Abşeron rayonu Masazır qəsəbəsində ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində mətbəxin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə, hamam otağının lambirdən ibarət tavanı 10 m² sahədə və dam örtüyünün taxta atmaları 90 m² sahədə yanıb.
Bizim.Media xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Qeyd edilib ki, Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media