Xaçmaz şəhərində 69 yaşlı süpürgəçi qadını "VAZ-21011" markalı avtomobili ilə vuran sürücü - Xaçmaz şəhər sakini Mahir Teyfur oğlu Hümmətov saxlanılıb.
Bizim.Media xatırladır ki, hadisə şəhərin küçələrindən birində baş verib.
Belə ki, ərazidə təmizlik işləri aparan Zərifə Musa qızı Əliyevanı avtomobil vurub.
O, hadisə yerində dünyasını dəyişib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu