dərmanları əldə edə biləcək. Bundan əlavə, güzəşt xroniki xəsətələrin istifadə etdiyi dərmanlara da şamil olunacaq. Sirr deyil ki, ölkəmizdə xroniki xəstəlikdən əziyyət çəkən çox sayda soydaşımız var. Ona görə də bu addım alqışlanmalıdır. Hələlik məsələ müzakirə mərhələsindədir. Hesab edirəm ki, ən yaxın zamanda məsələ hökumətin müzakirəsinə təqdim ediləcək və  qəbul ediləcək qərarla əhalinin sağlamlığına böyük bir töhfə verilmiş olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

67 yaşlı Brilliant Dadaşova efirə elə geyimdə çıxdı ki... – VİDEO

67 yaşlı Brilliant Dadaşova efirə elə geyimdə çıxdı ki... – VİDEO

Paşinyan ermənilərin Qarabağ hərəkatını “taleyüklü səhv” adlandırdı

Paşinyan ermənilərin Qarabağ hərəkatını “taleyüklü səhv” adlandırdı

Bakıda evdən qadın meyiti tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

"İmtahanın mənası elə onun çətin olmasındadır" - Ölkə birincisi

"İmtahanın mənası elə onun çətin olmasındadır" - Ölkə birincisi

ADY sədri: Horadiz-Ağbənd dəmir yolu xətti üzrə işlər 72 faiz icra olunub - VİDEO

ADY sədri: Horadiz-Ağbənd dəmir yolu xətti üzrə işlər 72 faiz icra olunub - VİDEO

Talıb Tale Xəzər dənizindəki ilanları çəkib paylaşdı - FOTO

Talıb Tale Xəzər dənizindəki ilanları çəkib paylaşdı - FOTO

Hörmüzdə sakitlik: İran-ABŞ arasında toqquşmalar dayanıb

Hörmüzdə sakitlik: İran-ABŞ arasında toqquşmalar dayanıb

“İmişli” – “Zirə” matçında bərabərlik - VİDEO

“İmişli” – “Zirə” matçında bərabərlik - VİDEO

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Qalmaqallı veriliş Rusiya "Birinci kanal"ının saytından SİLİNDİ

Qalmaqallı veriliş Rusiya "Birinci kanal"ının saytından SİLİNDİ

Bakıdakı UFC turnirinin biletləri satışa çıxarılır - TARİX AÇIQLANDI

Bakıdakı UFC turnirinin biletləri satışa çıxarılır - TARİX AÇIQLANDI

805 manat hesab gəldi, aktyor əsəbiləşdi - FOTO

805 manat hesab gəldi, aktyor əsəbiləşdi - FOTO

“Öz həyatını xalqın taleyinə həsr edən Böyük Lider” – Ağsuda təntənəli tədbir - FOTOLAR

“Öz həyatını xalqın taleyinə həsr edən Böyük Lider” – Ağsuda təntənəli tədbir - FOTOLAR

Jurnalistlərə müasir silah və döyüş texnikası göstərildi – Təlim-treninqdən GÖRÜNTÜLƏR

Jurnalistlərə müasir silah və döyüş texnikası göstərildi – Təlim-treninqdən GÖRÜNTÜLƏR

Sürücülərin DİQQƏTİNƏ: iki mərkəzi küçədə yollar bağlanacaq

Sürücülərin DİQQƏTİNƏ: iki mərkəzi küçədə yollar bağlanacaq

Masazırda narkotik əməliyyatı - 13 nəfər saxlanıldı - VİDEO

Masazırda narkotik əməliyyatı - 13 nəfər saxlanıldı - VİDEO

Doqquzların ən yüksək göstəricili səkkiz şagirdi – FOTOLAR

Doqquzların ən yüksək göstəricili səkkiz şagirdi – FOTOLAR

Sabah bu ərazilərdə işıq kəsiləcək

Sabah bu ərazilərdə işıq kəsiləcək

Vado Korovinin qızı işdən çıxarıldı

Vado Korovinin qızı işdən çıxarıldı

Ölkə birinciləri təəssüratlarını bölüşdülər... - FOTO

Ölkə birinciləri təəssüratlarını bölüşdülər... - FOTO

Qusarda ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Qusarda ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Kevin Hamilton Azərbaycana səfər edəcək

Kevin Hamilton Azərbaycana səfər edəcək

AQTA məşhur restoranda aparılan yoxlamanın görüntülərini yaydı - FOTO/VİDEO

AQTA məşhur restoranda aparılan yoxlamanın görüntülərini yaydı - FOTO/VİDEO

Qubada ofisiant iş yerində dünyasını dəyişdi

Qubada ofisiant iş yerində dünyasını dəyişdi

End of content

No more pages to load

RADİO