AMB Gəncə və Quba Regional Mərkəzlərini, Sumqayıt Şəhər İdarəsini BAĞLAYIR

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə biznes proseslərin optimallaşdırılması çərçivəsində bu ilin sonunda qurumun Gəncə və Quba Regional Mərkəzlərinin, Sumqayıt Şəhər İdarəsinin fəaliyyətinə xitam verilməsi nəzərdə tutulur.

Bizim.Media bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu qərar yerli bankların nağd pulun logistikası üzrə regional infrastrukturunun inkişafı, bu infrastruktur vasitəsilə müvafiq regionlarda nağd pula olan tələbin ödənilməsi və biznes proseslərin effektivliyinin artırılması ilə əlaqədardır.

Bununla da Gəncə Regional Mərkəzində xidmət olunan banklara və milli poçt operatoruna AMB-nin Yevlax Ehtiyat Mərkəzində, Quba Regional Mərkəzi və Sumqayıt Şəhər İdarəsində xidmət olunan banklara və milli poçt operatoruna isə AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 və Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 10 ünvanlarında yerləşən inzibati binalarında xidmət göstəriləcək.

Optimallaşdırma tədbirləri nəticəsində tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, köhnə nümunəli milli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsi, pul nişanlarının ekspertizaya qəbulu, yubiley-xatirə pul nişanlarının satışı ilə bağlı vətəndaşlar AMB-nin aşağıda qeyd olunan ünvanlarına və ya ölkə ərazisində fəaliyyət göstərən kommersiya banklarına müraciət edə bilərlər.

Bakı şəhəri:

AMB-nin inzibati binası, Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 27

Yevlax şəhəri:

AMB-nin Yevlax Ehtiyat Mərkəzinin inzibati binası, Yevlax şəhəri, Heydər Əliyev prospekti, 82

Biləsuvar şəhəri:

Biləsuvar Regional Mərkəzinin inzibati binası, Biləsuvar şəhəri, Heydər Əliyev küçəsi, 2B

Naxçıvan şəhəri:

Naxçıvan Muxtar Respublikası İdarəsinin inzibati binası, Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 32

Eyni zamanda, maliyyə xidmətləri istehlakçıları yuxarıda qeyd edilən ünvanlara yaxınlaşaraq nəzarət subyektləri ilə bağlı müraciətlərini (ərizə, şikayət və ya təklif) şifahi və ya yazılı formada, eləcə də www.contact.e-cbar.az elektron müraciətlər sistemi vasitəsilə elektron qaydada AMB-yə ünvanlaya bilərlər. Qəbulda iştirak etmək istəyən şəxslər isə AMB-nin internet səhifəsində “Elektron xidmətlər portalı” vasitəsilə və ya //randevu.e-cbar.az/home səhifəsinə keçid edərək onlayn növbə əldə edə bilərlər. Bununla yanaşı, AMB-nin fəaliyyəti ilə əlaqədar, o cümlədən yuxarıda qeyd olunan istiqamətlər üzrə əlavə suallar yarandığı təqdirdə vətəndaşlara AMB-nin “966 Qaynar Xətti” vasitəsi ilə əlaqə yaradılması tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?

Dünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?

Ən aşağı faizlə nağd kredit verən banklar – SİYAHI

Ən aşağı faizlə nağd kredit verən banklar – SİYAHI

Bu köynəkləri bir ay yumasanız da olar – VİDEO

Bu köynəkləri bir ay yumasanız da olar – VİDEO

Ən təvazökar hesab edilən 4 BÜRC

Ən təvazökar hesab edilən 4 BÜRC

Sabah bu ərazilərdə işıq olmayacaq

Sabah bu ərazilərdə işıq olmayacaq

Ağcabədidə ağır qəza: 40 yaşlı sürücü öldü

Ağcabədidə ağır qəza: 40 yaşlı sürücü öldü

Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?

Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?

Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi – VİDEO

Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi – VİDEO

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

İndoneziya sahillərində zəlzələ oldu

İndoneziya sahillərində zəlzələ oldu

Şəkidə 7 hektar ərazi yandı

Şəkidə 7 hektar ərazi yandı

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

"Yeraltı"nın ulduzları sevgilidir - 17 yaşlı aktrisanın atası prokururluğa üz tutdu

"Yeraltı"nın ulduzları sevgilidir - 17 yaşlı aktrisanın atası prokururluğa üz tutdu

Bakıda daha 3 küçə bağlanır – Təmirə görə...

Bakıda daha 3 küçə bağlanır – Təmirə görə...

BMT rəsmisi İranda edam olunanların sayını açıqladı

BMT rəsmisi İranda edam olunanların sayını açıqladı

Ceki Çanla görüşmək üçün özlərini maşının önünə atdılar – VİDEO

Ceki Çanla görüşmək üçün özlərini maşının önünə atdılar – VİDEO

Böyük Britaniyanın müdafiə naziri Kiyevdədir

Böyük Britaniyanın müdafiə naziri Kiyevdədir

Mal əti bahalaşdı - VİDEO

Mal əti bahalaşdı - VİDEO

Canlı yayımda söyüş söyən daha bir tiktoker HƏBS EDİLDİ

Canlı yayımda söyüş söyən daha bir tiktoker HƏBS EDİLDİ

Samir Şərifovun sədrliyi ilə iclas keçirildi - FOTO

Samir Şərifovun sədrliyi ilə iclas keçirildi - FOTO

70 yaşdan yuxarı şəxslərə kredit verilirmi?

70 yaşdan yuxarı şəxslərə kredit verilirmi?

End of content

No more pages to load

RADİO